"Yerli istehsal" sindromu və reklam

Bügün Azərbaycanda yerli şirkətlərin ən böyük problemi insanların beynində hələdə “yerli istehsalın” – keyfiyyətsiz olması barədə düşüncələrdir. Maraqlı budur ki, yerli istehlakçı bu istiqamətdə sırf emosional formada düşünür və rasional cavabı demək olar ki, yoxdur. Təbii ki, bəzi sahələrdə yerli istehsal həqiqətəndə xarici mallardan geri qalır, buraya birdə insanların daha əvvəl ki mənfi təcrübələridə yada düşəndə… azərbaycanlı olaraq deyirik: “artıq pul verərəm, amma yerli mal almaram”. Bəs yerli şirkətlər bu istiqamətdə nə etməlidirlər?

Bu sual təbii çox dərin təhlil tələb edir və əlbətdəki bunun üçün şirkətlərdə istehsal-təhcizat zənciriin yenidən nəzərdə keçirilməsi, beynalxalq təcrübənin şirkətlərimizdə tətbiqi, standartlaşma proseduru, brendin müştəri ilə düzgün kommunikasiyasının qurulması… icazə verin bu yazıda biz sadəcə kommunikasiyadan danışaq, gələn dəfələrdə digər amillər barədədə ətraflı danışarıq, olar?!

Bir vaxtlar türk şirkətləridə eyni problemlə qarşı-qarşıya gəlmişdi (bu məsələ dünya səviyyəsdində Samsung, Hyundai, Kia, bir vaxtlar yapon brendlərinində təcrübəsində olmuşdur) və mən Sizə türk şirkətlərinin konkret problemin həlli üçün çəkdiyi 2 reklam filmini diqqətinizə çatdırmaq istəyirəm.

Birinci reklam. Türk hava yolları.

 

 Göründüyü ki, reklamda türk hava yolları üstünlükləri yumoristik formada çatdırılır və izah edilir – biz qlobal şirkətik. Həqiqətəndə bu reklam kampaniyasından sonra türk hava yolları əhali arasında daha güclü brend kimi formalaşdı. Məntiq çox sadə olsada, diqqəti cəlb edir və nəticələrinə görə effektivdir.

İkinci reklam. Mavi cins.

 

Burda isə Mavi cins istehlakçılarına rəqibləri onun barədə nə danışdığını deyir və öz üstünlüklərini göstərir. Burada ki, “ən önəmlisi ifadəsinə” diqqət edin. Verilən mesaj çox aydındır. Bizim mallara xaricdə daha çox pul verirlər.

Hesab edirəm ki, yerli şirkətlərdə bu tip reklam kommunikasiyalarına ehtiyyac vardır, düşünməyə dəyər?!

Reklam şirkətləri ilə dost olmamağın yolları

UĞURLU REKLAM NƏDƏN ASILIDIR?

Reklam