image_pdfimage_print

Bügün Azərbaycanda yerli şirkətlərin ən böyük problemi insanların beynində hələdə “yerli istehsalın” – keyfiyyətsiz olması barədə düşüncələrdir. Maraqlı budur ki, yerli istehlakçı bu istiqamətdə sırf emosional formada düşünür və rasional cavabı demək olar ki, yoxdur. Təbii ki, bəzi sahələrdə yerli istehsal həqiqətəndə xarici mallardan geri qalır, buraya birdə insanların daha əvvəl ki mənfi təcrübələridə yada düşəndə… azərbaycanlı olaraq deyirik: “artıq pul verərəm, amma yerli mal almaram”. Bəs yerli şirkətlər bu istiqamətdə nə etməlidirlər?

Bu sual təbii çox dərin təhlil tələb edir və əlbətdəki bunun üçün şirkətlərdə istehsal-təhcizat zənciriin yenidən nəzərdə keçirilməsi, beynalxalq təcrübənin şirkətlərimizdə tətbiqi, standartlaşma proseduru, brendin müştəri ilə düzgün kommunikasiyasının qurulması… icazə verin bu yazıda biz sadəcə kommunikasiyadan danışaq, gələn dəfələrdə digər amillər barədədə ətraflı danışarıq, olar?!

Bir vaxtlar türk şirkətləridə eyni problemlə qarşı-qarşıya gəlmişdi (bu məsələ dünya səviyyəsdində Samsung, Hyundai, Kia, bir vaxtlar yapon brendlərinində təcrübəsində olmuşdur) və mən Sizə türk şirkətlərinin konkret problemin həlli üçün çəkdiyi 2 reklam filmini diqqətinizə çatdırmaq istəyirəm.

Birinci reklam. Türk hava yolları.

 

 Göründüyü ki, reklamda türk hava yolları üstünlükləri yumoristik formada çatdırılır və izah edilir – biz qlobal şirkətik. Həqiqətəndə bu reklam kampaniyasından sonra türk hava yolları əhali arasında daha güclü brend kimi formalaşdı. Məntiq çox sadə olsada, diqqəti cəlb edir və nəticələrinə görə effektivdir.

İkinci reklam. Mavi cins.

 

Burda isə Mavi cins istehlakçılarına rəqibləri onun barədə nə danışdığını deyir və öz üstünlüklərini göstərir. Burada ki, “ən önəmlisi ifadəsinə” diqqət edin. Verilən mesaj çox aydındır. Bizim mallara xaricdə daha çox pul verirlər.

Hesab edirəm ki, yerli şirkətlərdə bu tip reklam kommunikasiyalarına ehtiyyac vardır, düşünməyə dəyər?!

Reklam şirkətləri ilə dost olmamağın yolları

UĞURLU REKLAM NƏDƏN ASILIDIR?

Reklam

şərhlər

şərhlər

3 Comments

  1. Men deyerdim ilk once yerli istehsali inkisaf etdirmek dovletin maraqinda olmalidir. Cunki bu coxlu is yerleri demekdir coxlu is yerleri ise rifahin temelidir.
    Bunun ucun olkede her bir lahiye heyata kecirerken ister tikinti ve yaxud basqa sahelerde ilk once komisiya yaradilmalidir. Ve gelecekde bu lahiye ucun lazim olan mallarin olkede istehsali varsa onun xraicden idxal etmeye hec bir luzum gorulmemlidir. Bu mallar daxili bazardan alinmalidir. Beleliklede pulda olkede qalar ve coxlu is yerleri acilar.

    • Cox duzgundur. Istenilen meselenin helli makro (dovlet) ve mikro (Biznes) terefinden hazirlanmalidir. Amma calishmaliyig ki, elimizden gelenden danishag)
      Bloqu diggetli oxuyursunuz. Cox sag olun!

      • Sizde Cox sag olun bu bloqa gore.

        Bizim elimizden gelen yalniz o ola biler ki, hamimiz bir tedarukci kimi yerli mallara ustunluk verek.

Leave a Reply to Ilkin

Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close