image_pdfimage_print

Bu yazı ilə mən bloqumuzda 100-cü məqaləni Sizlərlə paylaşmış oluram. Əslində az deyil, düşünsək ki, bloqumuzda ilk yazımız 11 yanvar 2012-ci ildə olub… Mən bu yazıda İlkin Manafov-un Biznes haqqında yazdığı və Sizlərində oxuduğu bloqun bəzi statistik məlumatlarını bölüşəcəm.

Bloq haqqında statistikaya keçməzdən əvvəl qeyd edim ki, bloqumuzun əsas məqsədi Marketinq, Satış və Biznesin idarəedilməsi sahəsində iş təcrübəmizdə baş vermiş hadisələri dəyərli oxucularımıza çatdırmaqdır. Bloqun missiyası öyrətmək və öyrənməkdir.

Bloqumuzun hədəf kütləsi Marketinq və biznes idarəetmə sahəsində çalışan mütəxəsislər, orta və kiçik biznesləri olan sahibkarlarla yanaşı yeni biznes açmaq istəyən gənclər, tələbələrdir.

Bloqumuzda hal-hazırda 10 rubrika mövcuddur və bu rubrikaların məqalə payı aşağıdakı kimidir: brendinq – 32%, biznes – 25%, internet marketinq 12%, pərakəndəçilik – 8%, araşdırma – 6%, yerdə qalan rubrikalar – 17%. Ümumi olaraq məqalələr bloqun hədəf kütləsinin maraqlarına uyğun yazılır.

Keçək bloqun bügün ki vəziyyətini xarakterizə edəcək bəzi statistik rəqəmlərə:

  • Bloqda ortalama olaraq hər həftədə 4 yeni yazı dərc edilir;
  • Hər yazıya düşən komment sayı ortalama 3,3 bərabərdir, digər sözlə desək hər 3 yazıya 10 komment gəlir; (buraya sosial şəbəkələrdə olan kommentlərdə aiddir)
  • Bloqda olan toplam məqalələrin oxunmalarının cəmi 22-24 mindir, bir yazının ortalama oxunma sayı 150 bərabərdir;
  • Ən çox oxunan yazılar: 1. Milli brend necə yaradaq?! – 573 nəfər, 2. Mağazaçılığın 3 vacib şərti – 512 nəfər.
  • Ən çox komment yığan yazı – Bizə facebook lazımdır?
  • Gün ərzində bloqumuza ortala 50-55 ziyarətçi daxil olur. (Facebook sağ olsun!)

Keçək qazandıqlarımıza! Bilirsiz bu bloq mənə çox şey qazandırıb! İnanın səmimiyyətimə məhz bu bloqa görə mən yeni dostlar, tanışlar, əlaqələr və pul əldə etmişəm!

Bütün bunlar üçün mən bloqun yaranmasında və inkişaf etməsində köməklik etmiş dostlara, əsasənda dostumuz İslam Rzayevə minnətdaram.

İnanıram ki, bloqda yazılanlar Sizin üçün faydalıdır və inanıram ki mənim dediklərimin bir qismi ilə razısınız.

Sonda Sizə bir sirr açım, “Bu bloqu digər bloqlardan fərqləndirən ən birinci amil, burada yazılanların demək olar ki, hamısının real biznes praktikadan götürülənlər olmasıdır! Ən əsası isə hamı bloqu məhz buna görə oxuduqlarını deyir…”

Bloqu izləməkdə davam edin! maraqlı olacaq…

Ən duyğusal yazı: Ömür böyü…

Ən maraqlı yazılardan biri:  Qadınlar nə istəyir?!

şərhlər

şərhlər

6 Comments

  1. Xeyirli, uğurlu olsun.

  2. 200-cü yazını tezliklə qeyd edək

  3. Maraqli bloqdur, tesekkurler!

  4. Tebrikler Ilkin. Mence, 100-cu yazidan sonra blogun dizaynini the sirf yenilik olsun deye deyismek olar )).

  5. İlkin bəy, təəkkürlər. Mən inanıram ki, sizin yazılarınız mənim kimi çooox oxuyucunun istinad mənbəyidir.

Leave a Reply to Rafiq Hunaltay

Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close