image_pdfimage_print

Bu yaxınlarda Almaniyada olduğum vaxt çox maraqlı bir əhvalat başıma gəlib. Hamburqdan Stuttgarta qayıdırdım və yolum çox uzun olduğu üçün bir-az yorğun edim. Yeganə arzum tezliklə Hoteldə olmaq edi. Bəxtimdən Alman elektrik qatarı gecikdi və mənim marşrutum dəyişmiş oldu. Qatarımı dəyişdim və bir anlığına başım çantada olan kitaba qarışdı (Media Markt brendinqi haqqında). Qatar dayandı və yanımda oturan ağsaqqaldan bu qatarın Tubingene getdiyini soruşdum. Cavab “Bəli” oldu və qatar Tubingende dayandıqda düşdüm.

Bir-az əvvələ gedərək deyim, ki mən şəhərləri hemeşə olduğu kimi səhv saldım. Mənim qaldığım şəhər Reutlingen edi, Tübingen isə mənim təhsil aldığım yer edi, beləliklə mən qaldığım Hotelin şəhəri ilə təhsil aldığım şəhər adını səhv saldım.

Qatardan enib Hoteli axtarmağa başladım və əlbətdəki şəhər mənə tanış gəlmirdi. Hotelimiz şəhər mərkəzində edi və orientir kimi Rathaus, Stadtmitte kimi orientirləri soruşurdum. Təbii ki, Almanlarda məni dediyim istiqamət üzrə yönlədirirdi. Çox yorğun olduğumdan hara və necə getdiyimdən asılı olmayaraq Hotelə tez çatmaq istəyirdim. Axır ki, qabağıma bir taksi dayanacağı çıxdı və taksiyə oturub Hotel Fortunaya getməliyəm dedim. Taksici xəritəni diqqətlə oxuduqdan sonra bu şəhərdə belə bir yer olmadığını dedi… və səbrli şəkildə Hotelin vizitkartını göstərdim. Sürücü dahada səbrli şəkildə buranın Tubingen olduğunu mənim Hotelim isə Reutlingende olduğunu dedi…

Bundan sonra taksi sürücüsü məni yenidən elektrik qatarının dayanacağına apardı və mən yalnız 2 saatdan sonra Hoteldə oldum.

Bu yaddaşsızlıqla ciddi mübarizə elan etmişəm, inanıram tezliklə həll edə biləcəm.

Perm – Moskva: təyyarədə əhvalat

Google ofisində 2 gün

şərhlər

şərhlər

1 Comment

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close