image_pdfimage_print

Bu aylarda Azərbaycana xaricdə daha “diqqətlə” baxmağa imkanım olur. Artıq bir aydır Avropodayam və artıq bir aydır ölkəmizin kənardan necə göründüyünün şahidi oluram. Bu bir ay ərzində əmin olduğum bir şey var: “Azərbaycan sevilməyə layiq ölkədir!” Tək ona görə yox ki, mən millətçiyəm və tək ona görə yox ki, Azərbaycan mənim vətənimdir – xeyr! Bu ölkə həqiqətəndə seviləsi ölkədir, bilirsiz niyə?

Bu “niyələrə” keçməzdən əvvəl bu yaxında Strasburqda başıma gələn bir əhvalatı Sizlərə danışmaq istəyirəm. İş günü sona çatmışdı və Strasburqun mərkəzi meydanlarının birində kafedə oturmuşdum. Bütün masalarda qızğın fransız söhbətləri gedirdi və məndə bu dili bilmədiyim üçün sadəcə ətrafa baxırdım. Yaxınlığımdakı masadan birdən-birə Azərbaycanlı səsi eşitdim, ana uşağa sabah dərsə hazırlaşmaq vacib olduğunu deyirdi və mən üzümü çevirib: “Azərbaycan səsi eşitmək çox xoşdur” dedim. Masada ata, ana və təxminən 6-7 yaşında bir oğlan uşağı oturmuşdu. Azərbaycan sözü eşidilən kimi, ailənin əhvalı tam dəyişdi. Ailə ilə tanış olduqda məlum oldu ki, Azərbaycanlı ziyalı ailəsi Strasburqa gəzmək üçün gəliblər özləri isə başqa Fransuz şəhərində yaşayırlar. Təbii ki, Azərbaycanımızdan danışdıq, təbii ki son dövrlərdə ölkədə gedən və getməsi vacib olan müsbət işlərdən, təbii ki Evrovision ölkəmizə verdiyi müsbət imicdən söhbət açdıq və çoxlu sahələri müqayisə etdik… sonda ailə başçısı mənə çox maraqlı bir şey dedi: “İstənilən ölkə haqqında danışmaq üçün 3 şeyi nezərə almaq lazımdır: “insanlar, təbiyət və tarix, Azərbaycan bu 3 şeyə baxanda bizim üçün dünyanın ən gözəl ölkəsidir!” Mən bu yazını sözü gedən bu amillərin üzərində quracam.

Təbii ki, hər bir vətəndaşın birinci borcu öz vətənini sevmək və onun üçün nesə etməkdir. Lakin mən “Azərbaycan vətənimdir” prizmasından deyil, “Azərbaycan həqiqətəndə gözəl olkədir” prizmasından çıxış edəcəm.

  1.  İnsanlar. Bügün Azərbaycanda insanların düşüncə tərzi, bir-birləri ilə qarşılıqlı əlaqəsi, yaşca böyüklərə, qadınlara hörmət sözün həqiqi mənasında Avropa ölkələri ilə müqayisədə nümünəvidir. Bizim insanlarda olan qonaqpərvərlik, doğrunun tərəfini saxlamaq və məhz Azərbaycan xalqına məxsus işləmə qabiliyyəti məncə çox az xalqlarda müşahidə oluna bilər. İşləmə qabiliyyəti demişkən, Azərbaycanlıya iş ver, qalan şəraiti özü üçün quracaq!
  2. Təbiyət. Azərbaycan olan iqlim şəraiti haqqında məncə Sizə ətraflı danışmağa ehtiyyac yoxdur. Bizim təbiyətimiz ölkədə turizm biznesindən, kənd təsərüfatının inkişafından tutmuş ən adi vətəndaşın sağlam yaşaması üçün kifayətdir. Sadə bir misal, Azərbaycanda olan iqlim şəraiti dünyada nadir ağac sortlarının yətişdirməyə imkan verir və bu Azərbaycan üçün böyük bir inkişaf potensialıdır.
  3. Tarix. Bizim millətin tarixində əlbətdə ki, çox saylı qələbələr olmuşdur. Bu qələbələri qazandıran isə bu xalqın övladlarıdır. Babəklər, Koroğlular, Çələbi xanlar, Ramin Səfərovlar, Mübarizlər məhz bu millətin qəhramanlarıdırlar!

Əlbətdə mən bu yazıda Azərbaycanda olan problemlər barədə danışmaq istəmirəm, əlbətdə biz hamımız bilirik ki, ölkəmizdə görüləsi işlər çoxdur!Demək istədiyim fikir çox sadədir: Mən Azərbaycanı sevirəm! Bu ölkənin qədrini bilmək lazımdır, burada problemlərdə, burada xoş hallarda bizimdir, çünki Azərbaycan bizim vətənimizdir!

Milli brend necə yaradaq?!

Evrovizion bizə lazımdır!

şərhlər

şərhlər

4 Comments

  1. Özləmdən irəli gələn yazıdır

    • Men maksimum rasional yazmaga calismisam! Umumiyyetle, mende emosional olan seyler cox az hallarda one cixir, Sizce insan oz vetenini sevmeye bilermi?! (ritorik sualdir)

  2. Sizinle tam raziyam bele bir veteni sevmemek mumkun deyil. Dunyanin 11 iqiliminden 9-zu Bizim Vetenmizdedir.

    Size bir misal getirim Italyanin menzeresi Azerbaycani xatirladir. Bele bir deyim var o vaxt Allah milletlere torpaq vererken Italyanlar gozel qadinda gozleri olduguna gore gecikirler. Ve Tanri onlara deyir ki, Men de artiq torpaq qalmayib. Onlarda gemgin olular. Allah bunu gorub deyir bir torpaq var onuda ozumcun saxlamisam onu size vere bilerem. Mence bizede Allah bu gozel veteni qismet edib. Onu oz goz bebeyimiz kimi qorumaliyiq.

Leave a Reply to Ilkin

Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close