image_pdfimage_print

İqtisad elminin mövcud olmasının əsas prinsipi cəmiyyətin sərhədsiz ehtiyyaclarının məhdud resurslar vasitəsi ilə odənilməsidir. Resurs nədir? – İnsan, torpaq, intellekt… bəli-bəli XXI əsrin ən vacib və vacib olduğu qədərdə qıt olan resursu məhz, intellektdir. Bugün velosipedi ikinci dəfə icad etmək son dərəcə təhlükəlidir və buna resurs sərf etmək yol verilməzdir. Məhz ikinci defə velosiped yaratmamaq üçün bizim əlimizdə bençmarkinq deyilən bir alət vardır. Bundan əvvəl olan yazılarln birində reklamda Google-ən bençmarkinq edilməsi vacibliyindən yazmışdım. Gəlin bu dəfə bençmarkinq haqqında fikirlərimizi bölüşək.

Bençmarkinq nədir? Bu anlayışın çox saylı nəzəri tərifləri haqda danışmaq istəməsəmdə mən yazını məhz bu suala cavab verməkdən başlayıram. Bençmarkinq şirkətlərin və (və ya) fərdlərin cəmiyyətdə gedəm proseslərə müşahidələri, onların tətbiqi ilə bağlı insan fəaliyyətidir. Mən müşahidə dedikdə yalnız biznesdə, yalnız cəmiyyətdə deyil, bötüvlükdə bizə əhatə edən şeylərdən bəhs edirəm. Bençmarkinq şirkətin dəyər zəncirinin hər bir həlqəsində tətbiq edilə bilər, vacib olan – düzgün müşahidə və tətbiqdir. Daha dərin nəzəri məlumat almaq istəsəniz, kitablarda bu haqda çox saylı məlumat olduğunu xatırladıb əsas tezislərimizə keçmək istəyirəm.

İnnovasiya – bençmarkinq məhsuludur! Biznesdə olan ən dərin innovasiyaları təhlil etdikdə belə, biz görürük ki, bu sadəcə düzgün aparılmış bençmarkinqdir. Hansısa bir sektorda innovasiya hesab edilən bir şey digər sektorun primitiv standartı ola bilər. Mən bu haqda Sizə 3 misal çəkib dediklərimi əsaslandıracam:

  1. Ford – isti çörək. G. Ford avtomobili seriyalı xətlə istehsal etmiş və avtomobil sənayesinə o vaxt üçün ən innovativ biznes-konsepsiyası yaratmışdır. Bir çox biznes ədəbiyyatlar Ford-un yaratdığı yeni doktrinadan yazmış və yüzlərcə biznesmen bundan sonra öz biznes modelini dəyişmişdir. Lakin bu “innovativ” yanaşmanın arxasında çox sadə bir məntiq dayanır. Bir gün G. Ford evi üçün daha əvvəl aldığı mağazadan çörək almaq istəyir. Hər zaman gəldiyi vaxtdan, gec gəlir və mağazadan hazır çörək olmadığını görür. Çıxıb getmək istədiyi vaxt çörək satan: “Təxminən 15 dəqiqədən sonra çörəyin hazırdır” deyir. Bu söz G. Ford üçün yeni avtomobil istehsalı məntiqinin əsasını qoyur. Bütün istehsal sifariş əsasında aparılır. Fabrikdə bir dənədə olsun hazır məhsul olmur və bununlada avtomobil yalnız sifarişə əsasən istehsal edilir. Beləliklə bununla avtomobil istehsal xərcləri xeyli aşağa düşür və G. Ford sektorun liderinə çevrilir. Burada biz avtomobil istehsalında çörək hazırlanması məntiqindən necə istifadə edildiyi görürük.
  2.  İkea – Wallmart. Çox zaman İKEA əfsanəvi sahibindən soruşurlar: “Sizin ən böyük rəqibiniz kimdir?! – Cavab: Bizim şirkətin ən böyük rəqibi VolksWagen-ir.” İKEA mebel sənayesindən heç vaxt rəqabət etmədiyini deyir və əsasın öz biznes proseslərində WallMart məntiqindən istifadə edir. Şirkətin mağazalarında olan bütün dəyər zənciri bir-bir  WallMart-an götürülmüşdür. İKEA mebeli FMCG məntiqi ilə satır və son dərəcə uğurlu. Salonda olan uşaq üçün oynamaq yeri isə digər məhşur brend McDonalds bençmarkinqidir!
  3. Apple – Kalliqrafiya. Məncə çoxlarınız Apple məhsullarından istifadə etmisiniz və əlbətdə ki bu brenddə olan dizaynla, funksionallığın vəhdətinə həsəd aparırsınız. Bunu rəhmətlik Stiv Djobs heçdə havadan yaratmayıb… sadədə bir vaxtlar kaliqrafiya ilə məşğul olub və öyrəndiklərini Brif şəklində öz dizaynerlərindən tələb edib. Stiv Djobsun Stanfordakı çıxışını xatırlayırsız?! Mən hər halda bügün Stiv Djobs kimi Sizə nağıl edə bilməyəcəm sadəcə Sizlərə Apple hazırlanması prosesində olan bençmarkinq nümünəsinin videosunu göstərirəm, rus dilində.

Marketoloq və bençmarkinq. Bençmarkinq ən çox iş prosesində tətbiq edilməsi vacib olan peşə məncə təbii ki – marketoloqlardır. Axı bizdən daim innovasiya, yenilik, optimallıq tələb edilir. Bəzən mənə yeni işə düzəlmiş marketoloqlar belə bir sual verirlər: “Mən filan şirkətə tezə işə düzəlmişəm bilmirəm ilk işi nedən başlayım. Cavabım belədir: Bençmarkinqdən!” Hesab edirəm ki, marketoloq ilk əvvəl sektorda, sonra yaxın sektorlarda, daha sonra isə biznesdə öz şirkətinin (brendinin) bençmarkinqi etməlidir! Marketoloq reklamı istehsal prinsiplərini bilməyə bilər (ümumiyyətlə marketoloq reklamdan danışmaz!!! – bu uzun söhbətdir), lakin sektorda (ən azından) gözəl bençmarkinq etmə qabiliyyətinə sahib olmalıdır.

Bençmarkinq və mən. İş təcrübəmdə və ümumiyyətlə binzes həyatımda ən çox istifadə etdiyim metod bençmarkinqdir. İşdə, dostlarla, istirahətdə bir sözlə hər yerdə uğurlu modellərin yaxşı mənadə “oğurlamaq” istəyirəm. Bençmarkinqdə istifadə obyekti bizim ətrafımızda daim var, əgər şahmat oynayırsansa tapmaq olar, dostlarla söhbət edirsəndə istifadə etmək olar və ya ümumiyyətlə evə nesə alırsansa yenədə gözəl bençmarkinq imkanları var!

Gələcək bençmarkinqdədir. Təbii vaxt keçdikcən bençmarkinqin əhəmiyyəti dahada artacaq. Bugün muasir biznesin əsas resursu məhz intelektdir. İntelektdə təkrar emal olunma xüsusiyyətinə malikdir – bunun adı bençmarkinqdir!

Bu istiqamətdə maraqlı olanlar mənimlə əlaqə yarada bilər. Hal-hazırda 100-ən çox sektoru əhatə edən bir bençmarkinq bazasına giriş əldə etmişəm. Dostlarımız üçün hər zaman açıqdır!

Qiymət və informasiya mənbəyi

Cibinizdə internet var?!

İnformasiya istehlakında – evolyusiya

şərhlər

şərhlər

3 Comments

  1. cox faydali yazidir. menim ucun beynimde olub adini qoya bilmediyim bir mefhumu izah etdin,Ilkin.

  2. Jezyk Wloski

    Cecha talentu jest niemoznosc pisania na zamowienie… Poza tym to Zgadzam sie z Toba w 100% i popieram w/w poglady w soposb preSubiektywny :-) E. Zegadlowicz.

  3. […] Türkiyyə (Rusiya) kimidir, sadəcə biz bu ölkələrində ideya oğurlaya bilərik. Bu ideyanı bençmarkinq edib, azərbaycanlaşdırıb yenilik və gəlirli biznes qurmaq […]

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close