image_pdfimage_print

İnkişafını izlədiyim şirkətlərin bir neçəsində epataj numunələrinə baxırdım və düşündüm görəsən belə kommunikasiyalar etmək düzgündürmü?!

Hesab edirəm ki, necə ki “müharibədə bütün üsullar düzgündür” , eləcədə marketinqdə (marketoloq fəaliyyətində) hədəfə çatmaq üçün bütün vasitələr doğrudur! Bunu dunyada ən yaxşı edən şirkərlərdən biridə rusiyalı Evroset şirkətidir.

Mən bu yazıda Sizlərə epataj reklamlar nümünəsindən danışacam.

Epataj reklamlar nədir? Bu reklamlar konkret hansısa bir informasiyanı senzurasız formada çatdırmaq üsuludur. Əslində bu reklam növü 10 il bundan əvvəl çox aktual olsada bügün post-sovet məkanında əvvəlki qədər maraq doğurmur. Bunun bir nəçə səbəbi var və bu səbəblərdən birincisi brendlərin həyat tsıklı ilə əlaqəlidir. Epataj reklamlar brendin bazarda ilkin girdiyi dövrlərdə çox effektiv olur. Çünki brend yaranma dövründə olur və bu dövrdə əsas məqsəd tanınmadır – epataj reklamlar kimi isə bu hədəfə az maliyyətli və qısa zaman məsafəsində çatacaq reklam növləri demək olar ki yoxdur. Bununla yanaşı epataj reklamlar brendin müəyyən tanınma səviyyəsinə gəldikdən sonra tətbiqinin yol verilməz olduğunu düşünürəm. Epataj reklam yalnız tanınma üçün faydalıdır digər hallarda brendə ziyan vura bilər.

Mən epataj reklam haqqında misallarımı inkişafını və sonraki tarixcəsini diqqətlə izlədiyim Evroset – Çiçvarkin nümünəsindən verəcəm. 2007 və 2008-ci ildə Avropanın ən dinamik inkişaf edən mobil telefon və aksessuarlar riteyləri olan şirkət post-sovet məkanında epataj reklamın ilk istifadəçilərindən olmuşdur. Evrosetin etdiyi əsas epataj reklamlar:

  • Yeni il gecəsi şirkətin sahibi Evgeniy Çiçvarkin rusiya kanallarının birində canlı yayım haqqını alır və gecə saat düz 12-də sarı fonlu bir ekranda (Evroset rəngi) Rusiya xalqına müraciyyət edir və hamının yeni ilini təbrik edir. Təbrik edilən zaman bəzi frazeloji senzuralı sözlərdən istifadə edir. Nəticədə bununla bütün Rusiya Çiçvarkin və Evrosetdən danışır;
  • Aprelin birində (gülüş günü) Evrosetin Moskvanın Tverskoy küçəsindəki mağazasında böyük növbə olur… məntiq çox sadədir. Tverskoy və Arbat metrosundan paltarsız Evroset mağazasına gələn hamıya Samsung telefon pulsuz verilir… təsəvvür edir ki, Evrosetin qarşısında 10-larla paltarsız adam dayanmışdı… bu aksiya nəyin ki Rusiyada Avropadan ən danışılan epataj reklam oldu;
  • Yenədə Çiçvarkin ölkədə öz müavininə yazılı bir məktub yazır və məktubda senzuradan kənar sözlərlə Evrosetdə işlərinin pis yerinə yetirən satıcılardan danışır. Evroset özü elə edir ki, bütün KİV bu məktubu tapsın… hamı yenedə Evrosetdən danışır… mən buraya internetdə Evrosetin saysız-hesabsız reklamlarının videosunu quymuram, maraqlı olsa özünüz baxarsız, lakin bir şeydən əminəm ki, Evrosetin Çiçvarkin dövründəki bütün reklamları epataj stildə olmuşdur.

Azərbaycanda epataj reklam nümünələri yox səviyyəsindədir. Bunun əsas səbəbi kimi, həm mentalitet, həmdə ölkədə xarizmatik marketoloqların azlığıdır!

Azərbaycan şirkətlərində reklam siyasəti (1-ci yazı)

Qadınlar nə istəyir?!

şərhlər

şərhlər

4 Comments

  1. Həqiqətən də xarizmatik marketoloqlara ehtiyacimiz var. Amma men dushunmurem ki, shirketinden asili olan marektoloq oz agli bele tip bir seyi etsin. Shirketden asili olmayan marketoloqlar lazimdir demeli.

    • Bilirsiz nece Rafiq, marketoloq YOX demeyi bacarmalidir, bunun ucunse gerek en azindan CV-si elinde olsun, yeni gorxmasin ki, birden kampaniya ugursuz oldugu zaman nese… bunu isden cixararlar. Iki yol var ya gerek oz biznesini gurasan ve riskleri minimallasirasan, yada gerek son derece taninmis ve guvvetli sahenin bilicisi olasan… Marketoloqlar etdikleri islerden cox etmediklerine gore cezalandirirlar!

  2. please add russian language.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close