image_pdfimage_print

Mən lap uşaq vaxtından səyahətlərdə çox olmuşam. Balaca olduğum vaxtlar valideynlərimlə çoxlu səyahətlərdə, orta və ali məktəbdə oxuduğum vaxtlar şahmatla aktiv məşğul olduğum üçün demək olar ki, Avropanın yarısında olmuşdum. Təbii ki, bu məndə bir növ xarici səfərlərə, dostlardan, ailədən, yaxınlardan kənar qalmağı “öyrətmişdir”. Heç yadımdan çıxmaz… mən 10-cu sinifdə orta məktəbə cəmi – toplan 62 gün getmişdim (yəgin ona görə hələdə səlist yazmağı bilmirəm)! Əlbətdə dediklərim evdə kənarda qalmaq alışqanlığı yaratsada, paralel məndə dünyanın ən gözəl yerinin məhz ev olmasınıda başa saldı.

2011-ci ildə çalışdığım şirkətdə yaratdığımız və Azərbaycan daxil olmaqla 4 ölkədə tətbiq etdiyimiz “Evdə olmaz gözəldir” kampaniyası məni tam təsvir edir. Bilirsiz brendinq fəaliyyətində 100% uğurlu olacaq kommunikasiya fikirlərindən biridə məhz ailə – ev məntiqidir. Bunun çox sadə izahatı vardır. Hər birimizin özünə uyğum yaşam tərzi, maraqları vardır, lakin hər birimizdə sabit olan dəyərlər var – ailə və ev. Dünyada bunu ən yaxşı edən şirkətlər əlbətdəki İKEA, Coca-Cola, Ariel, Sony və s. şirkətlərdir. Bizim EMBAWOOD brendinin əsas identifikasiyası məhz ailəcanlılıqdır.

Kənarda qaldığım bir ay ərzində ortalama 4 ölkədə oldum. Düşündüyüm təcrübə və bilik mübadiləsini etdim və hesab edirəm ki, yaxın gələcəkdə çalışdığım şirkətlərə və dolayısı (və ya elə bir başa) özümə faydalı işlər görəcəyimdən əminəm. Əlbətdə çox gezmək – insanın yalnız dünya görüşünü deyil, həmçinin məsələyə daha aydın gözlə baxmağını təmin edir.

Artıq 2 gündür Bakıdayam, yavaş-yavaş dostlarla görüşməyə başlamışam və həqiqətəndə əmin olduğum bir şey var – Evdə olmaz gözəldir…

İlkin Manafov-a tanışlıq

Azərbaycanı sevirəm

EMBAWOOD UĞUR 3 BUCAĞI

şərhlər

şərhlər

1 Comment

  1. cox gisa yazilib..ama deyesen hec de sade deyil.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close