image_pdfimage_print

Bir vaxtlar güclü brendlərin əsas silahları qlobal marka strateqiyası ilə müştərilərin ehtiyyaclarını ümumiləşdirib vahid məhsul təklif etmək edi. Bununla brendlər biznesin aparılması üçün sabit xərcləri aşağı salaraq yüksək mənfəət əldə edirdilər. Bugün bu strateqiya ilə brendlər güclü olması böyük sual altındadır. Bu yazıda brendlərin fərdiləşmiş məhsullar təklif etməsindən danışacam.

G. Fordun dillər əzbəri olan: “Biz Sizə istədiyiniz rəngdə qara avtomobil verə bilərik” sözlərini yadınıza salmaq istəyirəm. Əlbətdə o dövrlər bügün ki, vəziyyətdən çox fərqlənir. Bizim Ford müəllim avtomobili luks seqmentdən kütləvi istehlak mallı kateqoriyasına salaraq demək olar ki, bügün ki bir çox makro tendensiyaları yaratdı. Məhz avtomobil kütləviləşdikdən sonra muasir şəhər salma prinsipi yarandı. Lakin bügün artıq Fordun strateqiyası təbii ki, işləmir. Təsəvvür edin: Mersedes-in oturacaq sistemində müştərinin 1000-ən çox versiya sifariş vermək imkanı var! Güclü brendlər müştəriləri ilə maksimum fərdiləşdirilmiş təkliflər hazırlayırlar. Bunun üzərində daha ətraflı dayanaq.

Niyə hamıda olan artıq müştəriyə lazım deyil?

Bügün həyatımızda bir çox şeyləri dəyişdirən muasir texnoloqiyalardır. Əslində biz özümüz hiss etməsək belə ətrafımızda gedən proseslər bizi çox dəyişdirir. Bir vaxrlar gənc qızlar “filankəsdə olan paltar” haqqında arzulayırdılarsa bügün ki, gənclik artıq bənzərsizlik axtarır. Bunun əsas səbəblərindən biri məhz cəmiyyətdə gedən qloballaşma və sosiallaşma tendensiyalarıdır. Artıq heç kimə adi bir şey lazım deyil. Hamı özünə məxsus şeylər axtarır, çünki onun həyatı sosialdır və bu sosiallıq onu bənzərsiz olmasını tələb edir. Sosiallaşma bizim həyatımızı şəffəflaşdırmışdır və bu şəffaflıq bizdən bənzərsizlik tələb edir, çünki bizim həyatımız daim kimlərsə tərəfindən izlənilir. Təbii ki, bunu artıq bunu ilk hiss edənlər məhz güclü brendlərdir məsələn, Google brendi belə adi axtarış sistemində fərdiləşdirilmiş səhfə təklif edir, amazon eyni yolla fərdiləşdirmə təklif edir və hətta bügün plastik kartlarının üzərində özünə məzsus elementlərin (dizaynın) vurulması çox aktualdır və s.

Niyə müştəri ehtiyyacları bir-birindən fərqlənir?

İnsanlar həyat tərzlərində bənzərsizlik prinsipi ilə yaşayaraq öz ehtiyyaclarını təbii olaraq fərqli edirlər. Yuxarıda dediyimiz sosillaşma, əslində fərdiləşmənidə özü ilə gətirir. Kimin üçünsə təyyarə biletini bir ay əvvəldən almaq, kimin üçünsədə son gün fikrini qətiləşdirərək üçmaq lazımdır. Çünki hər birinin fərqli və özünə məxsus həyatı var. Buna yaxşı misal kimi, beynalxalq aviasiya şirkətlərinin təcrübəsinə baxmaq olar. Son bir ildə təyyarədə eyni istiqamətdə üçan adamlar arasında eyni qiymətə uçanların sayında ciddi düşük var. Başqa sözlə eyni istiqamət üzrə, eyni təyyarədə üçanın biri 100 manat verirsə, digəri 200 manat və ya daha çox (və ya az) verir. Təbii ki, ehtiyyacların fərqli olmasından düzgün istifadə edən şirkətlər hər bir müştəri üçün xüsusi məhsul və qiymət qoyma siyasəti formalaşdırmalıdır. Bügün WallMart, Aldi, DM kimi pərakəndəçi şirkətlər belə CRM vasitəsi ilə müştəriləri üçün fərdiləşdirilmiş təkliflər hazırlayırlar.

Gələcək brendinq necə dəyişəcək?

Təbii ki, brendlər fərdiləşdirmə trendinə tam hazırlıqlı olmalıdırlar. Buna hazırlaşmağın yolu isə bir-başa olaraq idarəetmə, istehsal, maliyyə proseslərinin sistemləşdirməkdən keçir. Əgər Mersedes tək oturacaq olaraq müştəriyə 1000-ən çox alternativ təklif edə bilirsə bu şirkətdə gedən proseslərin, sisteminin nə qədər mükəmməlliyindən xəbər verir. Bu istiqamətdə yerli şirkətlərdə biznes proseslərin hazırlanmasının vacibliyi bir daha gündəmə gəlir. İdealda seqmentasiya prosesi bir nəfər, bir seqment səviyyəsinə düşməlidir və gələcək brendinq məhz bu prinsiplərin üzərində qurulmalıdır.

Yuxarıda dediklərimizin məntiqi ardıcıllığı olaraq hesab edirik ki, müştəri tezliklə bütün ehtiyyacları fərdiləşdirilmiş məhsullarla ödəmək istəyəcək. Tezliklə nəyin ki, fərdiləşdirilmiş avtomobil, mebel, məişət texnikası, həmçinin fərdi diş pastası, saqqız və ya saç şampunu görməyə hazır olun…

Brendinizi fərdiləşdirin!

HR brendinq və Azərbaycan şirkətləri

Gənclər üçün brendlər – 4D

 

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close