image_pdfimage_print

Hamımız qəbul edirik ki, bügün yavaş-yavaş ənənəvi marketinq kommunikasiya elementlərinin təsiri azalır. Məsələ burasındadır ki, burada problem yalnız insanların televiziya yerinə internetə girməsi deyil, sadəcə artıq insanlar reklamlara inanmır! Təbii ki, bu biz marketoloqların işini dahada çətinləşdirir. Sizcə çıxış yolu nedədir?

Təbii ki, reklamçılar burada bir ağızdan reklamların kreativliyinin artırılması vacibliyindən, media-planlayıcılar reklam spotlarından düzgün yerləşmə prinsipində, PR menecerlər hər şeyin xilası düzgün 3-bucaq modelinin qurulmasından (bu model haqda tezliklə yazacam) və sosial şəbəkələrdən, marketoloqda heç nə olmamış kimi mövqeylənmədən danışacaq. Düzdür… Təbii ki, bu deyilənlərin hər biri həqiqiliyi cəhətdən mövcud olmağa tam haqları var!

Lakin məncə biz burada bir şeyi nezərdən qaçırırıq. Artıq dünyada istehlakçı hökümdarlığı başlamışdır və bu hökmranlıq özünü bütün biznes elementlərində, eləcədə kommunikasiyalarda göstərməlidir. Bügün reklamın effektivlik dərəcəsinin ən birinci yolu “icazəli” informasiya verilməsi prinsipinə keçməkdir. Bunu dünyada ən yaxşı qura bilən brend Google-r. Paradoksa baxın, dövriyyəsinə görə ən az reklam xərci çəkən brend bügün dünyanın ən bahalı brendləri sırasındadır (hətta artıq birincidir) və bu brend öz pulunu reklamdan çıxarır. Google reklam yerləşdirilməsi “icazəli” reklamlar əsrinin başlanğıcıdır. Müştəri yalnız axtardığı şeyin reklamını görür. Məsələn Siz, Google girisiz, axtarış yerinə uşaq paltarı yazırsız və məhz bu yazıdan sonra Google satışa başlayır və Sizə uşaq paltarları reklamları verir. Hesab edirəm ki, bügün ki reklam verənlər (sözün hər iki mənasında) mütləq Google “qardaşdan” bencmarkinq etməlidirlər, necə etmək olar ki məsələn müştəri TV-ə baxaraq axtardığı informasiyanı ona vermək mümkün olsun. Bunun üçün hansı addımlar atılmalıdır:

  • Reklamlar həqiqətəndə məhsulun aktual olduğu yerlərdə olmalıdır. Media planlamada əsas üstünlük adi əhatəyə deyil, kateqoriya üçün aktual olan əhatə (Reach) üçün hazırlanmalıdır;
  • Brendlər mütləq müştəriləri üçün fərdi konsultasiya prinsipinə keçməlidir (təbii ki, bəzi FMCG mallarında bu mümkünsüz görünür, lakin qruplar səviyyəsində həll edilə bilər);
  • Mağaza daxilində PoS materillararın effektiv istifadəsi üçün proseslər yaratmaq çox yaxşı olardı. Ümumiyyətlə bu dövrdə PoS materiallar çox aktualdır.
  • Müştərinin alış prosesindən ən azı bir mərhələ qabaqda məlumatlandırmağa çalışmaq lazımdır.

Bu haqda düşünməyə dəyər!

UĞURLU REKLAM NƏDƏN ASILIDIR?

Cibinizdə internet var?!

QR kod – Reallıqla Virtuallığın vəhdəti

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close