image_pdfimage_print

Bundan əvvəl ki yazılarda dediyimiz kimi, uğurlu biznes təşkil edilməsi üçün vacib amillərdən biridə (hətta birincisi) işləyəcəyiniz komandadır. P&G əfsanəvi CEO-su Alan Leflinin fikirləri yadıma düşdü: “Əgər siz mənim fabriklərimi alsanız bu mənə təsir etməz – mənim güclü brendlərim var, əgər siz mənim fabriklərimi və brendlərimi alsanız – mən komandamla bunları bərpa edə bilərəm, lakin siz mənim fabriklərimi, brendlərimi saxlayıb komandamı götürsəniz – mən məhv olaram!”

Yaxşı işçi – biznesin urəyidir, lakin unutmaq olmaz ki yaxşı olan yerdə pisdə olmalıdır və var! Bəs Sizcə pis işçini necə təyin etmək olar?!

Mən bu yazıda bügünə qədər iş təcrübəmdə gördüyüm halları ümumiləşdirərək getməsi barədə təcili qərar verəcək işçiləri 4 qrupa bölmüşəm, beləliklə başlayaq?!

1-ci QRUP. Narazı işçilər. Burada söhbət konkret hansısa şirkətdə baş verən dəyişikliklərdən və ya fikirlərdən narazı olanlardan getmir. Şirkətlərdə xüsusi tip işçilər olur və bu işçilər daim öz maaşlarından, şirkətdəki statuslarından, onlara qarşı münasibətlərdən, baş verən yeniliklərdən bir sözlə hər şeydən narazıdırlar. Bu adamlar heç bir yolla razı qalmazlar – çünki problem daha çox psixoloji səviyyədədir. Belə adamları əskər hallarda “düzəltmək” olmur, olursada buna qoyulan nervi, vaxt, resurs bunu kompensasiya edə bilmir. Bu qrup adamlarla şirkət öz yollarını ayırsa daha yaxşı nəticələr əldə edir. Bilirsiz, belə etməklə şirkət o işçiyədə xidmət etmiş olur. Əksinə saxladıqda belə adamlar özləri dəyişməkdənsə kimisə öz tərəflərinə çəkirlər.

2-ci QRUP. Dedi-qodu edən işçilər. Bu tip işçilər 1-ci qruplarla müqayisədə dahada təhlükəlidir. Bəzən normal işçiləri belə öz arxaları ilə apara bilərlər. Daim şirkətdə olan prosesləri başqa bir formada təsvir etmək, kimlərinsə arxasında danışmaq və öz fikirlərini kimlərinsə adından ifadə etmək belə adamların ən qorxulu xüsusiyyətidir. Problem burasındadır ki, bu işçilərin nə qədər neqativ aura yaratdığını rəhbərlər bəzən hiss etmir. Bununlada bu tip adamlar ümumi komandada, kollektivdə mənfi auranın təbliğatçısına çevrilirlər. Bunlardan təcili yaxa qurtarmaq lazımdır!

3-cü QRUP. İşdən çıxmağı manipulyasiya edən işçilər. Yaxşı işçini xarakterizə edən müxtəlif paramertlər var, bunlardan biridə ədalətli olmasıdır. Biz hansısa şirkətdə yalnız pula görə işləmirik (əlbətdə pul əsas faktorlardandır) və qeyri-maddi aktivlər bizim iş prosesimizə xeyli təsir edir. Buna görü iş prosesində mütləq ədalətli davranmaq və əmək haqqının əsas parametr ən vacib bir şey olmadığını başa düşməliyik. Əgər işçi sahibkarla (və ya öz meneceri ilə) “Mənim maaşımı artırın yoxsa filan yerə gedəcəm, mənə maşın verin yoxsa filan yerə gedəcəm” deyirsə, şərt qoyursa belə işçini bir gündə olsun işdə saxlamaq olmaz. Mən niyə belə düşünürəm?

  • Bu hərəkət başqa işçilər üçün ibrət olacaq, hamı düşünəcək ki, bizim şirkətdə əmək haqqını artırmaq üçün belə etmək lazımdır;
  • Əmək haqqısını artırdığınız işçinin işində əsaslə dəyişiklik olmayacaq, hətta o işçi daha pis işləməyə başlayacaq;
  • Başqa şirkətə yalnız pula görə gedən işçi o deməkdir ki, işçiniz Sizin şirkətdəki ab-havanı hiss etmir.

Bir sözlə manipulyasiya edən işçi, təcili işdən çıxarılmalıdır.

4-cü QRUP. Gizli liderlər. Əgər sözü gedən lideri Sizin özünüz yaratmamısınızsa, deməli bu şirkətdə ikitərəflilik yaradacaq. Burada söhbət getiyyən söz azadlığından getmir, əlbətdə hər bir işçinin öz fikrinin olması çox yaxşıdır, hətta şirkət daxilində gizli müxalifətdə yaxşıdır, lakin əgər bu müxalifət “gizli liderə” çevrilirsə və Sizin dediklərinizə uymur, sabotaj edirsə deməli işçidən azad olmağın vaxtı çatmışdır. Gizli liderlər hər zaman stabil menecmenti poza bilər və işçilər arasında xoşagəlməz konfliktlər yaradır. Düzdür çox zaman gizli liderləri şirkət sahibləri özləri yaradırlar, bunun əsas məqsədi şirkətdə özünə nəzərət sisteminin yaradılmasıdır, lakin inanın bu heç vaxt şirkətə xeyr vermir və kollektivi dağıdır.

Hesab edirəm ki, yuxarıda göstərdiyim işçilərin ixtisas səviyyəsindən asılı olmayaraq komandada çalışmasının biznesə yalnız neqativ təsiri vardır. Əlbətdə ki, mən bu yazıda cinayət tərkibli işçi əməllərindən danışmadam.

Vaxtında və ya Ölü

Məmnun işçi – məmnun müştəri

şərhlər

şərhlər

12 Comments

  1. Tam razı )) şirkət dəyəri hər bir zaman hər bir işçi üçün önəmli olmalıdır!

  2. Çox maraqlı yazıdır!
    2-ci qrup və 4-cü qrup işçilər bu gün yerli şirkətlərdə ən böyük problemlərə yol açan işçilərdir. Komanda daxilində qruplaşma yaradılaraq, şəxsi mənafelər önə çıxır və daha üstün və şəffaf olan işçilərin sıxışdırılıb çıxarılmasına səbəb olur, ya the ümumiyyətlə, kimin doğru, kimin səhv olması belə müzakirə mövzusuna çevrilir.

  3. hal hazirda cox maragli movzudur. Degig izahi ile.

  4. Yanimda olsaydin seni yaxshi kritika ederdim…Bextin getirdi…:)

  5. 2-ci grupda heqiqet payi var. Diger gruplari isden cixardsaq geride herseye "he" deyen mal isciler qalacaq. Sohbet bizness idaresinden gedir yoxsa kralliq qurmaqdan?

    • Bilirsiz Elshad, sohbet insan resursundan sahibkar ucun maksimum faydali istifade edilmesi yollarindan gedir. Bunun ucun ise ne gizli lider, ne narazi isci, nedeki isden cixacagi ile manipulyasi eden isciye ehtiyyac yoxdur. Yuxarida geyd etdiyim ki, megsed her seye HE deyen kollektiv yaratmag deyil, megsed hedeflere catacag kollektive malik olmaqdir!

  6. mence bu mövzunu birde HR'la götür qoy eleseydin, çünü bu deqiqe her şeye he deyen doğuşdan yetenekli insanlar ön plandadır. beleki işden anlamayan ancak işi üzerinden atmaq üçün elinden gelen kadrlar onlar üçün daha keyfiyyetlidir:-)

  7. Hedeflere herseye “he” deyen kollektiv yaradaraq catmaq istemisiniz. Bu sirkette processlere muxalifet eden yoxdursa bu sirket nece ilerleyecek? Sirketteki problemler 10 il sonra ele eyni sekilde davam edecek, ve en pisi hami elebilecek ki bu ele bele de olmalidir. Sovet sistemi ile fikirlesirsiz elebil, guclu muxalifet hemise lazimdir, her bir sirkette lazimdir.

    Liderleri isden atib ozunuz lider yetisdirin… Lider yetisdirmek ne vaxttan bu geder asand is olub ? Umumiyyetle lider yetisdirmek mumkundurmu ? Deyek ki mumkundur, hazir lideri sirket hedeflerine uygun istigametlendirmekden daha mi ucuz basa gelir bu ?

    Isciye daha yuksek maas teklif olunursa… Tebii ki teklif olunacaq, isciye business dunyasinda ehtiyac yoxdursa, basga sirketler senin iscini almaq istemirlerse neyine lazimdir o isci ? Hergun regib sirketten yeni bir teklif alan iscisi olmalidi sirketlerin, heckime lazim olmayan bir iscisi yox.

    Bu fikirleriniz tamamen absurddur. Hec bir cerciveye sigisdira bilmedim. Stalin dusdu yadima.

  8. Hedeflere herseye “he” deyen kollektiv yaradaraq catmaq istemisiniz. Bu sirkette processlere muxalifet eden yoxdursa bu sirket nece ilerleyecek? Sirketteki problemler 10 il sonra ele eyni sekilde davam edecek, ve en pisi hami elebilecek ki bu ele bele de olmalidir. Sovet sistemi ile fikirlesirsiz elebil, guclu muxalifet hemise lazimdir, her bir sirkette lazimdir.

    Liderleri isden atib ozunuz lider yetisdirin… Lider yetisdirmek ne vaxttan bu geder asand is olub? Umumiyyetle lider yetisdirmek mumkundurmu? Deyek ki mumkundur, hazir lideri sirket hedeflerine uygun istigametlendirmekden daha mi ucuz basa gelir bu?

    Isciye daha yuksek maas teklif olunursa… Tebii ki teklif olunacaq, isciye business dunyasinda ehtiyac yoxdursa, basga sirketler senin iscini almaq istemirlerse neyine lazimdir o isci? Hergun regib sirketten yeni bir teklif alan iscisi olmalidi sirketlerin, heckime lazim olmayan bir iscisi yox.

    Bu fikirleriniz tamamen absurddur. Hec bir cerciveye sigisdira bilmedim. Stalin dusdu yadima.

    • Reshad bloqu bele diggetli oxudugunuz ucun cox sag olun!
      Amma mence bezi sozleri tam oxumursuz, meselen “lider”e “gizli lider” arasindan ferg var. Gizli lider – menecmentde esas liderin dediklerini sabataj eden iscilere deyilir ve bele adamlar daim problemler yaradir. Daha bir misal, men demirem axi ki her sey “HE” deyen kollektiv lazimdir! Bunun harda oxumusun?! Deyesen basga bloqu oxuyub kommentleri buraya yazirsiz)) Men eksine deyirem sirketde muxalifet olmalidir!!! Sadece her seye YOX deyen adam lazim deyil!
      Isciye yuksek maas hagginda bu yazida umumiyyetle hecne deyilmeyib, kim deyir isciye yuksek maas basga sirket verirse bu pis haldir?! Siz yazilari isciler terefden oxuyursuz burada ise sahibkar terefden. Butun hallarda hegiget birdir! Biz deyirik ki,o isci ki regib tekliflerden manipulyasiya edir (Resad SIz manipulyasiya nedir bilirsizde ele deyil?) o isci sirketlere lazim deyil.

      Insallah gelecekde daha rasional komment yazmaginiz arzusuyle,

      • Qadası, “isciye yuksek maas hagginda bu yazida umumiyyetle hecne deyilmeyib, kim deyir isciye yuksek maas basga sirket verirse bu pis haldir?! ” Deyesen basga bloqu oxuyub kommentleri buraya yazirsiz)) .
        Velhasıl kelam, meqalenizde her terefli olarak müxalif olan düşünceleri diqqete almamaq yatır. Eslinde işlerin getmemesindeki ana sebeb, işi bitirenden çox işi görmeyen insandan bilgi alınması en böyük tehlüke yaradır. Maraqlısı budurki şirketde heç bir rolun yoxdursa, ne işcinin o şirkete bir faydası olar, ne de şirketin o işciye. Buna misal olaraq köhne SSRI’de avtomobil sahesinde bir mühendis 5 ilde bir defe semereli teklif verirdi, Almanyada 5 mühendis ilde bir defe, Yaponya da ise işçisinden mühendisine qeder her kes ilde bir teklif verirdi. Burada esas olan emeğin mükafatlandırılması. Ona göre de iş alım proseslerinde, işe göre işci tapmaq değil, işciye göre iş oluşturmaq nezerde tutulur. Btw, “gizli lider” tanımında işciden gedir söhbet, liderden yox. Yeni bu şeraitde yeni liderin heç bir sorumluluğu yoxdur demekdir, çünkü kollektivi arasında ünsiyetin olmaması liderliyin sorumluluğundadır. Kapitalizmde yaşayırıq, işcini işden çıxarmaq hal hazırdaki qanunlara göre daha asanddır.
        Men demiremki işçilerin hamısı , sahibkarların hamısı eynidir. Esas olan odurki HR şöbesinin buna diqqetle yanaşması.

        Müveffeqiyetler,

  9. Qardas hamisini tamamile duzgun yazib,cunki yukselisin uc yolu var 1.MEQSED 2.INAM 3.NIZAM-INTIZAM
    Nisbeten 4-cu ile razi deyilem.Cunki bele liderlik bezen reqabet yaradir.Hem de pis isci hec vaxt lider ola bilmez………………………..

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close