Marketinq kreativləşir!

Azərbaycanda marketinqin yaşı çox deyil və təbii olaraq hələ biz bu dərin peşənin bütün sirlərindən tam formada istifadə edə bilmirik. İstənilən biznesin müəyyən bir inkişaf təbəqələri olur, biznesin vəziyyətinə görə isə sahibkarın marketinqə, marketoloqa olan ehtiyyacı dəyişir. Təbii ki, Azərbaycandada biznesin gələcəyi artıq böyük fabriklərin, xüsusi dəstəyin hesabına deyil, sivil biznes metodlarının ətrafında qurulur. Daha öncə yazdığım kimi, biznes şahmata çox bənzəyir necə ki, debütdə bir cürə, endspieldə bir cürə oynayırsan eləcədə biznesdədə hər bir mərhələdə öz məntiqi və “oynamaq” yolları var.

Bügün Azərbaycanda olan marketinq kommunikasiyalarında yavaş-yavaş yeni alətlərdən istifadəni görürük. Bu bizi çox sevindirir, belə kreativ işlər nəqədər çox olsa bir o qədər sahibkarlar marketinqin əhəmiyyətini qəbul edəcək!

AGBankın danışan bankomat adlı rolikləri mənim dediyimi təsdiqləyir. Bügünə qədər bizdə belə reklamların faydası hiss edilməzdir, lakin məncə belə kampaniya sayları çox olduğca bu biri-birindən sinerji alaraq dahada güclənəcək.

 

Azərcell-in hazırladığı prezentasiya isə məni doğurdanda valeh etdir. Bilirsiz söhbət onda deyil, bu qeyri-adi bir şeydir və ya bunun dünyada analoqu yoxdur (bu söz son vaxtlar tez-tez işlədilir), əsas brendin bazara gətirdiyi yenilikdir. Marketinq yenilik elmidir. Həqiqətəndə təbrik edirəm!

 

Bu dediklərimdən bir neçə nəticəyə gəlmək olar:

  1. Standart reklamların effektiv aşağa düşür. İnsanlar artıq TV-ə baxmaq istəmir, insanlar eyni informasiyanı özləri üçün daha faydalı tərzdə görmək istəyir.
  2. Bazarda rəqabət hiss edilir. Bu marketinqə önəmi artırır və bizi daha səhlə, əzmli işləmə sövq edir.
  3. Azərbaycan marketoloqları savadlanır. Artıq ölkədə yalnız F. Kotlerin kitabları ilə marketinqdən təsəvvürü olan işçilərin sayı azalır, bunların yerinə daha dərin marketinq-kommunikasiyalarını bilən mütəxəssislər çıxır.

Bütün hallarda dəyişikliklər hiss edilir və hesab edirəm marketinq inkişaf düvrünü yaşayır!

Reklam şirkətləri ilə dost olmamağın yolları

REKLAM ŞİRKƏTLƏRİ İLƏ İŞİN TƏŞKİLİ