image_pdfimage_print

Bu yaxınlarda dostların biri sosial şəbəkələrdə Media Markt və Saturn arasında olan rəqəbət haqqında soruşmuşdu. Təbii ki, bu iki satış şəbəkəsinin dünyanın pərakəndəçi lideri olan Metro Qrupa aid olduğunu bilirsiz. Buna baxmayaraq həqiqətən bu brendlərin fəaliyyətinə nəzər saldıqda pərakəndəçilik üçün ibrət olacaq məsələlərin çox olduğunu hiss edirsən. Bu iki dahi brendinq nümünəsi barədə Sizlərlə bölüşmək istəyirəm.

Yazıya keçməzdən əvvəl brendlərin məxsus olduğu şirkətlər qrupu və brendlər barədə məlumat verim.

Metro Qrup. Dünyanın ən böyük pərakəndəçi şirkətlərindən olan qurum özündə 4 böyük ana şirkəti birləşdirir: Media Markt – Saturn, Real, GALERİA kaufhof, Metro Cash and Carry. Təbii ki, adları çəkilən hər bir pərakəndə şirkəti haqqında çox uzun söhbət açmaq olar, doğurdanda güclü brend idarəetmə məntiqi olan bu strukturlar haqqında söhbətləri gələn yazılara saxlayaraq keçək bizim əsas məsələmiz olan Media Markt və Saturn brendlərinə.

Əslində iki brend pərakəndəçi şəbəkə olaraq tamamiylə fərqli strateqiyaları ortaya qoymuşdur və ən maraqlısı budur ki, hər ikisi öz seqmentlərində Avropanın qeyri-şərtsiz liderləridir. Nədir bu brendlərin gücləri?!

Media Markt. Brend yarandığı gündən indiyə qədər ana marketinq kommunikasiya üzrə hərəkət edir. “Mən axı axmaq deyiləm” (İch bin doch nicht blod) kimi səslənən iddiyalı sloqanı ilə bütün Avropaya məni seçməyən axmaqdır sözünü yumorla deyir. Lakin hər bir satirada həqiqət olduğu kimi Media Markt bazarı bunu tam otuzdura bilmişdir. Brendin əsas müştəri kütləsi 35-60 yaş arasında olan və texnika seçimində qiymətə əhəmiyyət verən ailələrdir. Media Markt marketinq kommunikasiyalarında istifadə etdiyi yumorlarla öz münasib qiymətli olduğunu hiss etdirir. Əslində “Mən axı axmaq deyiləm!” konsepsiyası bügün aşağı qiymətdə çalışan bir çox pərakəndəçi şirkət üçün yol göstərmə istiqaməti olmuşdur, məsələn bügün İKEA, ALDİ, REAL kimi pərakəndəçilər məhz bu konsepsiyanı öz silahları kimi seçmişdilər. Media Markt-ın daha bir güclü silahı – yayılma səviyyəsidir. Media Markt-ın seçdiyi pərakəndəçi formatı ilə hər 30 min nəfərlik şəhərdə bir mağaza açmağa imkan verir. Təbii ki, bu brendin gücünü dahada artırır. Eyni zamanda mağaza biznesi üçün vacib olduğu dediyimiz bütün kreteriyalara praktik olaraq riayyət edirlər.

 

Saturn. Media Markt qrupa aid olan bu brend seçim prosesində qiymətə deyil, texnoloji imkanlara görə hərəkət edən cavan adamlar üçün nəzərdə tutulmuşdur. Qeyd edim ki, qrupun satışında Saturn payı 38% olsada ümumi brend arxitekturanın aparılması baxımından son dərəcə əhəmiyyət kəsb edir. Saturn satış şəbəkəsinin kvadraturası minimum 4000 başlayır. Təbii ki, qoyulan bu standartlar brendə daha statusluq qatır. Həmçinin içəridə olan bütün PoP materiallarda verilən mesaj konkretdir: “Texnika belə olar” (Soo! Muss Technik). Brend bazarda innovasiyanın təqib edən kimi, mövqeylənir. Eyni zamanda Saturn brendi daha çox daxili bazara Almaniya və Benelux olkələri üçün nəzərdə tutulmuşdur. Konserndə qlobal brend kimi Media Markt çıxış edir.

 

Əslində məsələyə baxdıqda brend idarəetmədə necə sadə məntiqlə işləmələrinə görə insan bu brendlərə doğurdanda valeh olur. “Əlçatmaz sadəlik” məncə burda çox yerinə düşər. İki brend və bir-birləri ilə tam əlaqəsiz. Bazar payının necə doğru yollarla böyütmək mümkün olmasına məncə biz belə brendlərdən öyrənməliyik!

 Bİrdə mənim üçün çox maraqlıdır: Azərbaycanda müxtəlif sahələrdə pərakəndəçi brend olduğu halda, niyə bizim məişət texnikası şəbəkəmiz hələdə yoxdur?!

Maraqlı yazı: Azərbaycanda Pərakəndəçi Brendlər

Bunuda oxyun: Almansayağı brend menecment

şərhlər

şərhlər

1 Comment

  1. Niyə ki? Baku electronics, Soliton bunlar nedir?

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close