image_pdfimage_print

Həftə sonu Oğuzda edim və təəsuf ki, bir daha əmin oldum ki, keçən dəfə turizm barədə yazdıqlarım bizim bütün bölgələrimizə aiddir. Yol boyu avtomobili sürərək bir neçə məsələ barədə düşündüm (Bakı – Oğuz çox uzun yol gəldi mənə) və bunların bir qismi özündən razı şirkətlər haqqında edi.

Son vaxtlar müxtəlif yerli və ya xarici (post-sovet) şirkətlərlə görüşəndə bəzilərinin özlərindən xeyli razı olduqları diqqətimi çəkir. “Ağac bar verdiksə başına aşağı əyər!” məntiqindən fərqli olaraq bu tip şirkətlər nəyin ki bar vermək… gündən-günə geriyə getdiyi halda belə “başlarını çox dik” tuturlar. Məncə bu mənfi tendensiyanın çox sadə səbəbləri vardır.

Əziz oxucu bu mənfi tendensiyaların səbəbinə keçməzdən əvvəl icazə verin qısaca olaraq belə xasiyyətin yaratdığı fəsadlar barədə danışım. Şirkətlər özlərindən razı olduqda nə baş verir?!

  1. Bazarda olan yenilikləri görə bilmir. Məhz özündən razılıq müştəriləri davranışlarında baş verən dəyişiklikləri görməyə mane olur, məhz bu xasiyyət bizi sektorun hansı istiqamətə getdiyi gizlədir. Misalları böyük şirkətlərdən verəcəm, əgər Nokia özündən bu qədər razı olmasaydı, smartfon bazarında olan dəyişiklikləri görərdi, əgər İBM “məndən böyük yoxdur” deməsəydi PC bazarını əlindən tam verməzdi və ya Jalə bazarda keyfiyyətinin nə qədər vacib olduğunu vaxtında hiss etsəydi VİTA1000 bələ asanlıqla bazar payını verməzdi və s.
  2. Işçilərinin qədrini bilmirlər. Belə şirkətlərin əsas fərqləndirən xüsusiyyətlırdın biridə budur ki, uzunmüddətli çalışan işçiyə qarşı loyallıq proqramları hazırlamaq, onun daha faydalı işləməsinin təmin edilməsi yerinə onların şirkətdə getməsinin onünü açırlar. Bu dolayı reaksiya verir və belə şirkətlərdə savadlı işçilər işləmirlər.
  3. Apardıqları yeni layihələr uğursuz olur. Özlərindən razı şirkətlər yeni bir layihəni başlasalarda əksər hallarda çox gec başa vururlar. Bunun əsas səbəbi şirkətdə olan burokratiya olur və bu yenilikləri şirkətdə tətbiqini əngəlləyir.

Keçək belə özündən razılığın səbəblərinə. Muasir dövrdə şirkətin xasiyyəti rəhbərliyin baxışları ilə eyni olur. Çunki əslində B2B deyilən bir anlayış yoxdur – B2B-belə B2C-ən ibarətdir. Dolayısı yolla özündən razı şirkətlərin birinci səbəbi özündən razı menecment olur. Məsələn belə menecment başa düşmür ki:

  •  hansısa tanınmış Universitetin MBA (və ya EMBA) proqramını bitirmək əgər öyrəndiklərinin tətbiq etdiyi yer yoxdursa heç bir əhəmiyyət kəsb etmir. Təcrübəsiz nəzəriyyə biznesdə nəyin ki fayda, ziyandir!
  • düzdür biznesdə (marketinqdə) uğurun formulu eynidir, lakin bu formulun daxili sektorlara görə dəyişir. Məsələn avtomobil sektorunda olan uğur formulu ilə FMCG bir ola bilməz. Biznesdə, marketinqdə şablon yoxdur! Buna görədə sektorda olan yeniliklərə nəzərə almamaq ölümcül nəticələr verə bilər.
  • Uğurlu ideya heçnədir, vacib olan adi ideyanın uğurlu icrasıdır! Başqa sözlə desək uğurun  100%-sə bunun cəmi 10% ideyadadır. İcra işin 90%! Məhşur bir sahibkarın sözləri yadıma düşdü: “Mən hər səhər oyandıqda 100-ən çox yeni ideya olur, lakin mənim 100-əlim və ya başın yoxdur!”

Gələcəkdə Azərbaycan şirkətlərində işləyən menecer dostlarımızla görüşüb ölkədəki özündən razı şirkətlərinin siyahısı tutmaq istəyirəm və arzu edirəm bu şirkətlər tezliklə xəstəlikdən sağalsınlar! Azərbaycana çoxlu güclü şirkətlər lazımdır, özündən razılıq isə…

Düşünməyə dəyər!

BİZNES HAQQINDA

MUASİR MARKETİNQ HAQQINDA

şərhlər

şərhlər

4 Comments

  1. Herf sehvleri coxdur, nezere alin. Cunki menani anlamaqa mane olur.

  2. Maraqlı düşüncə və mülahizələriniz var …Sevdim :)

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close