Monthly Archives İyul 2012

Çox zaman PR ilə reklamın bir-biri ilə oxşarlığını bildirmək asand olur, eyni zamanda bəzi “ümumi” danışmağı xoşlayanlar heç çox zaman özləridə səbəbini bilmədən… “PR reklamdan tam ayrı bir şeydir – bunları bir ara qatmaq olmaz!” kimi fikirlər bildirirlər. Bu müzakirələrə qoşulmadan deyə bilərəm ki, PR yalnız düzgün reklam siyasəti olduğu təqdirdə uğurlu ola bilər. Obrazlı desək PR və Reklam iki yaxın “rəfiqədir” və sözləri bir olduqda çox böyük uğurlar əldə etmək olar. Lakin təbii olaraq bunların arasında fərq var və bu fərq aşağıdakılardan ibarətdir:

Hamımız qəbul edirik ki, bügün yavaş-yavaş ənənəvi marketinq kommunikasiya elementlərinin təsiri azalır. Məsələ burasındadır ki, burada problem yalnız insanların televiziya yerinə internetə girməsi deyil, sadəcə artıq insanlar reklamlara inanmır! Təbii ki, bu biz marketoloqların işini dahada çətinləşdirir. Sizcə çıxış yolu nedədir?

Təxminən 4-5 il bundan əvvəl Rusiyada (Moskvada) şirkət nümayəndəliyinin rəhbəri edim. Əsas işimiz bölgəni (Rusiya və MDB) inkişafı və təbii ki, satışları artırmaq edi. Sİzin başa düşdüyünüz kimi, müştərilər, distribyutorlar, dilerlərlə aktiv işləyirdik. O vaxtı mən bizim məhsulları satmaq istəyən hamıya potensial müştəri kimi baxırdım, lakin indi təcrübəmdən öyrəndiyim (şahidi olduğum) bir neçə biznes keyslərə əsasən hesab edirəm ki, hər məhsul istəyən “müştəriyə” satış etmək olmaz. Bu yazıda mən, “lazımsız” müştərilərdən yazacam.

Bir vaxtlar güclü brendlərin əsas silahları qlobal marka strateqiyası ilə müştərilərin ehtiyyaclarını ümumiləşdirib vahid məhsul təklif etmək edi. Bununla brendlər biznesin aparılması üçün sabit xərcləri aşağı salaraq yüksək mənfəət əldə edirdilər. Bugün bu strateqiya ilə brendlər güclü olması böyük sual altındadır. Bu yazıda brendlərin fərdiləşmiş məhsullar təklif etməsindən danışacam.

Bu aylarda Azərbaycana xaricdə daha “diqqətlə” baxmağa imkanım olur. Artıq bir aydır Avropodayam və artıq bir aydır ölkəmizin kənardan necə göründüyünün şahidi oluram. Bu bir ay ərzində əmin olduğum bir şey var: “Azərbaycan sevilməyə layiq ölkədir!” Tək ona görə yox ki, mən millətçiyəm və tək ona görə yox ki, Azərbaycan mənim vətənimdir – xeyr! Bu ölkə həqiqətəndə seviləsi ölkədir, bilirsiz niyə?

12
Close