image_pdfimage_print

Çox zaman PR ilə reklamın bir-biri ilə oxşarlığını bildirmək asand olur, eyni zamanda bəzi “ümumi” danışmağı xoşlayanlar heç çox zaman özləridə səbəbini bilmədən… “PR reklamdan tam ayrı bir şeydir – bunları bir ara qatmaq olmaz!” kimi fikirlər bildirirlər. Bu müzakirələrə qoşulmadan deyə bilərəm ki, PR yalnız düzgün reklam siyasəti olduğu təqdirdə uğurlu ola bilər. Obrazlı desək PR və Reklam iki yaxın “rəfiqədir” və sözləri bir olduqda çox böyük uğurlar əldə etmək olar. Lakin təbii olaraq bunların arasında fərq var və bu fərq aşağıdakılardan ibarətdir:

  1. Təsir obyektləri fərqlidir. Həm reklam, həmdə PR fəaliyyətinin məqsədi eyni olsada bunların təsir elementləri tam fərqlidir. Reklam bir qayda olaraq son xarici müştəriyə və (və ya) bəzi hallarda köməkçi həlqəyə (distribyutor, diler, françayzi və s.) bir-başa informasiyanı çatdırır. Reklam hər zaman bir-başa sözünü deyir. PR isə tam əksinə öz sözünü heç vaxt müştərinin “üzünə” demir. PR informasiyası hər zaman 3-cü şəxslərdən müştəriyə gedib çatır. Məsələn PR menecer uşaq həkimlərini bir konfransa yığır və onlara yeni çıxmış dərmanın faydası barədə məlumat verir. Dərmanın müştərisi olan isə bu informasiyanı məhz 3-cü bir şəxsdən alır. İkinci bir misal, tikinti materialları satan şirkət dizaynerlərin ustaların arasında öz materialları barəsində məlumat verir. Ev təmir edən yenədə bu məlumatı 3-cü şəxslərdən alır. Muasir dövrdə insanların 3-cü şəxslərin fikirlərinə inanma səviyyəsi ardığı üçün təbii olaraq PR əhəmiyyətidə artır!
  2. Təsirli olma müddəti və təsir etmə vaxtı fərqlidir. Reklam müştəriyə təsiri Sizin bildiyiniz kimi çox tez hiss edilir, lakin “tez gelən, tezdə gedər” misalına uyğun olaraq reklamın təsiri tezdə yaddan çıxır. Tibbi dildə desək reklam “ağrı kəsici”, PR isə “mualicəvi” dərmandır! Əgər şirkətin imicində problem varsa bunun xilası, yaxşı ağrıkəsici ilə (reklamla) vəziyyəti dondurmaq, sonra isə mualicə (PR) ilə sağaltmaqdır. Yuxarıda qeyd etdiyimiz kimi, hər iki element çox vacibdir. Lakin bügün PR reklamdan daha az tanınmasının səbəbi budur ki, muasir biznes hər zaman çox tələsir və hərdən menecerlərə öz uğurlarını sübut etmək üçün sadəcə “ağrıkəsici” yəni reklam kifayət olur. Təbii ki, güclü brendlər bu rəfiqələrin hər ikisindən istifadə edirlər.
  3. Təsirlərin ölçülməsi fərqlidir. Reklamın PR fərqləndirən əsas xüsusiyyətlərdən biridə təbii ki, bu iki kommunikasiya elementinin hesablanma üsullarının fərqli olmasıdır. Bügün marketinqə orta səviyyəli fikir verən şirkətlərdə belə, reklam kampaniyalarının konkret hədəfləri olur, proses dəqiq layihələşdirilir. Reklam kampaniyalarının vaxtı, büdcəsi və təbii ki hədəfi olur. Bu prizmadan baxsaq kampaniyalar müəyyən qədər olsa faydası ölçülə bilir. Eyni zamanda uğurlu reklam kampaniyasının müəyyən aparılma prinsipləri vardır. Bəs PR? PR-a bu məsələ çox çətindir. Məsələn keçirilən press-konfransın faydasının ölçülməsi çox çətindir. Təbii ki, burada yenədə nəzəriyyəçi dostlarımız bunun üçün müxtəlif modellər təklif edə bilərlər… lakin çox təəsüf ki Azərbaycan biznes şəraitində bunun aparılması real görünmür!

Mən PR-ın reklamdan fərqləndirmək üçün 3 əsas hesab etdiyim şeylərdən yazdım. Əlbətdə bu siyahını çoxaltmaq olar. Lakin Sizə əsas çatdırmaq istədiyim Mənim bu yazı ilə Sİzlərə demək istədiyim tezis belədir: “Bəli reklam və PR fərqli anlayışlardır, lakin bu iki element bir əldən (bir başdan) çıxmalıdır ki, konkret effekt almaq olsun!”

Eyni zamanda Azərbaycanda PR-ın effektivliyinin azalmasının əsas səbəblərindən biridə KİV-in buna tam hazır olmamasıdır, lakin mən düşünürəm ki, yaxşı PR menecer bu problemi həll edə bilər.

Yaxşı PR menecerlərə hörmətlə…

Reklam haqqında yazılar

PR haqqında

P&G uğur səbəbi nədir?

şərhlər

şərhlər

1 Comment

  1. Free Piano

    You made some good points there. I did a search on the super topic and found most people will agree with your blog Extra website Flygel Thanks!.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close