image_pdfimage_print

Bu yay işlərimin çox olması və iyul-iyul aylarında Azərbaycanda olmadığıma görə məzuniyyətə çıxmamaq gərarına gəlmişəm. Bu baxımdan həftə sonları aktiv olaraq yerli turistik yerlərə gedirəm. Artıq ikinci həftə sonudur ki, Aquapark-a oluruq, sözün açığı bu qədər yaxşı xidmət heç gözləmirdim. Bügün əminliklə deyə bilərəm ki, Bakıda ən münasib qiymətlə və keyfiyyətli ailəvi istirahət yeri məhz buradır. İnfrastruktur çox yaxşıdır, personal pis deyil (müqayisəli olaraq) və qiymətlər başa düşüləndir (bütün bu deyilənlər Azərbaycan daxilində müqayisəli yazılır) . Lakin buna baxmayaraq biz hələdə bu istiqamətdə xarici rəqabətdə ciddi geriyə qalırıq. Bəs Sizcə Azərbaycanda turizm biznesində hansı sahə beynalxalq rəqabətqabliyyətli ola bilər?!

Mən bu suala keçməzdən əvvəl iki məsələyə toxunmaq istəyirəm: niyə biz adi ailəvi turizm növlərində xaricilərə uduzuruq və Azərbaycan ailəsinin turizm büdcəsi digər ölkələrin vətəndaşları ilə müqayisədə necədir.

  1. Niyə biz xaricilərdən zəifik?! Bunun bir neçə obyektiv səbəbləri vardır. İlk öncə deməliyəm Azərbaycan təbiyyəti və ölkənin infrastrukturu buraya sırf təbiyəti görməyə gələn turistlərin maraqlarını xeyli zəiflədir. Mən əlbətdə Azərbaycan və Azərbaycanın təbiyyətini çox sevirəm, lakin bizi İsveçrə, İtaliya, Fransa və ya ən yaxın qonşumuz Gürcustan müqayisə etsək bizim təbiyyətimiz “qalib” deyil. Buraya infrastruktur məsələsini əlavə etsək, ümumiyyətlə buraya nəyin ki turist gələr, hətta daxildə olan normal gəlirli Azərbaycan ailəsi belə bizdə dincəlməz. Bu istiqamətdə görüləsi iş çoxdur və pessimist olsa yazacam, ümumiyyətlə bizim bu turist istiqamətində şansımız yoxdur! Deyə bilərsiz ki bizim Xəzər Dənizimiz var! Əlbətdə var! Lakin yenədə biz elementar müqayisəli təhlil aparsaq görərik ki, bu sahədə beynalxalq rəqabət üçün yararsızdır. Söhbət sadəcə Xəzər dənizinin çirkli olması, infrtastrukturun zəifliyi və ya qiymətlərin astronomik olmasından getmir. Məsələ burasındadır ki, Azərbaycana dənizə görə gəlmək istəyən turist, Türkiyyədə, Misirdə və ya İspaniyada tapa biləcəyi heç bir dəyəri burda tapa bilməyəcək, biz sadəcə buna millət, xalq olaraq hazır deyilik. Tarixi turizm?! Təəsuf ki, Azərbaycanda nə dünyaca məhşur Piramida, nədə tarixdə ciddi özündən söz etmiş bir element yoxdur. Bizdə olan tarixi abidələr (məsələn Qız Qalası, Şirvanşahlar və ya Xan Sarayı) qlobal səviyyədə heç bir tarixi əhəmiyyət kəsb etmir, yəni bu haqda tarixi ədəbiyyatlarda yazılmır. Neysə, mən tarixə çox girmək istəmirəm, lakin dostlar bu istiqamətdədə şansımız, ailəvi turizmdən çox deyil.
  2. Azərbaycan ailəsi turizmə dəyər verirmi? Əslində mən bəlkədə yazını elə burdan başlamı edim. Keçən il Kievdə bir təqdimatən var edi: Avropa və Asiya istehlakçı davranışlarından danışırdım və bu təqdimata hazırlaşdığım zaman çox maraqlı statistikaya rast gəldim. Asiya ailəsi və Avropa ailəsi ilə müqayisədə istirahət və boş vaxtının keçirilməsində Avropalılar 3, 5 dəfə çox pul xərcləyir. Ailə budcəsinə düşən faizlara görə, daha konkret desək əgər Asiyalı boş vaxt və istirahətə ailə büdcəsinin 4-5% xərcləyirsə, Avropalı isə 16-17% çatır. Bu statistikalar Azərbaycanla məsələn Rusiya ilə eyni olduğunu düşünürəm. Biz anadan olanda ev və ev əşyaları haqda düşünürük. Məsələn Sizə bir Statistika verim, orta Azərbaycan ailəsi ildə ev əşyalarına (həmçinin mebel) 150 dollar, rus ailəsi isə cəmi 40 dollar xərcləyir. Məncə Sizə məlum olur biz pulu hara xərcləyirik… Biz həyatın qısa olduğunu tez-tez desəkdə, heç vaxt real əməllərdə buna riayyət etmirik. Məsələn mən əminəm Statistikaya baxsaq çox az Azərbaycalı xarici ölkələrdə olub, lakin baxın ruslara… demək olar ki, bütün rus ailəsi yayda mütləq harası istirahətə gedir. Bu heçdə imkandan asılı deyil – sadəcə biz daim pul yiğmağı, ev tikməyi, ev genişləndirməyi düşünürük…

Buna baxmayaraq mən həyatda mümkünsüz heçnəyin olmadığını düşünənlərdənəm! Azərbaycan qlobal səviyyədə turizm təklifi hazırlayacağı sahə var – rekrasiyon turizm. Bizdə olan bəzi üstünlüklər demək olar ki, heç yerdə yoxdur və ağıllı marketinq (brendinq) strateqiyası olsa məncə bu sahədə nesə etmək olar. Naftalanda olan potensial, Masallıda bəzi imkanlar müalicəvi turizmi Azərbaycanda rəqabətə davamlı edə bilər. Bunun üçün əlbətdə ki, yalnız marketinq və ya mikro səviyyədə deyil, makro səviyyədə ciddi işlər görülməlidir.

Bu işlər görüləcəkmi və ya alternativ xərclər cəhətdən bu əsaslandırılmışdırmı?! Bilmirəm… lakin yaxın 10 ildə Azərbaycana xarici turist gələcəyindən ciddi şübhələrim var. 10 il yazmaq istəmirdim 5 il kimi oxuyun…

Azərbaycan mebel sənayesi – inkişaf perspektivləri

Aktiv satışlar – şirkətlərin xilasıdır

 

şərhlər

şərhlər

5 Comments

  1. Infrastruktur duzelse, sehraya the turist celb etmek olar. Dushunurem ki, iki onemli shey yaxin gelecekede inkisaf etmese, Azerbaycanda turizm inkisaf etmeyecek – biri infrastruktur, diger muhum amil ise SERVIS-dir. Bir oturuma 300 manat-500 manat hesab verib pis xidmet gormek hec kesi sevindirmez. Maraqli yaziya gore teshekkurler.

    • İnfrastrukturu düzəltmək olar, amma servis hələ uzun müddət zəif cəhətimiz olaraq qalacaq. Düşünürəm ki, bunun da əsas səbəbi "birlik və bərabərliy"in təbliğ edildiyi keçmiş Sovet ölkəsinin vətəndaşı üçün kiməsə "servis" göstərmək düşüncəsində "əskiklik" kimi psixoloji təsirin yer almasıdır.

  2. Ilkin, salam. Meqaleni oxudum. Yaxshi meqaledir. Lakin tebiet meselseine gedlikde mubahiseli meseledir. Bir arqumentim var denizle elaqeli. Beleki Pribaltika olkelerinin denizinin suyu yayda 14-15 derece olur ve ora turist bizden cox gelir. Baxaq gorek 25-26 derece olan deniz sahilini neje istifade edirik. Turizme sezon ishimi kimi baxirirq, qiymetlerde ki, Turkiyeden baha (burda raziyam ki obyektiv sebebde var- dushuremki, inshallah duzeler buda) Akvaparka geldikde iset mende ora iki il onje hefte sonu uz tutmushdum, heqiqetende normal personal ve qiymet. Indi bilmirem nejedir iki il onje ordaki matras berbad idi. Matarsin o halda olmasi hech onlara standard xidmet bali vermek olmaz. Qayidaq bizi turizme- en boyuk problem infrastruktutrun olmamasidir. Yollarimizin berbad olmasi, Kanalizasiya, su internetin ashagi seviyede olmasi ve s. Dushunurem ki 10 ilde, Eslinde 3 il yazmaq istedim :) 3 ile maksimum duzeler.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close