image_pdfimage_print

Bügün mətbuat günüdür, bütün dünyada 4-cü hakimiyyət elan edilmiş bir peşənin bayramıdır. Məncə bu peşə muasir dünyanın həqiqətəndə aparıcı sahələrindəndir. Zaman keçdikcə mətbuatda bir çox şey tam dəyişmişdir: məsələn mətbuatın məlumatı ötürmə kanalları, mətbuat işçilərin özləri haqqında danışmaları, jurnalistlərin əmək haqqı sistemi, KİV-in qazanc mənbəyləri, ümumiyyətlə çox şey. Lakin dəyişməz qalan 1 vacib dəyər vardır – Mətbuat çox güclü silahdır. Bilirsiz niyə?

Mən mətbuatın son dərəcə güclü və təsirli alət olduğu haqqında fikirlərimi Sizlərlə bölüşməkdən əvvəl istəyirəm bir neçə faktlarla muasir mətbuatın necə dəyişdiyini məlumat verim.

Fərq № 1. Əvvəllər insanlar bütün yenilikləri çap məhsullarından və ya televiziyadan əldə edərdilər. Post-sovet dövründə qəzetlərdə yazılan istənilən yazı ciddi şəkildə təhlil edilirdi, məsələn hansısa müəssisə rəhbəri haqqında yazılan neqativ məlumat son dərəcə tez yayılır və həmən məmur haqqında tədbirlər görülərdi. Bügun bu belə deyil, məsələn ANS-in “İç Xəbərində” demək olar ki, hər gün bir məmur özbaşnalığından danışılır, lakin bifayda! Sizcə bu 4-cü hakimiyyətin zəifləməsidirmi?! Əsla! Muasir dövrdə sosial şəbəkələr, Facebook və ya Youtube istənilən məlumatın işıq sürəti ilə yayılmasına və istənilən məmur özbaşnalığının ciddi cəzalanması üçün əvəzsiz meydandır. Məncə sübüta ehtiyyac yoxdur. Keçmiş hadisələri xatırlasanız bəsdir.

Fərq № 2. Əvvəllər insanlar jurnalistlər yazmaq istədiyini və (və ya) yaza bildiyi haqda məlumatlı olurdu. Eyni şey göstərməyədə aiddir, yəni TV-ə. Sizcə bügün bu belədir?! Əlbətdə belə deyil! Bügün biz məhz bizə lazım olan məlumatı dinləyirik. Bügün Sosial şəbəkələrə girən əhalinin dünya üzrə 80% çox məhz fikir mübadiləsinə görə şəbəkədədir! İnsanlar yalnız eşitmək istədiyi mövzular haqqında eşitmək istəyir. Başqa sözlə desək müştərilərin həqiqi şahlığı artıq KİV-ə hiss edilir. Əgər bir vaxtlar TV-ə cəmi 3-4 kanal var edisə, bügün bu kanalların sayı hesabı yoxdur, əgər bir vaxtlar yalnız çap məhsulları var edisə, bügün artıq internet hər evdə dünyaya pencərə açır. Biz seçim edə bilirik. İnsanların seçim edə bilməyi jurnalistikanın bütün tarix boyu ən ağrılı yeri olan senzuranı məhv edir! İstənilən məlumat, ən güclü senzurada belə işıq sürəti ilə yayılır. Bu jurnalistikanı prinsipial yeni nöqtəyə, zirvəyə gətirir!

Fərq № 3. Əgər əvvəllər bir-başa reklamlar təsirli marketinq elementi hesab edilirdisə, bügün bu öz aktuallığını itirmiş vəziyyətdədir. İstehlakçı reklamı eşitmək, görmək, hiss etmək istəmir – bizə lazım olan ekspert fikri və ya sadəcə səmimi bir məlumatdır. Məhz buna görədə bütün dünyadan bloqlar tüğyan edin! Sizcə Google niyə bloqlara öz axtarış prosesində üstünlük verir? Məncə cavab çox sadədir, Google sərfəlidir ki, Yeni mediyalar inkişaf etsin və buna görədə öz maşınlarını bu “tapşırığı” vermişdir. Bloqlar dövründə muasir jurnalistdən ciddi sahə bilikləri və səlist izahat tələb edilir. Bügün reklam vermək belə jurnalistika üçün yeni imkanlar açır, yenə Google “qardaşdan” öyrənəcək çox şey var.

Dəyərli oxucu, məncə 3 fərq haqqında məlumat vermək, yetərlidir ki, mətbuatın necə yeniləndiyi haqqında həmfikir olaq. Həmçinin bu yazdıqlarımız mətbuatın bügün həqiqi gücə sahib olduğunu sübüt edir. Yerli mətbuatın və jurnalistlərin bu gücdən istifadə etmə yolu isə çox sadədir:

  1. Yenilənmək.
  2. Güclərinə nəzarət etmək.

Jurnalistlərə dərin hörmətlə!

Bizə facebook lazımdır?

Sosial şəbəkələr – marketinqin güclü silahı

Maraqli yazı – Ofisi kafeyə keçirək?

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close