image_pdfimage_print

MƏN SİZƏ BU YAZI İLƏ BİZNES HƏQİQƏTLƏRİ BARƏDƏ YAZACAM (cəmi 2)

Bilirsiz həyatda ən gözəl təlim məhz şəxsi təcrübədir. Əlbətdə mən inanıram ki, hansısa bir iş görməzdən əvvəl onun təhlili olmalıdır, eyni şeyi daha əvvəl etmiş adamlarla söhbət etmək vacibdir, bir sözlə 100 ölç 1 biçmək lazımdır. Lakin bununla belə insan səhv etmədən həqiqəti tam başa düşə bilmir. Bununla belə səhvsiz insan yoxdur və səhvsizlik – fəaliyyətsizliyə bərabərdir buda biznesdə ən böyük səhvdir. Səhv etməkdən qorxmayın, bilirsiz niyə?!

Bu sualın cavabını vermək üçün, mən bügünə kimi başıma gələn 2 həqiqi hadisə barədə danışacam.

HƏQİQƏT №1. Ali məktəbdə oxuduğum vaxt bir qrup yoldaşımla söhbət edirdik. Yayda nə etdiyini soruşdum və o mənə yay tətilində taxılçılıqla məşğul olacağınl dedi – “Mən yayda taxıl piçəcəm. 5 hektar sahəm var. Hər il taxıl əkirəm”. Təbii ki, ağlıma çox sadə bir məntiq gəldi – “Bu taxıl əkmək nə yaxşı şeydir…” Qrup yoldaşım mənə taxıl əkməyin çox gəlirli bir şey olduğunu “izah etdi” və mənə dedi ki, mütləq taxıl ək. Mən qəti qərara gəldim ki, mütləq taxıl əkməliyəm. Valideynlərdən pul istədim və çox düşünmədən kəndimizdə (Yevlaxda) taxıl əkmək üçün bir tanışa bütün pulu verdim. Ozümdə getdim oxumağımın dalınca… 2-3 aydan bir zəng edib işlərin necə getdiyini soruçurdum. Cavab isə – “ƏLA” olurdu. Beləliklə biçin vaxtı gəldi… və məlum oldu ki, taxıl əkmək heçdə hər zaman xeyrli olmur (uzun söhbətdir). Təsəvvür edin ki, 4 hektar yerdən cəmi 3,5 ton (36 sentner) taxıl çıxdı. Təbii ki, bu mənim qoyduğum pulu ödəmirdi… və təbii ki, mən böyük ziyanla işi bitirdim.

Bu işdə aşağıdakı nəticələri aldım:

  1. Nəzarətini və aparılma üsulunu bilmədiyiniz heç bir işə girməyin. Mən bilseydim ki, taxıl necə əkilir və bu prosesə nəzarət edə bilsəydim mənim ziyanım olmazdı.
  2. Öz işinizi başqasına həvalə etməyin. Mən taxıl əkməyi tam başqa adama həvalə etdim və bununlada özüm məlumatsız vəziyyətdə qaldım.
  3. Şərikliyi düzgün edin. Siz pul qoyursuzsa mütləq şərikinizdəndə nesə tələb edin və ya əksinə. Bir tərəfli işlər uğursuz olur.

HƏQİQƏT №2. Təxminən 2 il bundan əvvəl Almaniya ezamiyyətə gedirdim və iş yoldaşım mənə tanımadığım bir şampun brendinin adını dedi, bundan almağımı məndən xahiş etdi. Təbii ki, xahişi yerinə yetirdim və özüm üçündə bu şampundan aldım. İstifadə zamanı son dərəcə keyfiyyətli və saç tökülmələrinə qarşı faydalı olduğunu öyrəndim. Marketoloq olduğumdan brendin saytına girdim və post-sovet ölkələrində Azərbaycandan və bir sıra digər xırda dövlətlərdən başqa bütün yerlərdə distribyutorunun olduğunu öyrəndim. Çox düşünmədən e-mail yazdım və bu brendin Azərbaycan bazarında satışının mümkünlüyünü soruşdum. Cavab müsbət oldu. Almanlar mənə Azərbaycan üzrə ekskluzivlik verməyə hazır edi. Mən bazarı araşdırdım, sahədə eksperlərlə söhbət etdim və həqiqətəndə real tələbin olduğunu gördüm. Bütün bunlardan sonra Alamiyaya məktub yazıb “Bir-az düşünmək istəyirəm” dedim. Bir aydan sonra brend artıq digər bir adama ekskluzivlik vermişdi.

Bu həqiqətdən aşağıdakı nəticələri qazandım:

  1. Biznesdə ən dəyərli resurs vaxtdır. Əgər mən vaxtında distribyutorluğa “HƏ” desəydim indi ən azından maddi vəziyyətimi daha yaxşı olardı.
  2. Ehtiyyacı başa düşmək üçün istehlakçı olmaq vacibdir. Mən sözü gedən şampundan özümə almasaydım və işlər olmayacaqdı, hemin şampunun Azərbaycan bazarındakı ehtiyyacını bilməyəcəkdim.
  3. Heç vaxt özünə arxayın olmayın. Mən bu brendi məndən başqa heç kimin bilmədiyinə inanırdım və özümdən arxayın edim. Sonra başa düşdüm ki, yaxşı ideyanın şəriki çox olur və belə şeyləri gecikdirmək olmaz.

Bununla yanaşı yuxarıda yazdığım misallar mənə gələcək üçün çox gözəl baza yaratdı və mən bu səhvlərdən neticə çıxararaq bir neçə faydalı addım atdım. Mən bu səhvlərlə aşağıdakıları öyrəndim:

  • Heç vaxt bilmədiyim işə girmirəm;
  • Konkret rəqabətqabiliyyətliyini hiss etmədən heç bir işə başlamalaram, “niyə mən?” sualı tapılmalıdır;
  • Hər addımı 100 ölçüb 1 biçirəm;
  • Vaxtdan istifadə etməyə çalışıram. “Karvan yolda düzələr”
  • Əmin olduğum şeyləri edirəm.

Səhv etdiyimə peşman deyilən, çünki bu mənə treninq funksiyasında oldu. Beləliklə: SƏHV ETMƏKDƏN QORXMAYIN!

Özündən razı şirkətlər…

EMAL olunmuş YENİLİK!

şərhlər

şərhlər

2 Comments

  1. Əla :)

  2. Yazılarını çox bəyənirəm :)

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close