image_pdfimage_print

Sizcə Zara, Mango, H&M nə satır?! Bəli bü mağazalarda Siz paltar görürsünüz, lakin aldığınız məhz Moda-ır. Bəs İKEA-da nə alırsız?! Mebel – məncə yox. Burada insanlar evinə sevqi, qənayetçilik hissi alırlar. Əziz oxucu, əgər fikir versəniz muasir dövrdə bütün güclü brendlər məhz maddiyatı qeyri-maddi yollarla təklif edirlər. Mən bu yazıda emosiyanın biznes (Brend) idarəetmədə təsirindən danışacam.

Muasir biznesdə brendin əhəmiyyətinin artmasının yeganə və çox vacib səbəbi ondan ibarətdir ki, insanlar seçim zamanı sadəcə baza ehtiyyaclarını ödəmək deyil, həmçinin əlavə faydalar əldə etmək istəyirlər. Bir neçə Azərbaycan və xarici brendlərinin təcrübəsindən misal çəkim:

  • Qızına cehiz vermək istəyən ana (valideyn) mebel seçimi zamanı Embawood-a girir. İlk baxışdan ona qızının evini gözəl bezəmək üçün mebel lazımdır, lakin dərinliyə getdikdə biz görürük ki, ehtiyyac heçdə o deyil. Ana düşünür ki, qızına verilən mebel gələcəkdə ona status verəcək və o hamının yanında mebeli Embawood-an aldığını deyə biləcək! Beləliklə məlum olur ki, şirkət rəqabətdə udmaq üçün sadəcə gözəl mebel deyil, həmçinin status verməlidir. Bunun üçün güclü brend olmalıdır.
  • Gənc xanım çanta seçmək üçün Prada-a girir. İlk baxışdan ona keyfiyyətli və gözəl çanta lazımdır düzdür?! Lakin xanımın davranışlarını elementar müşahidə edərək görürük ki, çantanın yaraşması və ya ümumiyyətlə keyfiyyəti maraqlı deyil. Vacib olan odur ki, xanım rəfiqələri yanında çantanı Prada-n aldım deyə bilsin və əlində Prada çanta, evində (və ya iş yerində) Prada-ı xarakterizə edən nesə olsun. Qadınların nə istədiyini yavaş-yavaş başa düşürük deyəsən
  • Son vaxtlar Bakıda bir neçə bahalı uşaq baxçası və orta məktəb dəbə minib. Dəb sözünü elə-belə demedim. Bilirsiz valideynlər buraya uşaqlarını təəsüf ki, heçdə güclü təhsil almağa deyil, məhz özlərini kiminsə yanında sübüt etmək üçün göndərirlər. Düzdür misal xoş deyil, lakin həqiqətdir. Bu brendinq növü Azərbaycanda çox geniş yayılıb “özünü kiməsə göstərmək ehtiyyacı”!
  • Sevqi şəhəri dedikdə ağlınıza ilk gələn hansı olur? Paris, bəs ikinci? jəqin ki Venetsiya. Bəs Sizcə niyə? Parijdə məgər nə var ki, onun sevgi şəhəri adlandırırlar?! Sadəcə Parij insanlara bu emosiyanı verə bilir və sadəcə Venetsiyada sevgi sözü daha güclü səslənir, bu muasir brendinqin gələcəyidir. Qeyri-maddiliyi maddi formaya çevirmək! Bu trend güclü brendlərin hazırlanma reseptidir.
  • Təyyarə bileti aldıqda niyə hər birimiz Bakı – İstanbul reysi üçün Türk Hava yollarını tərcih edirik (bu arada mən AZAL- heç bir şirkətə dəyişmərəm), cavab çox sadədir, türk hava yolları emosional formada öz üstünlüklərindən danışır. Bəs bizim AZAL? Bizim AZAL isə öz fəaliyyətində brendinqin “B” hərfindən belə istifadə etmir. Nəticələr göz qabağındadır. Xidmətimiz AZAL-a son dərəcə yüksək olsada imicimiz aşağıdır!

Bu çəkdiyim misalların sayı hesabı yoxdur. Lakin nəticə birdir: Biznes və biznesmenlər brendinqə möhtacdır! Bügün Azərbaycan bazarında lider şirkətlər, mebeldə – Embawood, geyim satışında – Romantic, parfumeriya satışında – İdeal, pərakəndədə Favorit, Bizim Market və s., hava yollarında AZAL, süd məhsullarında Pal Süd və Atena, aptektlərdən Avis, Zəfəran öz biznes fəaliyyətində brendinqə əhəmiyyət verməlidir.

Xalq dilində desək bizim brendlərə emosiya lazımdır, emosiya dedim məhşur filmdəki səhnə yadıma düşdü: Emosiya çatışmır, emosiya!!!

Hə birdə unutmamış deyim, güclü brend o deyil, onu hamı tanıyır, güclü brend odur ki, ona sahib olmaq istəyənlər çoxdur!

Brendinizin SES-i gəlsin

QƏBİRDƏ olan brend

BRENDİNQ haqqında – burada oxuyun

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close