image_pdfimage_print

Çoxlarınız Porteri oxumusunuz və bir vaxtlar bütün bizneslərdə onun dedikləri əsasında strateqiyalar qoyulduğunu bilirsiniz. Muasir dövrdə Porterlərin, F. Kotlerlərin, D. Aakerlərin dedikləri hamımızın gözü qabağında öz aktuallığını itirir. Məhz bu fikirlərə biz daha əvvəl ki, yazılarda strateji idarəetmə dövrünü bitdiyini dedik, çünki bügün informasiya ən vacib biznes resursdur. Mən bu yazıda Sizlərdə bunun yaxşı və ya pis olması barədə deyil, muasir dövrdə biznesinin rəqabət gücü hesab ediləcək – informasiyadan danışacam.

Porter “müəllim” özünün çox saylı kitablarında qeyd edir ki, biznesdə rəqabətqabliyyətli olmaq üçün 2 üsul vardır. Bunları Sizin yadınıza salmaq istəyirəm.

  • Xərclərdə üstünlük. Yəni Sizin təklif edəcəyiniz məhsul (və ya xidmət) rəqib təkliflərlə müqayisədə daha münasib qiymətə olmalıdır. Bunun üçün Sizin müştəri dəyər zəncirində hansısa xərclərinin rəqiblərdən daha aşağı olmalıdır. Porter qeyd edir ki, əgər Sizin həqiqətəndə belə bir üstünlüyünüz yoxdursa deməli, aşağı qiymətlə bazarda mübarizə aparmanız doğru deyil, çünki qiymətin əsassız aşağı salınması mənfəətin itirilməsinə gətirib çıxaracaq. Mənfəətsiz biznes isə heç kimə lazım deyil. Beləliklə əgər qiymətin aşağı olması üçün həqiqi bir arqumentiniz yoxdursa, ikinci bir strateqiya mövcuddur;
  • Differensasiya. Porter bizə öyrədir ki, əgər biznesdə qiymət aşağı sala bilmirsinizsə deməli yeganə yol təklifinizi fərqləndirməkdir. Bunun üçün müştərilərin seqmentasiyası, konkret seqmentin seçilməsi və bu seqmentə uyğun təklifin hazırlanması olmalıdır. Düzgün differensasiyası həqiqətəndə rəqabətqabliyyətinə çevrilə bilər, həmçinin niş bazarlarda çalışan şirkətdə dünyada ən rentabelli bizneslərin başında dayanır.

Yuxarıda deyilənlərlə paralel, XXI-əsrin özünə xas xüsusiyyətləri var. Bu xüsusiyyətlərin birincisi isə bu əsrdə informasiyanın ən dəyərli biznes resursa çevrilməsidir – uğurlu biznes üçün bu vacibdir. Daha əvvəl ki, yazılarda dediyimiz kimi bügün rəqabətqabiliyyətli biznes üçün məhz qeyri-maddi aktivlər vacibdir. Bu aktivlərdən isə informasiya ən dəyərlisidir. Məlumatlı şirkətlər istənilən sahədə liderə çevrilə bilərlər. Mən informasiyanın əsas rəqabət gücü olduğunu göstərmək üçün 2 misal verəcəm.

  1. Müştərilər haqqında informasiya. Bir vaxtlar ideal marketinq seqmentasiyası dedikdə biz müştəri ehtiyyaclarını özündə əks etdirən qrupları nəzərdə tuturduq. Bügün bu səhnə tam fərqlidir – ideal seqment bir müştəridir. Seqmentasiya fərdi ehtiyyaclara doğru addımlar, CRM olmadan biznes aparmaq rəqabətli sektorlar üçün ölümlə nəticələnə bilər. Müştərilər haqqında düzgün və ətraflı informasiyaya malik olmaq rəqabət mübarizəsində ən təsirli alətlərin başında dayanır. Keçən yazılarda yazdığımız brendinqdə fərdiləşmə prosesi biznesdə necə rəqabət etmək lazımdır sualının cavabını bizə verir. Müştərilər haqqında daha çox informasiyası olan şirkət bazarın lideridir!
  2. Təhcizatçılar haqqında informasiya. Muasir dövrdə elm-texnoloqiya hər saat dəyişir. Yeni-yeni xammal istifadəsi, istehsal metodoloqiyası, satış sistemi, reklam siyasəti bir sözlə xarici mühit daim dəyişir. Bu isə şirkətlərdən bu haqda dolğun və vaxtında məlumatlı olmalarını tələb edir. Yeniliyi öz sektorunda ilk tətbiq edən şirkət rəqabət mübarizəsində qalibə çevrilir, bunun üçün isə informasiya olmalıdır… bençmarkinq vacibdir!

Bu misalları çox uzatmaq olar, həqiqət isə birdir – informasiya XXI əsrdə rəqabət mübarizəsində ən vacib şərtdir.

Hərdən mən düşünürəm ki, marketinqdə (biznesdə) baş verən yeniliklər daha əvvəl oxuduqlarımızı hədər edir, lakin sonra özümə təskinlik verirəm: Marketinqdə heç bir şablon yoxdur! Ən düzgün marketinq, müştərini başa düşən marketinqdir və elm-texnika nə qədər deyişirsə-dəyişsin bir şey daimidir – Müştəri Biznesin şahıdır!

Mehriban düşmən – RƏQİBLƏR HAQDA

EMAL olunmuş YENİLİK! – BENÇMARKİNQ HAQDA

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close