image_pdfimage_print

Təbii ki, hamımız heç olmasa bir dəfə Bakımızda Neftçilər pr, Huseyn Cavid pr. və s. yerlərdə olan butik mağazalara girmisiniz. Bu mağazalar luks məhsullar təklif edirlər. Bəs Sizcə lüks məhsulu premiumdan fərqləndirən xüsusiyyət nədir?!

Cavabınız qiymət ola bilər, digərləriniz keyfiyyətdən danışa bilərsiniz, bəlkə imic və s. və ilaxir. Mən hesab edirəm ki, məhsulun lüks kateqoriyası aid edilmə kriteriyası onun qiyməti və ya keyfiyyəti deyil digər görünməyən qeyri-maddi dəyərlərdir. Bu yazıda gəlin bu dəyərlərdən danışaq.

İlk əvvəl qeyd etməliyəm ki, bügün Azərbaycan bazarında lüksla premium arasında olan sərhəd pozulmuşdur. Azərbaycanda bir çox qlobal brendlər öz “qlobal” brendinqindən imtina etmiş vəziyyətdədir, misal?! Bu da bir neçə misal:

  • Biz yeganə ölkəyik ki, Porsche TV reklam verir və satışlarından kredit amilindən danışır;
  • Biz yeganə ölkəyik ki, McDonalds-a cavan oğlanlar qızları görüşə dəvət edir və bununla fəxr edir;
  • Biz yeganə dövlətik ki, Caroline nə bilim nə adlı Çin malı (keyfiyyətsiz Çin malı) az qala lüks üğrunda mübarizə aparır
  • Biz yeganə dövlətik ki, BMW-ni ağsaqqallar (oxu məmurlar), Mersedes-i isə kasıb adamlar sürür;
  • Biz yeganə… misallar çoxdur və mən məcburən dayanmalıyam ki, mövzudan çox yayınmayam! Bir sözlə bizdə yumşaq desək lüks-la premium bir-birinə qarışıb.

Bu baxımdan lüks brendinq anlayışı Azərbaycanda son dərəcə zəif həyata keçirilir. Sadəcə olaraq bu seqment öz payını itirir. Lüks məhsul nədir?

  1. Lüks məhsul adət-ənənə ilə formalaşır. Əgər fikir versəniz lüks brendlərin demək olar hamısı müəyyən ailəyə, şəxsə və tarixə söhkənir. Bu heçdə təsadüfi deyil, lüks mal istifadəçisi nəsildən-nəsilə keçən var dövlət nəticəsində formalaşır. Bügün Azərbaycanda “yeni varlılar” seqmenti dominatlıq təşkil edir. Bu seqment isə sadəcə göstəriş üçün hərəkət edir. Belə adamlar lüks əhəmiyyətini sadəcə “filankəsdə filan şeydən var, məndə niyə olmasın” məntiqinin üzərində qurur… bu isə lüks məhsul prinsipinə tamamiylə ziddir. Əsl lüks nadir olmalıdır!
  2. Lüks sakitliyi sevir. Almanlarda gözəl bir misal var: “Pul dünydada yeganə şeydir ki, onun haqqında danışanlar ona sahib ola bilməzlər”, pul sakitliyi sevir. Lüks mal isə yalnız həqiqi varlı insanlar əldə edir. Bizdə ki “Yeni varlılar” nəsli lüks mütləq nümayişə görə alır. Məsələn elementar bir statistika insan ömrünün 3/1 yataqda keçir, lakin buna baxmayaraq Azərbaycanda həqiqi ortopedik döşək tapmaq müşkül işdir, digər tərəfdən ən bahalı avtomobillər ilk Azərbaycanda olur. Səbəb?! Çox sadə, biz yalnız göstərilməsi mümkün olan şeylərə pul vermək istəyirik. Bizə sakit lüks yox, səsli premium lazımdır!
  3. Lüksü – münasibətlər – xidmət yaradır. Bizdə hətta lüks məhsul satan mağazalarda xidmət səviyyəsi… zəifdir. Mən Milanda hər dəfə Louis Voitton mağazasına girdikdə sadəcə mədəniyyətin ən son pilləsinin harda olduğunu görürəm, bizim mağazalarda (lüks brend mağazaları) isə mən başa düşürəm ki, pulla mədəniyyət antonimdir (dostlar bu mənim fikrim deyil, bu sovet psixoloqiyasıdır, lakin bügün bizdə vəziyyət hələdə budur… uzun mövzudur). Təbii əsas problemlərdən biridə bu sahədə təcrübəli menecer komandasının olmamasıdır. Bu bir daha sübüt edir ki, bizdə lüks istifadəçiləri lüks seqment deyil!

Lüks məhsul istifadəsi ölkədə inteliqensiyanın faizindən xəbər verir, lakin təəsüf ki, bügün bizdə bu belə deyil. Lakin pessimist olmayaq və inanaq ki, tezliklə Azərbaycandada həqiqi lüks müştərilər formalaşacaq və lüks məhsulların həqiqi dəyəri olacaqdır.

QEYD: Lüks marketinq mənim ən sevdiyim sahələrin başında durur və mən hal-hazırda bu seqmentdə olan marketinq strateqiyalarını təhlil edirəm. Yeni fikirlər olduqda paylaşacam!

Fikirlərim xoşunuza gəlirsə Sizdə paylaşın!

LÜKS BRENDLƏRİN MARKETİNQİ

SATIŞ HAQQINDA

şərhlər

şərhlər

5 Comments

  1. Sinteks MMC-nin təmsil etdiyi brendlərin maqazalarinda xidmət fikrimcə qənaətbəxş səviyyədədir. həttə birçox hallarda avropadan geri qalmır.

  2. İlkin bəy , yazınız maraqlı və aktualdır..əgər ki ortopedik yataq sözü konusu ise , varmı Embawoodda? bir də ki Porcheni ona görə reklam edirlər ki, adam var ki pulu var , elit düşüncə yoxdur , ona gərək göstərəsən ki bu var :)).

  3. Ilkin m, bizde LUKS seqmentine aid mushteri kutlesi, esil LUKS seqmentini xarakterize eden xususiyyetlere malik deyildir. Yazinizda da vurguladiginiz kimi bizde bunlar: gosterisi seven, sonradan goren, bir-birile behs eden, shexsiyyetden deyil, vezifeden ireli gelen yasham xususiyyetlerine malik insanlar oldugu uchun beledir, yani sizin gosterdiyiniz kimidir!

  4. Ilkin, fikrinizle raziyam ki, bizde Luxury brand hele de Middle-HIgh Income segmentine teref fokuslanir ve ele buna gore de bir cox insanlar cox bahali olmanin sebebini qiymet sonraki deyerler olmadigina gore anlaya bilmirler. Luxury brand mence hem de adamlara, muxtelif zovqlere oxsamalidir ve bir nov insan ozununkuluk hiss etmelidir. Adeten bele hiss cox bahali ve lux ayaqqabi alinanda hiss olunur. Bele luxury hiss ise sonradan esl repurhcasing demekdir.

  5. sakit lüks terminini çox bəyəndim. öncə eşitməmişdim. bayaq yazıdığım kimi, lüks birdən birə formalaşmır, lüksü lüks beyinlər formalaşdırır, bizdə isə əksərən birdən birə lüks beyinlər lüks cibləri sayəsində ortaya çıxır. Ona görə də insan lüksünü göz qabağında olanını göstərməklə sərgiləyir.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close