image_pdfimage_print

Dostların xəbəri olduğu kimi, mən iyun-iyul aylarında Almaniyada ixtisas artırma kurslarında iştirak edirdim. Bu kurslar zamanı çox saylı Alman şirkətlərində marketinqin təşkili məsələlərini öyrənməklə yanaşı başqa bir vacib məsələ ilə tanış oldum. Avropanın innovativ marketinq sahəsində ən inkişaf etmiş tədris mərkəzlərindən olan Steinbeis Global Universiteti ilə Azərbaycanda xüsusi proqramla treninq hazırlamağımız haqqında bir danışığımız oldu. Biz bu proqramı Azərbaycan şərtlərinə maksimum adaptasiya edilməsini üçün yerli şirkətlərdə çalışan dostlarımızla xüsusi bir treninq proqramı hazırladıq – MARKETİNQ AİR! 

Bloqumuzun oxucuları üçün treninq proqramının sirlərini açmaq istəyirəm.

Marketinq AİR nədir?

  • Orta və kiçik sahibkarlar, menecerlər, gənc mütəxəssislər, marketinqin praktiki əsasları ilə maraqlananlar üçün Steinbeis Global Universitetitinin xüsusi menecer hazırlığı Proqramı;
  • Marketinqdə olan qlobal trendlərin Azərbaycan şəratində işləmə prinsipləri və real adaptasiya təcrübələrinin öyrənilməsi;
  • Ölkənin aparıcı şirkətlərində Marketinqin təşkili prinsipləri ilə tanışlıq, marketinq sahəsində işləyən ekspertlərlə əlaqələrin qurulması;
  • Fərdi marketinq biliklərinizin artırılması.
Proqramda kimlər iştirak edə bilər?
Təbii ki, proqram marketinqlə maraqlanan bütün dostlarımız üçün əhəmiyyətlidir. Buna baxmayaraq biz bu proqram aşağıdakı qrup şəxslər üçün nəzərdə tutulmuşdur?
  • yerli şirkətlərdə işləyən menecerlər;
  • marketinq mütəxəsissləri;
  • gələcək karyerasını marketinqlə qurmaq istəyən şəxslər.

 Proqramın əsas üstünlükləri

  • Azərbaycan biznesindən keyslər. Proqramda bütün məşğələlərdə olan keyslər yerli marketinq nümunələri əsasında təşkil edilir;
  • Bəynalxalq tədris proqramı. Proqramın nəzəri hissəsi Steinbeis Global Univetsitetinin (Almaniya) marketinq meneceri hazırlığı metodu əsasında həyata keçirilir.
  • Fərdi yanaşma. Bütün dinləyicilər sonda fərdi marketinq mövzusu üzrə diplom işi hazırlayıb təqdim edirlər.
  • Ekspertlərlə tanışlıq. Təlimçilər marketinq sahəsində uzun müddət işləmiş ekspertlərdir.

Tədris konsepsiyası

Tədris təcrübə əsaslı öyrənmək (Action Based Learning) konsepsiyası  əsasında yerli biznes keyslər və beynalxalq tədris metodikası ilə aparılır. Konsepsiyanın əsas prinsipləri aşağıdakılardır:

  • Modullu təhsil;
  • İnnovativ marketinq nəzəriyyəsi;
  • Biznes keyslər.

Proqramın əsas məzmunu

Proqram konkret olaraq 3 istiqamət üzrə həyata keçirilir və hər bir istiqamət üzrə konkret yerli keyslər nəzərdən keçiriləcəkdir. Daha konkret desək:

  1. Strateji marketinq. Yerli şirkətlərdə marketinq strategiyasının hazırlanması ardıcıllığı və prinsipləri.
  2. Brend idarəetmə. Beynəlxaq brendlərin təcrübəsi təhlil edilir, milli brendinqin əsas istiqamətləri tədris edilir.
  3. Marketinq kommunikasiyaları. İnnovativ marketinq alətləri təhlil edilir və yeni medyalar, kommunikasiya-miksi, müştəri davranışları müzakirə əsasında keyslərlə tədris edilir.
Dostlar əminəm ki MarketinqAİR ölkədə marketinq havasını dəyişəcək! Buradan qeydiyyatdan keçə bilərsiniz.
 

şərhlər

şərhlər

1 Comment

  1. Mende ishtirak edecem, insallah

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close