image_pdfimage_print

Son vaxtlar mənə bloq və ya sosial şəbəkələr vasitəsi ilə marketinq sahəsində treninqlər barədə müraciyət edirlər. Əsasən müraciyyət edənlər yerli şirkətlərdə marketinq, reklam, PR bölümlərində işləyən gənc kadrlar və ya ümumiyyətlə marketinqlə əlaqəsi olmayan lakin gələcəkdə marketoloq olmaq istəyən dinləyicilərdir. Həmçinin çox saylı tələbə dostlarımız marketinqi praktik öyrənmək istədiklərini bir neçə dəfə demişdilər. Bütün bunları nəzərə alaraq yaxın dostlarım olan Rafiq Hünaltay Anar Bayramovla real təcrübədə öyrəndiklərimizi bölüşməyə gərara gəldik.

Düşündüklərimiz çox sadədir, sentyabr ayından başlayaraq üç istiqamət üzrə praktik seminarlar təşkil edək. Seminarlarımızın hədəf kütləsi marketinqlə maraqlanan gənc mütəxəssislər, tələbələr və ümumən marketinq sevərlərdir. Seminarların təşkilinin əsas məqsədi Azərbaycanda ilk dəfədə olsa praktik marketinq seminarı ilə, şirkərlərdəki marketinqlə nəzəri marketinq arasındakı üçürümü azaltmaqdır. Biz bu seminarla marketinq məfhumu ilə marketinq direktoru və ya şirkətlərdə marketinqin fərqlərini göstərmək istəyirik.

Ümumi olaraq seminarlar aşağıdakı istiqamətləri əhatə edəcəkdir:

  1. Strateji marketinq. Biz Azərbaycan və yerli şirkətlərdə tətbiq edilən marketinq strateqiyaları, onların praktik tərəflərində meydana çıxacaq məsələlərin müzakirə edərək şəxsi təcrübələrimizdən misallar verəcəyik. Həmçinin burada biz strateji idarəetmədə olan yeni tendensiyalar barədə danışacağıq.
  2. Brendinq. Burada yerli şirkətlərdə brendinqin təşkili haqqında real təcrübələrdən söhbət açılacaq və bütün mövzular sırf keys xarakteri daşıyacaqdır. Brendinqin muasir biznesin əsası olduğundan seminarların üzərində ciddi işləyirik.
  3. Yeni marketinq və kommunikasiyalar. Bu silsiləyə aid seminarlar marketinqin gələcəyi, muasir marketinq texnoloqiyaları, bir sözlə gələcək marketinq barədə söhbətlər olacaq və marketinq kommunikasiyalarından danışılacaq.

Hər bir istiqamətə aid 10 məşğələ olacaq və bütün dərslər Steinbeis Global İnstitutunun xüsusi marketinq hazırlığı proqramı ilə həyata keçiriləcək. Məşğələləri tam keçmiş və uğurlu diplom işi yazacaq dinləyicilərə praktik marketinq diplomu veriləcək. Həmçinin ən uğurlu diplom işi yazmış dinləyicimiz tamamiylə ödənişsiz Türkiyyədə keçirilən marketinq forumunda iştirak hüququnu qazanacaq!

Hesab edirəm ki, əminən ki keçirəcəyimiz məşğələlər ölkəmizdə yaxşı marketoloqların yetişməsində müsbət dəyişikliklər edəcək və tezliklə Azərbaycan şirkətlərində çoxsaylı güclü marketoloqları görəcəyik, bu marketoloqlar milli brendlər yaradacaqlar!

VİDEOLARIM

KONSALTİNQ

şərhlər

şərhlər

7 Comments

  1. Salam İlkin bəy
    Mən sizin Seminarlarda iştirak etmək istərdim.
    bunun üçün nə etməliyəm?
    Zəhmət olmasa məlumat verərdiniz

    • Dostlar Marketinq proqraminin tarixleri teyin edilen kimi, Sizlere melumat verecem.
      Gosterdiyiniz maraga gore cox sag olun!

  2. Cox yaxsi olar. Mende istirak etmek isteyirem Ilkin muellim. Bunun ucun ne etmek lazimdir?

  3. Xeyirli olsun, insallah. Dushunurem ki, ela olacaq. Bu arada Ilkin, dunenki sohbetden sonra yazida bir xeyli link gordum )) Eshq olsun!

  4. İştirak etmək istərdim

  5. Düşünürəm yeni marketing idealarına və üsullarına ehtiyac vardır..

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close