image_pdfimage_print

Son aylarda bloqumuz yüksək templərlə oxucu sayını artırır. Təxminən bir ay əvvəl kommentlər ancaq sosial şəbəkələr vasitəsi ilə olurdusa, bügün artıq bloqun özündə böyük komment artımı müşahidə edilir. Artım yalnız kommentdə deyil, gün ərzində mənim şəxsi e-malimə bloqdan ən azı 5 dənə e-mail gəlir… (oxucularımız – çox sağ olun!) Ən əsası isə bloqa girən unikal oxucularımızın sayı bir ayla müqayisədə 2 dəfə artmışdır. Bloq bir çox “açar” hesab etdiyimiz sözlər üzrə google-ə birinci 10-da çıxır. Daha bir xoş xəbər RSS sistemindədir, abunəçilərimizin sayı gündən-günə artır. Bəs Sizcə bloqun bu qədər oxunaqlı və reytinqli olmasının əsas səbəbləri nədir?!

Birincisi mən bilirəm ki, bizim bloqu işgüzar adamlar oxuyur, buna görə bloqda yazı stili son dərəcə sadə və fikri tez çatdıracaq tərzdədir. Biz bloqumuzda uzun-uzadı yazmırıq. Bizim bloqun oxucusunun düşünmə tərzi, bu bloqun yazı stilinə cavab verir!

İkincisi biz bloqda yalnız və yalnız real biznes təcrübəsindən yazırıq. Dəyərli oxucularımızın bloqda oxuduğu məlumat bizim bloqdan başqa heç bir yerdə yoxdur. Yazılar real təcrübədən olduğunun dəyərini artıran əsas şey isə bloqun istiqamətidir: biz biznes, brendinq, internet marketinq bir sözlə real iş tələb edən sahələrə toxunuruq – marketoloqun gücü praktikada bilinir!

Üçüncüsü biz bloqumuzda səmimi olmağı hədəfləyirik. Yalnız uğurlu olduğuna inandığımız və real təcrübədə etdiyimizdən yazırıq. Çoxları mənə deyir:  “Siz niyə bildiklərinizi tam şəkildə bloqunuzda yazırsız? Axı bu bilikləri pulla satmaq olar?!”, cavabım çox sadədir: “Bilği paylaşdıqca artır və mən paylaşmaqla daha çox pul qazanıram!!!”

Dördüncüsu xoşbəxtlikdən və ya təəsuflər olsun ki, Azərbaycanda dilində real biznesi təsvir edən bloq və ya ədəbiyyat sayısı barmaqla sayılır. Bu bizim bloqu daha güclü və rəqabətsiz edir! İnanıram ki, tezliklə bloqun çoxlu alternativləri olacaq.

Beşincisi bloqda çoxsaylı xarici təcrübələrlə müqayisəli təhlillər aparılır. Biz Azərbaycan biznesinin reallıqlarını bilirik, həmçinin xarici iş təcrübəmizin olduğundan istifadə edərək müqayisəli təhlil metodundan geniş istifadə etməyə çalışırıq. Bu bizim bloqun kontekstini dahada maraqlı edir.

Altıncısı əslində bu vaciblik cəhətdən birincidir Siz bizim bloqu sosial şəbəkələrdə və dostlarınızla aktiv paylaşırsınız! Bu bloqun istifadəçilərini gündən-günə artırır!!!

Dostlar bloqu oxuduğunuz üçün çox sağ olun!

100-cü yazının – YAZISI

Bloq yazar

şərhlər

şərhlər

8 Comments

  1. İndi mən də deyim. Müsbətlər

    1. Çox tez-tez yazırsan, çox the gözəl yazırsan.
    2. Dediyin kimi oxucunu bloga girdisə linklərlə uğurulu şəkildə yönləndirirsən.
    3. Kommunikasiya, təbliğat vasitələrindən uğurla istifadə edirsən.
    4. Aktual mövzulara daha səmimi üslubda toxunursan.

    Mənfilər

    1. Azərbaycan dilində cümlə quruluşunda qrammatik səhvlər olur )).
    2. Link yönləndirmələri hərdən bir az çox kimi gəlir.
    3. Yazılarda vizual görüntülərdən az istifadə edirsən.

    Yazdığın və paylaşdığın üçün təşəkkürlər, düz yoldasan.

  2. "Biz" niyə? Özünə hörmət mənasında cəm halında yazırsan, yoxsa İlkin Manafov vrəndində çox adam burda bloq yazır? 😉

  3. Bele bloqlar Ilkin muellimin dediyi kimi barmagla sayilir ve bloqu guclu edir. bloqun musbet ceheti kontekstin faydali ve pratik olmasidir. Tesekkurler bele bloq ucun Ilkin muellim!

    • Aygun xanim tezlikle “bele” deyil bundan 10 gat guclu bloqramiz olacaq. Olmalidirda. Bloqu oxudugunuz ve kommentleriniz ucun cox sag olun.
      Elbetde biz bloqu Sizlerin oxumasi ucun yazirig. Oxumagdan ve oxunagli olmagdan gozel ne ola biler?!

  4. bu məqalə ilə həvəslənmişdim.. :) və bugün ilk araşdırmanı yayımladım ).

  5. Uğurlar arzulayır və bloqunuzu tez-tez oxuduğumu bildirməyi özümə borc bilirəm. Qrammatik səhvlər məsələsi məni də çox narahat edir oxuyarkən, amma paylaşılan fikirlərin faydalılığına görə göz yumuram))))).

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close