image_pdfimage_print

Bügün Bizim Market, Favorit, Səbət, Neptun, Boll Mart və s. kimi çox saylı qida məhsulları satışında ixtisaslaşmış pərakəndəçi şirkətlər mövcuddur. Bu şirkətlərin vəziyyətini təhlil etdikdə aydın şəkildə hiss edilir “kimdə daha ucuzdur” məntiqini şirkətlərimizin əsas biznes devizidir. Əlbətdə Neptun bu istiqamətdə daha çox keyfiyyətə və servisi aksent edirsədə real müştəri gözündə bunun əlavə dəyəri hiss edilmir. Eyni zamanda dünya ərzaq pərakəndəçiliyində olan əsas trendlər bizim şirkətlər tərəfindən izlənilmir bu isə öz növbəsində qiymət mübarizəsini dərinləşdirir. Mən bu yazıda yerli pərakəndəçilərin etmələri vacib olan bəzi məsələlər barədə danışacam.

Bizim yerli pərakəndəçilərə baxdıqda bir növ “dostlarımızın” yuxuya getdiyi haqqında mülahizələr yaranır. Gəlin dünya ərzaq alışında meqa trend hesab ediləcək alıcı vərdişləri barədə məlumat verək, bunların tətbiqi isə sadəcə ruslar demişkən “Дело техники”. Başlayaq?!

  1.  Alış bir təcrübədir. Bu trend hal-hazırda istehlak mallarının alışında çox aktuallaşmışdır. Bügün istehlakçılar dünyada gündəlik təlabat malları əldə edərək həmdə təcrübə qazanmaq istəyirlər. Buna görə müştərilərin bir yerdə daim alış-veriş etmək vərdişi azalır.
  2. Millilik. Qida sektoru lokal adaptasiyaların ən çox tətbiq edildiyi sektordur. Bu trend özünü alış-veriş prosesində göstərir. İnsanlar seçim prosesində ərzaq marketlərində milli kulinariyanı görmək istəyir.
  3. Faydalı məhsullar. Qida məhsulları seçimində əlavə faydaların olması bügün əsas rəqabət üstünlüyünə çevrilmişdir. Bio, dietik məhsullar, sağlamlıq üçün məhsullar və s. əlavə dəyərlərin alış prosesinə təsirləri gündən-günə artır. Sağlamlıq əsas marketinq trendlərindəndir.
  4. Yemək məcara kimi. İstehlakçılar yemək yemək prosesini məcara formasına salırlar. Yeni mətbəxlərin, yeni dadların, yeni reseptlərin olması pərakəndə şəbəkələr üçün çox vacibdir. Müştərilər qida məhsulları seçimində daha da çox xüsusi əhval ruhiyyə qatırlar.
  5. Fərdiyyat. Bütün sektorlarda olan müştəri diktəsi özünü qida pərakəndəsindədə göstərir. İnsanlar fərdiləşdirilmiş məhsul, fərdiləşdirilmiş təklif və xidmət istəyir. Artıq “MƏN” sözü “Biz” sözünün önünə keçmişdir.
  6. Ev əyləncə yeridir. İstehlakçılar son dövrlərdə özəl günləri evdə keçirməyi tərcih etməyə başlamışlar. Buna görə “evdə hazırla”, “evdə bayram” kimi məhsulların satışı qida sektorunda ən perspektivli sektorların başında dayanır. İnsanların iş prosesində olan gərginlik evin dəyərini dahada artırmışdır. Artıq delikateslərin evdə hazırlanması çox aktualdır.
  7. Web 2.0. Əlbətdə bügün istehlakçı davranışlarına əsas təsir edən amil ərzaq məhsulları satışındada bloqlar, ictimai fikirlərdir. Bügün reklamın təsiri yox səviyyəsindədir və ən faydalı unsiyyət vasitəsi bloqlar və yeni mediyadır.

Dünya qida pərakəndəsi bazarında olan sadalanan trendlərin heç biri bügün Azərbaycan şirkətləri tətbiq etmirlər. Mənim üçün çox maraqlıdır niyə bizim pərakəndəçilərin heç biri Rusiyanın Азбука Вкуса-ın etdiyinin heç bir 10% belə etmir?! Axı mən burda ALDİ-ən, WallMart-an misal çəkmirəm…

Niyə biz bunu düşünə bilmirik?! Yox səhv dedim, niyə biz bunu düşünmək istəmirik?! Təbii ki, bunun geci-tezi vardır.

Əziz oxucu, biznesdə heç bir şey özü-özündən olmadığını inanıram. Bügün yerli şirkətlərimizin bu trendlərin izləməməsinin səbəbi bir şeydir: hələ rəqabət o səviyyədə deyil. LAKİN və AMMA – Rəqabət bu səviyyədə qalmayacaq. Qalib olmaq yolu isə məhz qlobal trendlərin düzgün bir formada bençmarkinq edilməsindən asılıdır.

Hesab edirəm ki, Azərbaycanda hansı pərakəndəçi şirkət “yuxudan” tez oyansa bazar o şirkətin olacaq!

Mağazaçılığın 3 vacib şərti

Mağazalarda Marketinq haqqında

şərhlər

şərhlər

9 Comments

  1. Ilkin, mence sen tezlikle tv-de ilk acilacaq olan marketinqe aid verilishin aparicisi olmalisan. Umid edirem ki, bele bir verilishi kimse acar. Tehlil ve yanashmani alqishlayiram.

  2. Ilkin yazilarinizi gibte ile oxuyuram. Maraqli movzudur, erzag magazalari regabeti guclenir ve marketinq burada vacibdir. Cox sag ol, yazilariniz mene cox shey oyredir

  3. Men de alqışlayıram. Çox aktual və şerhsiz faydalı istiqamətləndirici fikirlərdir perakendeciler uchun…

  4. cox vacib bir movzuya toxunmusunuz amma menim fikrimce bizim boyuk supermarketlerin coxu ucun 1ci novbede qiymet, sonra keyfiyyet ve sonuncu yerde ise xidmet durur. Nezere alsaq ki, bugun istehlakcinin boyuk bir hissesini de ele qiymet maraqlandirir o zaman dusune bilerik ki teleb yoxdursa teklifden soz bele gede bilmez.

    • BIlirsiz Gunel xanim G. Fordun bir sozu var: “Eger musteriden sorussan ki, yeni ne isteyirsen?! Onlar bize mohkem gacan at verin deyerdi. Lakin biz tez gacan ati Avtomobil adinda yaratdiq!!!” Musterilerin baza ehtiyyaclari var – marketoloqlar bu ehtiyyaclar esasinda telebi (ve ya telabati) ozleri yaradirlar, bunu bize “nezeriyyeci” dostlarimiz deyir. Bugun her yerde insanlar heyati daha maraqli yasamag isteyir – perakendeci marketoloq bunun esasinda oz magazasini bu ehtiyyaca uygunlasdirmalidir, bele oldugda Sizin dediyiniz teleb olacaq!
      Ele deyil?!

  5. Ilkin bey, eger sohbet Rusiya Сin Almaniya Turkiye kimi olkelerden getseydi beli sizinle razilasardim amma musahidelerime esasen deye bilerem ki, bizde gerek evvelce talcok(kobud dille desek) olsun ki sorasina sunami gozleyek =)

    • Insallah bir ilden sonra Sizlerle Azerbaycan perakendeciliyinde olan musbet deyisikliyi gorende menimle razilasacagsiz))!!!

  6. insaALLAH teki ele olsun her bir vetendas kimi olkemde olan inkisaf meni de sevindirer. Hetta cox sevindirer bu olkedenin vetendasiyiqsa demek ele biz de her seyden once danisdigimiz inkisaf ucun calisiriq .

  7. Free Piano

    This definitely be the next preference. You are perfect, theme team. I Really enjoy the system, fonts along with the perfect subject. Thanks for a great valuable design. Great job! Keep up the ultra do the webjob!

Leave a Reply to Ilkin

Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close