Monthly Archives Avqust 2012

Azərbaycanda biznes icması üçün son dərəcə aktual və perspektivli internet sayt dedikdə ilk ağla gələn təbii olaraq biznesinfo.az olur. Məndə bu saytda hərdən marketinq haqqında fikirlərimi bölüşürəm, burada marketinq rubrikanı mən aparıram. Bu yaxında saytda mənim çalışdığım şirkətin liderliyinin səbəblərini soruşdular. Mənim müsahibəmlə buradan tanış ola bilərsiniz. Bu dediklərimdən başqa hesab edirəm ki, sektorda lider şirkətlərin biznes hədəflərdən başqa mütləq 2 vacib istiqamət…

Məncə hər biriniz Olimpiyadaya baxırsız. Sözün açığı son günlərdə işlərimin çox olmasına görə televizora çox az baxıram, lakin təbii olaraq komandamızın Olimpiyadada mənfi çıxış etdiyi bilirəm və təbii olaraq məni məyüs edir. Bugün Olimpiyadanın qalibləri siyahısını baxdıqda bir statistika diqqətimi çəkdi: müsəlman aləmi bu Olimpiyadada batır!!! Vəziyyət həqiqətən açınaçaqlıdır. İrandan başqa müsəlmanların arasında qızıl medal yoxdur. Mən post-sovet ölkələrini bu…

Son dövrlərdə şəhərləşmə prosesi – əhalinin şəhərdə yaşamağa meylli olması çox aktuallaşdırmışdır. Bu məqsədlə çalışdığımız şirkətdə Star City adlı konsepsiyaya hazırlamışıq. Konsepsiya özündə 5 əfsanə şəhərin emosiyasını mebellə vermək kimi hədəfə qulluq edir. Stokqolm, Milan, S-Peterburq, İstanbul və Venessiya. Hər bir model özündə 3 mebel qrupuna aiddir: yataq, qonaq (stol, stul) və yumşaq. Star City konsepsiyasının təqdimatı kimi hal-hazırda sosial mediyada kampaniya keçirilir. Qalibləri gözəl hədiyyələr gözləyir.

Bügün Bizim Market, Favorit, Səbət, Neptun, Boll Mart və s. kimi çox saylı qida məhsulları satışında ixtisaslaşmış pərakəndəçi şirkətlər mövcuddur. Bu şirkətlərin vəziyyətini təhlil etdikdə aydın şəkildə hiss edilir “kimdə daha ucuzdur” məntiqini şirkətlərimizin əsas biznes devizidir. Əlbətdə Neptun bu istiqamətdə daha çox keyfiyyətə və servisi aksent edirsədə real müştəri gözündə bunun əlavə dəyəri hiss edilmir. Eyni zamanda dünya ərzaq pərakəndəçiliyində olan əsas trendlər bizim şirkətlər tərəfindən izlənilmir bu isə öz növbəsində qiymət mübarizəsini dərinləşdirir. Mən bu yazıda yerli pərakəndəçilərin etmələri vacib olan bəzi məsələlər barədə danışacam.

Sizcə Zara, Mango, H&M nə satır?! Bəli bü mağazalarda Siz paltar görürsünüz, lakin aldığınız məhz Moda-ır. Bəs İKEA-da nə alırsız?! Mebel – məncə yox. Burada insanlar evinə sevqi, qənayetçilik hissi alırlar. Əziz oxucu, əgər fikir versəniz muasir dövrdə bütün güclü brendlər məhz maddiyatı qeyri-maddi yollarla təklif edirlər. Mən bu yazıda emosiyanın biznes (Brend) idarəetmədə təsirindən danışacam.

Son vaxtlar mənə bloqdan və şəxsi telefon vasitəsi ilə çox saylı suallar verilir, konsultatsiya xarakterli məlumatlar istənilir. Əsasən müraciyət edənlər orta və kiçik biznesin sahibləri olur. Əlbətdə ki, bu çox sevindiricidir ki, Azərbaycanda orta və kiçik sahibkarlıqda marketinqin (əlbətdə həmdə marketoloqun) şirkətlərə, bizneslərə faydasını başa düşür. İmkan daxilində mənə yazılan bütün e-maillərə cavab verməyə çalışıram və sahibkarlarımızla fərdi görüşürəm, bu görüşlərdə əsasən mən bir neçə təsbit etdiyim həqiqət barədə Sizlərə bölüşmək istəyirəm.

12
Close