image_pdfimage_print

Çoxlarınız bilirsiz ki, mən Yevlaxda anadan olmuşam. Son vaxtlar Yevlaxa gedənlər varsa bu 4 ildə necə dəyişdiyini görmüş olarlar. Bu həftə sonu mən Bayramlarla əlaqəli yenedə Yevlaxda edim. Şəhərdə aparılan abadlaşma prosesi göz oxşayır. Təbii ki, tikinti olan yerdə mütləq inkişafda olur. Bəs Sizcə Yevlaxın prizmasında bölgələrin tam inkişafı üçün nə lazımdır?!

İlk öncə onu deyim ki, Yevlaxdakı bügün baş verən abadlaşmanı yaranmasında ən böyük pay şəhərin eks-icra başçısı adı ilə bağlıdır. İndi ki, Yevlaxla 4 il bundan əvvəl ki şəhəri müqayisə etmək qeyri-mümkündür. Son dövrlərdə salınan parklar, təmir edilən məktəblər, yaradılan prospektlər… bir sözlə şəhərdə gedən proseslər digər rayonlarımız üçün nümünədir. Sadalanan bu müsbət hallarla yanaşı reqionda hələdə işsizlik problemi və orta gəlirin aşağı olması problemləri var.

Ümumi olaraq mən reqionlarımızın inkişafı üçün 3 vacib amilin olmasını şərt hesab edirəm. Bunlar aşağıdakılardır:

1-ci ŞƏRT. Biznes düşüncəli insanlar.  Bazar iqtisadiyyatında ən vacib və əhəmiyyətli dəyərlərindən biri (hətta birincisi) – sahibkar xarakteridir. Bu xarakterin özəyi düzgün, vaxtında və hesablanmış səviyyədə risk etməyi bacarmaq, məsuliyyəti öz üzərinə götürə bilmədir. Azərbaycanda sahibkarlıq fəaliyyətində böyük imkanlar var. Məncə biznes düşüncəli insanları ümumi olaraq 2 tipə bölmək olar:

  • Fitri istedadlar. Əlbətdə belələri var və dünyada olan bir çox böyük biznes yaradıcılarıdır. Bu tip sahibkarlar istənilən vəziyyətdə yollar tapır və sahibkarlıq fəaliyyəti ilə məşğul olur;
  • Zəhmetkeşlər. Bu tip insanlar daim öz zehmətləri ilə irəli gedirlər. Bəzən idman xarakteri adlandırılan bu tiplər muasir dövrdə çoxdurlar. Avropada belə biznesmenlər ümumən çox yayılmış sahibkarlıq qrupudur;

Reqionlarda idman xarakterli insanları sahibkarlara çevirmək üçün mütəmadi maarifləndirmə prosesi olmalıdır. Ola bilsin ki, bunun üçün İqtisadi İnkişaf Nazirliyinin reqional təlim şöbələri daha aktiv olmalıdır. Lakin bu reqionun inkişafı üçün mütləqdir.

2-ci ŞƏRT. Psixoloji baryerlərin aşılması.  Bu məsələnin bəzi aspektləri barədə keçən yazılarda ətraflı danışmışdıq. Buna baxmayaraq deməyi özümə borc bilirəm ki, bügün reqionda olan insanların bir çoxu biznesmen, sahibkar, iş adamı kimi sözlərdən qorxur, nəyin ki buna nail olmaq üçün müəyyən addımlar atır. Bunun səbəblərindən biridə reqionda olan uğurlu biznes təcrübələrin gizlin saxlanılmasıdır. Məsələ burasındadır ki, reqionlarda son dərəcə bacarıqlı hətta əlində maliyyə imkanları olan adamlar belə “əşşi biz biznes qura bilmərik” fikri ilə yaşayır. Onlara elə gəlir ki, biznesdə əlverişli mühit yoxdur və heç bir iş görmək olmaz.

Hesab edirəm ki, Azərbaycan post-sovet ölkələri içərisində kiçik və orta səviyyəli biznes qurmaq üçün ideal bir yerdir. İşini düzgün quran adamları böyük potensial gözləyir və Azərbaycanda biznesin gələcəyi vardır.

3-cü ŞƏRT. Resursların tapılması. Təbii ki, corafi yerindən asılı olmayaraq istənilən biznes üçün resurs olmalıdır. Buraya həm maddi, həmdə işçi qüvvəsi aiddir. Reqionlarda problem maliyyə tərəflərindən çox işi real bilən kadrların yoxluğudur. Məsələ burasındadır ki, reqionda yaşayan əhali bunun tam əksini olduğunu düşünür, onlara elə gəlir ki, pulları olsa biznes qurmaq çox asanddır. Bu isə bir daha probelmin daha dərin olduğunu bizə bir daha göstərir. Reqionlarda olan kiçik biznesin əksəriyyətində nəyin ki, düşünülmüş bir marketinq strateqiyası, elementar hesabatçılıq sistemi yoxdur… Reqionda təbii olaraq əsas biznes – ailə biznesidir, lakin unutmaq olmaz ki, biznesdə inkişaf etməmək geriləmə deməkdir və biznesin həcmindən asılı olmayaraq inkişaf olmalıdır.

Əlbətdə kredit təşkilatlarının reqionlarda daha savadsız işləməsi ürək ağrıdır. Banklar kredit satmaqları olduğu təqdirdə, reqionlarda bank müdirləri krediti elə tərzdə verirlər ki verməsələr daha yaxşıdır… nəyisə bizde bank sistemində böyük problemlər var, reqionlarda vəziyyət daha bərbaddır.

Reqionlarda kiçik biznes imkanları sonsuzdur və ağıllı işin təşkili ilə işsizlik səviyyəsini minimuma endirmək olar.

Təkrar olsada bir daha deməliyəm ki, bu sahədə dövlətin əsas dəstəyi məhz təlimlərin təşkili və biznes düşüncəli sahibkarların yaradılmasıdır.

Hesab edirəm ki, Yevlaxda olan abadlaşma prosesi tək şəhər salmada deyil, həmçinin sahibkarlarımızın maarifləndirilməsində öz əksini tapacaqdır!

Maraqlı yazı: Türk biznesinin uğur səbəbləri

Bunuda oxuyun: Alman İqtisadi Gücünün Sirri

şərhlər

şərhlər

4 Comments

  1. Gozle bir deyim var
    ” Mene problemleri gorset, deyim ne etmek lazimdir ”
    Azerbaijanda business dushunceli kadirlar var ve onlar choxdur. En azindan post sovet olkelerinde hemishe Azerbaijanlilarin sahibkarliq fealiyyetine xususi maraqlari olub. Intasi regionlarin ve ya merkezin inkshafi hammisi illuziadan bashqa bir shey deyil. Ya da ki inkishaf sozunun terifini men bilmirem!
    Neftchiler prospektindeki bahali butik ve dukanlardan tutmush tv lerde reklam ” azad bazar ” goruntusunun yaradilmasi uchun movcuddur.

  2. İlkin m. yazılanların hamısı çox düzdir. 1-ci şərt: Bizne sdüşüncəli insanlar: Sahibkar olmurlar, sahibkar doğulurlar. Dünya doğulan 2% insanlara sahibkarlıq qabiliyyəti ulu tanrı tərəfindən verilir. Azərbaycan isə İpək yolu üzərində olduğundan 2% yəqinki 20% bərabərdir :) 2-ci şərt- Sosial psixoloji baryer: Azərbaycanlılar Ticarətlə hər zaman məğşul olduğundan biznesdə risk etmək qenetik səviyyədir. 3-cü şərt- Resursların oqətlığı: buda problem deyil insa resursu pul hər zaman olub. Əsas iş qanunlar işləməlidir, sağlam rəqabət olmalıdır. İnfrastruktur olmalıdır. İnternet olduğundan nə vacibdir Bakıda ofis tutmaq. Ofis tutular reqionlarda çünki bu daha ucuz başa gələr. Bizdə isə ireqionların infrastrukturi çox aşağı səviyyədədir. Əgər biz rayonların giriş trasında Qala qapılarının tikilməsini deyiriksə bu belə deyil. İlkin m. Evropada çox olmuz. Hər iri şəhərin girişində çox xırda bir yazı var. Parij, Lüksemburq, Duseldorf ve s. Bizdə necədir. Ən böyük mədəniyyət sayılan kanlizasiya 90 rayonlarda yoxdur, böyük qala qapısı tikirlər. Qədim Romanın kanalizasiya sitemi hələ eramızdan əvvəldə olub. Reqionların inkişafın ən başlıca şərti icra başçılarına treninqlərin verilməsidir və onları böyük avropa şəhərlərini göndərilməsidir.

    • Hara qonderilmesi? Avropaya? Biyabir etsinler?

    • Razvitiye reqionov ne doljno izmeryatsya postroykoy u vxoda v rayon kreposti, kak delayuetsya u nas. Predstavlyayesh vxod v Parij, trassa, psotroena krepost i bolshimi bykvami napisano PARİJ, Xosh gelmishsiniz i etoqo im malo. Kogda viyezjaesh opyat malenkaya krepost i Xosh getdiniz napisano. Mujik yenede, esli oni poedut xotya takiye veshi da ne budut delat. Xotya duz deyirsen, ix nado v nachale otpravit v Ismayilli v selo Lahic. Tam kanalizachionnaya sistema yest antichnaya i dosix por rabotayet :)

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close