image_pdfimage_print

Əziz oxucu, əgər cəmiyyətdə gedən proseslərin biznesə təsirinə inanırsınızsa və bu prosesləri düzgün proqnozlaşdıraraq uğur qazanmaq istəyirsinizsə aşağıda yazılanlar Sizin üçün faydalı olacaq. Beləliklə bügündən bizi sabaha aparan 10 istiqamət barədə danışaq.

Son günlər başımız Azərbaycanda ilk dəfə etməyi düşündüyümüz və əminəm ki, dinləyiciləri üçün faydalı olacaq Marketinq Treninqlərinə hazırlıqlara qarışıb və bloqa çox vaxt ayıra bilmirəm, amma bu yazı oxucularımıza maraqlı olacaq deyə dərc etməyə özümə borc bilərəm.

Bu yaxında internetdə gezdiyim vaxt gələcək haqqında düzgün proqnoz verən iqtisadi strukturların birinin hesabatını incələdim və bu hesabatı azərbaycanlılaşdırıb yuxarıda qeyd etdiyim kriteriya üzrə hərəkət edən dəyərli oxucularımızla bölüşmək istərdim.

Yaxın 5 ildə dünyada olacaq əsas 10 trenddən danışaq:

Trend №1. Dunya əhalisinin 60% şəhərdə yaşayacaq. Bütün ölkələrdə paytaxt şəhərlərin sərhədləri artmaqdadır bu tendensiya özündə ekonomik avtomobillərə olan tələbatın artması, mass-marketə yönəli bina tikilişlərinin çoxalması və digər bir tərəfdən böyük şəhərlərin ətrafında olan torpaq sahələrinin qiymətlərinin astronomik səviyyədə artması kimi yeniliklər yaradacaq. Şəhərləşmə prosesi tam gücü ilə davam edir.

Trend №2. Qadınların biznesdə rolu artacaq. Bügün planetimizdə 100 mln-la. qadın tam işləmək arzusundadır. İşçi güvvəsinə ehtiyyacın çoxalması, planetdə olan iqtisadi vəziyyətdə qadınları daha çox işləməyə vadar edəcək. Bununla istər ali məktəblərdə, istər biznesdə, istərsədə siyasətdə qadınların sayı ən azı 2 dəfə daha çox olacaq.

Trend №3. Sərhədlər silinəcək. Bügün internet bizim dünyada sərhədlərin pozulması, məsafələrin qısalması üçün tam “infrastruktur” yaratmışdır. Bu baxımdan qarşılıqlı əlaqələrdə dini, irqi, milli ayrılıqlar tam aradan qalxacaqdır. Dünya bir böyük dövlət funksiyasına çevrilir! Təbii ki, bu tendensiya rəqabət mübarizəsini dahada amansız edəcəkdir. Artıq mass-marketə yönəlmiş bizneslər üçün işləmək ildən-ilə daha çətin olacaq. Eyni zamanda bu trend əmək kapitalının daha effektiv istifadəsini çoxaldacaq.

Trend №4. Qlobal iqtisadiyyat BRİK əsasında artım verəcək.İnkişaf etmiş ölkələrin iqtisadiyyatında olan durğunluq qlobal iqtisadiyyatı üşün BRİK (Braziliya, Rusiya, Hindistan, Çin) ölkələrin əhəmiyyətini dahada artıracaq. Bügün təsadüfi deyil, dünyanın ən böyük şirkətləri bütün resurslarını məhz bu dövlətlərin üzərində cəmləşdirmişlər. Bu ölkələrdə bazar payına sahib şirkətlər yüksək templərlə inkişaf edəcəklər. Təbii ki, bunu qlobal şirkətlər hiss etmiş vəziyyətdədirlər. Məsələn təsadüfi deyil, Rusiyanın ən böyük FMCG şirkətlərini Danone və Pepsi Co artıq almışdır (Юнимилк, Вимм-Билл-Данн).

Trend №5. Biznesmen olmaq üçün artıq böyük investitsiya tələb edilməyəcək.  İnternetin inkişafı və sərhədlərin açılması dünyada yeni biznes açmaq üçün investitsiyaların miqdarını azaldacaq. Bügün dünyanın böyük bizneslərinə baxdıqda biz bir daha görürük ki, internet vasitəsi böyük biznes sahibi olmaq realdır. Digər sözlə desək muasir dövrdə əsas rəqabət gücü məhz yeni texnoloqiyalar, intelekt və informasiya olacaqdır. Biz bu haqda danışmışdıq təkrarlamaq istəmirəm.

Trend №6. Niş bazarların əhəmiyyəti artacaq. Bügün dünyada fərdiləşmə prosesi genişlənməkdədir. İstehlakçılar fərdiliyə qaçırlar. Bu fərdilik niş bazarların aktuallığını artıracaqdır. Digər bir məsələ sərhədlərin pozulması ilə xırda şirkətlərin rəqabət aparması üçün yeganə yolun bu olmasıdır. Eyni zamanda dünya üzrə fərdi (sifarişlə) istehsal imkanları dahada asanlaşır. Artıq kütləvi brendlərdə bu istiqamətə gedirlər. Bu haqda ətraflı burada oxuya bilərsiz.

Trend №7. Sosial şəbəkələr cəmiyyətdə soyuqluq yaradacaq. Bügün ətrafınıza baxsanız hiss edərsiniz ki, artıq bir çox yaxın qoyum-dostlarınızı zəng etmirsiniz. Əgər bu adam Face-ə, odnoklassniki-ə və ya digər bir sosila şəbəkədə olmaqla Siz öz yaxınlarınızın həyatını izləyirsiniz. Lakin bu bizim münasibətlərimizi dahada soyuqlaşdırır. Sosial şəbəkələr cəmiyyətdə təhlükəli tendensiyalar yaradacaq. Facebook bizə lazımdırmı?!

Trend №8.  Tibbi xərclər artacaq. Dünyada gedən proseslər insanların tibbə olan ehtiyyaclarını artıracaq. Bu özü-özlüyündə tibbi xidmətlərin dəyərini və tələbi artıracaq. Tibbi sığorta, tibbi xidmətlər bazarı inkişaf etməkdə olan ölkələrdə ən dinamik inkişaf edən bazarların başında duracaq. Nə qədər kədərləndiricidə olsada, sağlamlıq ən bahalı xidmət olacaq. Bununla yanaşı ekoloji məhsullar və ümumilikdə “bio” bazarı dahada inkişaf edəcək. Bu haqda burada oxuyun.

Trend №9. Outsorsinq inkişaf edəcək. Bütün dünyada resursların optimal bölgüsü prosesi aktuallaşdığından mikro (şirkətlər səviyyəsində) və makro səviyyədə outsorsinqin rolu artacaq. Əgər əvvəllər bu bazarda məhsullar ağırlıq təşkil edirdisə ildən ilə xidmətlərin sayıda artacaq. Şirkətlər ən güclü olduqları sahələri əllərində saxlayaraq digər sektorları outsorsinq edəcəklər, buna həmdə internetin inkişafı və sərhədlərin pozulması xidmət edəcək. 

Trend № 10. İnformasiyanın qiyməti dahada artacaq.

İNTERNET HAQQINDA

BELKƏ… Ofisi kafeyə keçirək?

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close