image_pdfimage_print

Son vaxtlar mənə bloqdan və şəxsi telefon vasitəsi ilə çox saylı suallar verilir, konsultatsiya xarakterli məlumatlar istənilir. Əsasən müraciyət edənlər orta və kiçik biznesin sahibləri olur. Əlbətdə ki, bu çox sevindiricidir ki, Azərbaycanda orta və kiçik sahibkarlıqda marketinqin (əlbətdə həmdə marketoloqun) şirkətlərə, bizneslərə faydasını başa düşür. İmkan daxilində mənə yazılan bütün e-maillərə cavab verməyə çalışıram və sahibkarlarımızla fərdi görüşürəm, bu görüşlərdə əsasən mən bir neçə təsbit etdiyim həqiqət barədə Sizlərə bölüşmək istəyirəm.

Sahibkarlarımız nə düşünür?! Bügün Azərbaycan sahibkarları yerli vəziyyəti müsbət qiymətlədirir və gələcəyə baxışlara çox optimistdir. Sözü gedən məsələlər kiçik-orta sahibkarlarımız üçün imkanlar açır və onlar bu imkanlardan istifadə etmək istəyirlər. Daha konkret desək sahibkarlar yerli biznes haqqında düşündükləri aşağıdakı kimidir:

  • Azərbaycan bazarında boşluq və inkişaf potensialı var. Görüşdüyüm bütün sahibkarlar ölkədə çalışdıqları biznesin çox asanlıqla 2 və ya dəfələrlə artırmaq mümkün olduğuna inanırlar. Bu müsbət haldır, deməli sahibkarlar inkişaf etməkdə yol görürlər;
  • Muasir idarəetmədə çətinlik çəkirlər. Sahibkarlar muasir biznes idarəetmə metodlarından əksiklik yaşayırlar və ölkədə bunu təbliğ edən yetərincə ədəbiyyatın, treninqlərin olmaması bu əksikliyi dahada çoxaldır. İnkişaf etmiş ölkələrdə kiçik sahibkarlığa dəstək üçün xüsusi praktik treninqlər olduğu halda… bizdə bu istiqamətdə heçnə yoxdur (yox səviyyəsindədir);
  • Kadr qıtlığı. Bügün sahibkarlarımızın ən böyük problemləri lazımi kadrların qıtlığıdır. Kiçik-orta sahibkar bütün biznesi tək aparmağa çalışır və bu tendensiya ilə şirkətin böyüməsinin qarşısını alır. Bilikli kadrlara ciddi ehtiyyac vardır;
  • İnvestitisiya məntiqi tam formalaşmamışdır. Sahibkarlarımız muasir və innovativ işlərə pul qoymağa qorxur, işçilərin düzgün motivasiya etməyə qorxur (pulu itirmək istəmir). Həmçinin Azərbaycan biznesmenlə Avropa biznesmeni arasında olan çoxsaylı fərqlərdən biridə, bizim sahibkarların çox zaman investitsiyanı dərin təhlilsiz etməsidir.
  • Marketinqin “sehrli çomaq” olduğuna inanırlar. Bügün görüşdüyüm sahibkarların əksəriyyəti marketoloqlara qibtə ilə baxırlar. Onlara elə gəlir ki, marketinq hər şeyə qadirdir. Lakin unutmaq olmaz ki, heç bir marketinq aksiyası yüksək rəhbərlik və digər struktur bölmələri ilə təsdiqlənmirsə uğur gətirmir. Mənim təcrübəmdə olan ən uğurlu layihə məhz rəhbərliyin uğuruna inandığı layihələr olmuşdur. Bu baxımdan marketinq biznesin əsas aparıcı elementi (funksiyası) olsada tək mövcud deyil;
  • Mal özü-özünü satırsa əladır. Əslində bu məntiq özünü heç cürə doğruluğunu sübüt edə bilməz. Ən gözəl məhsul belə marketinq və satış fəaliyyəti ilə məhv edilə bilər və ya tam əksinə. Bügün uğurlu məhsul qeyri-adi keyfiyyətə və xüsusi bir şeyə malik olan deyil, məhz çox satandır!

Nəticə. Sahibkarlarla görüşdükdən sonra gəldiyim nəticə belədir: Bizim sahibkarlar hal-hazırda ciddi inkişaf templəri haqqında düşünür. Gələcək isə sahibkarlığın olacaq.

Əziz bügünə qədər öz biznesini qurmayan oxucu! Mütləq və mütləq biznes qurun, inanın mənə işinizi sevmənizə belə təkan verəcək.

Azərbaycanda Pərakəndəçi Brendlər

Uğurlu Biznes – İdrakdan asılıdır!

şərhlər

şərhlər

1 Comment

  1. xoshuma gelir de senin optimist reylerin:)

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close