image_pdfimage_print

Son dövrlərdə şəhərləşmə prosesi – əhalinin şəhərdə yaşamağa meylli olması çox aktuallaşdırmışdır. Bu məqsədlə çalışdığımız şirkətdə Star City adlı konsepsiyaya hazırlamışıq. Konsepsiya özündə 5 əfsanə şəhərin emosiyasını mebellə vermək kimi hədəfə qulluq edir. Stokqolm, Milan, S-Peterburq, İstanbul və Venessiya. Hər bir model özündə 3 mebel qrupuna aiddir: yataq, qonaq (stol, stul) və yumşaq. Star City konsepsiyasının təqdimatı kimi hal-hazırda sosial mediyada kampaniya keçirilir. Qalibləri gözəl hədiyyələr gözləyir.

Mebellər həqiqətəndə valeh edicidir. Dizayn elementlər, konsepsiyada olan rəng oynamaları, istifadə edilən aksessuarlar… bir sözlə Star City ilə Embawood yeni seqmentdə çalışdığı aydın şəkildə görünür. Yerli brendin dizaynda belə iddiyalı olması çox sevindiricidir. Xatırlatmaq vacibdir ki, dizayn-konseptlər xarici (türk və italyan) dizaynerlər tərəfindən hazırlanmışdır. Eyni zamanda mebel sektorunda şəhər emosiyası (landmark) prinsipial yeni düşüncə hesab edilir.

Embawood Star City-in təqdimatı üçün Azərbaycan bazarında ilk dəfə olaraq intelektual ailə oyunu keçirir. Oyunda müsabiqə yolu ilə 4 ailə iştirak edəcək. Bu ailələr xüsusi sorğu vasitəsi ilə seçirilir. Bütün qaydalar haqqında məlumat Embawood facebook səhifəsində öz əksini tapmışdır. Seçilən ailələrə mağazalarda 1500 manatlıq hədiyyə çeki verilir. Əsas hədiyyə isə sevgi şəhəri Venetsiyaya 2 nəfərlik səyahətdir. Oyunun qaydalarını görə ailələrə gün ərzində müxtəlif intelektual suallar verilir və bir gün içərisində hər şey təyin edilir.

Paralel olaraq sentyabr ayının birinci 10 günlüyündən Star City təqdimatı üçün Azərbaycanda məhşur ulduzun iştirakı ilə reklam aksiyası keçirəcəkdir. Bir sözlə Embawood Star City-ə xarici brendlərə dizaynda meydan oxuyur.

Bütün dostları iştirak etməyə dəvət edirəm, maraqlıdır və Venetsiyaya getməyə dəyər. Ümumilikdə hesab edirəm Avropada görüləsi 3 şəhər var: Venetsiyaya, Amsterdam və Paris.

İntelektual ailələrə uğurlar!

İlkin Manafov haqqında

şərhlər

şərhlər

1 Comment

  1. star city magazalarda baxmisam, bezi modeller hegigi yaxsidir. Seherlesme ve mebel ise yaxsi fikirdir

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close