image_pdfimage_print

Keçən yazılarda biz şəxsi biznesin faydaları barədə Sizlərlə ətraflı danışmışdıq. İstərsə kiçik, istərsədə böyük şəxsi inkişaf üçün biznes mütləqdir! Bütün proseslərdə olduğu kimi, biznesdə və şəxsi karyera quruluşunda özünə aid uğurun olması vacibdir, insan gördüyü işin faydasını hiss etdikdə dahada güclənir, özünə inamı artır bu isə daha böyük uğurlar üçün “körpü” funksiyasını daşıyır. Uğurlu biznesin “qızıl üçbucağı” barədə burada oxuya bilərsiniz. Bu yazıda isə mən Sizlərə yeni biznes ideyasının yaradılması üçün “üç İ” adlandırdığı bir metodikadan danışacam.

Bu prinsip özündə 3 istiqaməti birləşdirir və yeni biznes ideya olduğu zaman təhlil edilməsi mütləqdir: İxtira, İnnovatsiya, İcra. Mən vaxtınızı çox almadan fikrimi izah etməyə başlayıram.

Birinci – İ. İxtira. Yeni biznes üçün biz mütləq ixtira etməliyik. Qorxmayın! Söhbət 1947-ci ildə tranzistorun icadından getmir, əlbətdə belə bir icra ola çox yaxşı olar… lakin bu nadir hallarda olur. İxtira müxtəlif sahələrdə ola bilər və bunun tapılması realda bir o qədər çətin olmur. Siz aşağıdakı istiqamətlərdə yeni biznesiniz üçün ixtiralar edə bilərsiniz:

  • Yaşadığınız bölgədə hansısa ehtiyyac var. Məsələn Bakıda Şəki paxlavası evi yoxdur və s. Əslində bu ehtiyyacnın tapılması bügün Sizin üçün ixtira hesab edilə bilər.
  • Texnoloji yenilik barədə informasiya sahibi ola bilərsiniz və ya özünüz nesə icad edərsiniz. Sadəcə dostlar, velesipedi ikinci dəfə icad etmək lazım deyil. Çox zaman bir çox əla sahibkarlıq qabiliyyəti olan insanlar bu texnoloji icad mərhələsinə çox aksent edirlər. Unutmayın vaxt ən dəyərli biznes resursdur!
  • Faəliyyətinizin təhlili. Bu metodla bir çox dünyanı dəyişən ixtiralar baş vermişdir. Bəzən (əksər hallarda) həyatımızı dəyişəcək addımlar cari fəaliyyətdə xırda dəyişikliklərlə baş verir. Bu baxımdan biznes ideyanın icad edilməsinin sadə və düzgün yollarından biridə mövcud proseslərə fərqli baxışla baxmaq ola bilər və s.

Beləliklə biznes ideyanın ixtira etdikdən sonra biz ikinci, daha məsuliyyətli mərhələyə gəlmiş oluruq: innovatsiya.

İkinci – İ. İnnovatsiya. İcad innovatsiya deyil, bunu biz düzgün fərqini bilməliyik. İcad – yeni biliyin əldə edilməsidir, innovatsiya isə yeni biliyin biznes məqsədi ilə real həyatda tətbiqidir. Digər sözlə desək icad institututlarda, akademiyalarda, kitablarda yazılırsa, innovatsiya real təcrübədə olur. Yenə qayıdaq 1947-ci ilə, transiztor icad ediləndə, heç kim bilməzdiki bu gələcək dünyanı dəyişək kompyuter erasının başlanğıcı ola bilər. Kompyuterin istehsalı innovatsiyadır, tranzistor isə ixtira. Transiztor barədə biliklərinizi burada tezələyə bilərsiniz.

Hal-hazırda milyonlarca ixtira düzgün innovatsiyanı gözləyir. Əslində post-sovet respublikalarında, əsasənda Azərbaycanda elminin bəlası məhz innovatsiya kəsadlığıdır. İldə yüzlərlə elmi işlər müdafiyə edilir, lakin bunların biznesdət tətbiqi necə?! Neysə… bu mövzu bizi başqa istiqamətə aparır. Demək istədiyim məsələ çox sadədir: İxtaralar innovatsiyadan qat-qat çoxdur! Bu bizə əslində böyük imkanlar yaradır. İxtira və innovatsiya prosesinin düzgün keçdikdən sonra bizim yeni ideyamızın həqiqi biznesə çevrilməsi üçün 3-cü mərhələ qalır – icra.

Üçüncü – İ. İcra. Əslində bu olmadan heç nedən danışmağa dəyməz. Sahibkarı xəyalpərəstən fərqləndirən ən birinci xüsusiyyət məhz bizim indi danışacağımız üçüncü İ-də olur. Sahibkar hərəkət edir, xəyalpərəs isə – xəyal edi, illuziyaya qapılır və s.

Əziz oxucu, heç vaxt hisslərə qapılmayan, icra hər işin əsasıdır! Biz adamlar tanıyırıq əllərində imkanlar çox böyükdür, lakin zəhmətkeş olmadıqları üçün gündən-günə geriyə gedirlər, eyni zamanda tam əksi, öz üzərində çalışan adam daim irəli gedir! Biznesdə belədir, ən faydalı innovativ bir fikir pis icra ilə məhv edilə bilər, eləcədə əksinə sadə bir fikir gözəl icra ilə böyük biznesə çevrilə bilər. Dünyanın ən böyük şirkətlərin fəaliyyətini təhlil edəndə biz görürük ki, bu şirkətləri fərqləndirən əsas məsələ məhz icradır. Buna görədə biznesin həcmindən asılı olmayaraq, üçüncü İ yeni biznes ideyanın ən vacib məsələsidir.

Hesab edirəm ki, istənilən biznesin başlanğıc mərhələsində mütləq üç İ prinsipi gözlənilməlidir: İxtira (icad), İnnovatsiya, İcra.

Uğurlu Biznes – İdrakdan asılıdır!

Azərbaycanda biznesin gələcəyi və 3 dəyər

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close