image_pdfimage_print

Biznesdə yazılmayan qaydalar çoxdur və yazıda məqsəd bu qaydaları sıralamaq deyil, bizim fikrimiz sadəcə belədir: “Biznesdə çox saylı yazılmayan qaydalar var, bunlara riayyət etdikdə uğurlu biznes qurmaq daha asand olur!”

Mən inanıram ki, həyatda heçnə heçnədən olmur və bütün hadisələr müəyyən bir qanunauyğunluqla olur. Məsələn hansısa tələbə imtahandan 690 bal yığırsa – deməli bu tələbə çalışqandır, şahmatda kimsə çempion olursa – deməli bu adam öz üzərində çox çalışıb, hansısa məhsul çox satırsa – deməli məhsulu hazırlayan düzgün düşünüb və s. Bizim bloqumuz biznes bloqdur və dəyərli oxucularımız iş adamları olduğundan təbii ki, bu dediklərim biznesə aid olacaq. Heç nə özü-özündən yaranmır, lakin hərdən elə şeylərlə biznesdə rastlaşırsan ki, bunun izahını verə bilmirsən və əsası bu şeylər təkrar olunur. Əziz oxucu bu yazıda mən Sizinlə belə hallardan danışacam.

Mən yazımın əsas tezisini praktikada rastlaşdığım bəzi yazılmayan qaydaları Sizlərə çatdıracam. Başlayaq?!

QAYDA 1. Biznesdə statik vəziyyət yoxdur. İstənilən biznesdə stabillik anlayışı görünən bir vəziyyətdir, bunun altında mütləq geriləmə durur. Əgər Sizin biznes önə getmirsə… deməli geriyə gedir. Yəni sabit nöqtə biznesdə olmur. Bu bizim bəzi sahibkarlarımızın ən böyük psixoloji problemidir. Sahibkar işini özü idarəedirsə çox xırda hədəflər onun üçün böyük görünür. Buna görə mütləq işin başına menecer qoymaq vacibdir, işin sahibi öz işinin icrasında olması doğru deyil…

QAYDA 2. Yenilik etməsən – məhv olacaqsan. Mən çox saylı Azərbaycan şirkətləri ilə tanışam ki, bir vaxtlar sektorun lideri mövqeyində edilir, bügün isə yeniliklərə əhəmiyyət vermədiklərinə görə ya çox balaca bazarda çalışırlar, yada tamamən biznesdən kənarlaşıblar. Yenilik biznesdə hava-su kimi lazımdır, çünki cəmiyyət daim inkişaf edir və biznesmen nəyin ki bu inkişafla ilərləməlidir, hətta bu inkişafı özü yönləndirməlidir.

QAYDA 3. Satıcılarınızı daim motivasiya edin. Satışsız biznes olmur və istənilən biznesin ən son həlqəsi məhsulun fiziki çatdırılmasıdır, bundan sonra ki mərhələ sırf satış sonrakı xidmətdir və bu xidmət bir-başa olaraq daha çox satmaq üçündür. Satışı isə satıcılar həyata keçirir. Bunun adını necə qoymaq istəyirsiz qoyun, lakin bir şey həqiqətdir bu adamlara sahibkarın və biznesin daim ehtiyyacı olur. Satışı artırmağın ən yaxşı, sınanmış yolu satıcıların motivasiyasıdır. Bu sahənin xərcini daim artırmaq lazımdır, hətta satışlar pis olsa belə satıcıların həvəsləndirilməsi vəziyyətdən xilas ola bilər. Unutmayın satılmayan məhsul yoxdur, sata bilməyən satıcı var, edə bilməyən insan yoxdur, kifayət qədər istəyi olmayan adam var!

QAYDA 4. Bacardığınız işləri edin. İstənilən işə başlamazdan əvvəl uğurlu biznesmenlər “niyə mən?” sualının cavabını axtarırlar. Mənim təcrübəmdə çox saylı hallar olub ki, yerli və xarici şirkətlər yeni bazarlara girib böyük uğurlar qazanıb və ya tam tərsinə böyük zərərlə bazardan çıxıb. Səbəb çox sadədir, şirkətlər yalnız ən yaxşı etdikləri fəaliyyətlərdən pul qazanırlar. Bu məsələ təbii ki, fərdlərədə aiddir. Yaxşı edə bildiklərinizin üzərində aksent etdikdə, Sizin qüsurlarınızı görən az olacaq.

Mən tezliklə yazılmayan qaydalar barədə daha çox yazacam, hələlik isə düşünməyə dəyər!

Azərbaycanda biznesin gələcəyi və 3 dəyər

Xarici bazara necə girək?!

şərhlər

şərhlər

2 Comments

  1. Faydalı yazıdır. Amma əslində hamısı yazılan qanunlardır… Sadəcə bizdə bu yazılan qanunları bezileri sadəcə yazılı olaraq bilir həyata keçirmir, keçirmək üçün yuxarıda yazılanlara məhəl qoymur. Bəziləri bunları öyrənmək istəmir. Bəziləri bunları tədbiq üçün kifayət resursa sahib deyil, ya the "baş ağrıtmaq" istəmir ve dediyiniz kimi stabillik terefdaridir amma stabillik biznesdə gerilemedir, chox dogru buyurursuz!

  2. Standart olaraq yazdiqlariniz dogrudur İlkin bey. Elelxusus the 4 see you bend ( ki hemishe men de tekrarlayiram ) tam yerine dusur. Bu qaydaya hormetle yanasaraq bezen sahibkar ve ya idare ediciler ele "Mavi okeanlar" yaradilar ki bu hem plansiz hem de tesadufen olur. Biznesin inkishafinda profile uygun olaraq inkishaf her zaman labuddur lakin her zaman ele saheler secmek lazimdir ki hazirki reqabet sferasidan kenara cixilsin.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close