image_pdfimage_print

Marketinq yenilikçi struktur, Marketinq Direktor – novatordur.

Mən çox vaxtınızı almadan yenilik məfhumunun marketinqi xarakterizə edən ən düzgün sifət olduğu barədə öz fikirlərimi bölüşəcəm.

Şirkətdə struktur bölmələri fəaliyyət tiplərinə görə qruplaşdırmaq olar, məsələn istehsal – konservatizm, maliyyə – standartlaşdırma, ArGe (R&D) – fərqlilik, marketinq isə yenilikçi kimi xarakterizə edilir. Bunun özünə görə obyektiv səbəbləri var. Səbəblərə keçməzdən əvvəl mən Marketinq Direktorunun şirkətdə etməsi vacib işləri xatırlatmaq istəyirəm:

  • Müştəri seqmentasiya və davranışlarının öyrənilməsi. Marketinq direktor deməlidir ki, hansı müştəri seqmentinə şirkət yönəlməlidir və gələcəkdə istehlakçı davranışlarında nelər baş verəcək?!
  • Yeni bazarlara girmək. Marketinq şirkətdə hansı bazara investitsiyanın qoyulmalı olduğunu deməlidir.
  • Biznesin aparılması üçün marketinq-miksdən necə istifadə etmək olar istiqamətində təkliflər və bu təkliflərin reallaşdırılması üçün layihhə menecmentini aparmaq;
  • Brendin müştərilər üzrə düzgün tarqetinqini aparmaq, məsələn SES-ə görə;
  • Şirkətdə marketinq prosesinin əhəmiyyətini artırmaq və müştəri yönümlü olmaq və s.

Keçək səbəblərə.

Səbəb №1. Marketinq konseptdən başlayır. Bəzi nəzəriyyəçi marketoloqlar, marketinq – məhsuldur, marketinq – məhsuldan başlayır kimi tezislər irəli sürürlər. Lakin unutmaq olmaz ki, marketinq hədəfi məhz konsept yaratmaqdır, konseptin məhsula çəvrilməsi isə ArGe-in, istehsal blokunun işidir. Əgər marketinq məhsul yaratsaydı onda şirkətlərə ArGe(R&D) nəyə lazım edi?! Neysə mövzudan çox uzaqlaşmayaq.

Marketinq yeni konseptləri bazara təqdim etməlidir. Praktikada yeni konseptlər 3 tipi olur:

  1. Rasional. Yəni yeni konseptin şirkətin təbii fəaliyyətinin nəticəsi kimi meydana gəlir. Məsələn VolksWagen Passat B7 modeli – model sadəcə olaraq şirkətdə gedən təbii proseslərin nəticəsi kimi bazara təqdim edilir.
  2. Elmi yenilik. Buraya konkret olaraq şirkətdə hansısa elmi yeniliyin biznes məqsədi ilə istifadəsi nəticəsində yaranan yeni konseptlər aiddir. Məsələn gibrid əsaslı mühərriki olan avtomobillər.  
  3. Kommersiya proqresi. Bazarda olan yeni boşluq və ya mövcud bazarda fərqli kommersiya təklifi hazırlamaqla yaradılan yeni konseptlər buraya aid edilir. Məsələn Samsung Duas və ya Celoron.

Bütün hallarda marketinq yeni konseptlər düşünməlidir.

Səbəb №2. Marketinq standartlara qarşı komukadzedir. Şirkətdə olan standartlar, biznes proseslərdə edilməsi vacib olan təkmilləşmələr, yeni seqmentlərə investitsiya və s. kimi yeniliklərin təbliğatçısı məhz marketinqdir. Əsl marketoloq yalnız ətrafında hamının sabit gördüyü şeylərə, dəyişən kimi baxmaqla uğur qazana bilər. Biznes strateqiyalar istiqamətində ən məhşur kitabların birində (Blue Ocean Strategy) bu məsələ düzgün formada ortaya qoyulmuşdur. Şirkətlərdə bu yeniliklərin təbliğatçısı məhz marketoloqlar olur (olmalıdır).

Sadaladığım bu səbəblər şirkətdə strateji xarakter daşıyır. Marketinqin funksiyası yalnız satışları artırmaq, şirkətin mənfəətini çoxaltmaq deyil, həmçinin biznesin uzunmüddətli rəqabətqabiliyyətli olmasına nail olmaqdır. Bu marketinqdə ən üst səviyyədir!

Bir sözlə marketinq – yenilikdir! Marketinq direktorunun yeni adı isə – novator ola bilər.

Marketoloqun xəzinəsindən…

Marketoloq olmamağın yolları

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close