Monthly Archives Sentyabr 2012

Məni yaxından tanıyanlar oxumaq həvəskarı olduğumu bilərlər. Muasir dövrdə istənilən adam cəmiyyətdə gedən proseslərdən xəbərdar olması üçün mütləq oxumalıdır… təbii ki, dəyərli oxucumuz deyə bilər ki, oxumaq azdır, oxuduğunu tətbiq etmək vacibdir… və mən onunla razılaşıram. Bununla belə kitab, jurnal oxumayan adamların şəxsi fikirləri nadir hallarda olur bu baxımdan oxumaq şəxsiyyətin formalaşması üçün mütləqdir. Mən bu yazıda bügünə qədər oxuduğum kitablar arasında ən sevdiklərimi deyəcəm.

Bəzən müxtəlif adamlarla söhbət etdiyim zaman belə sözlər eşidirəm: “Azərbaycanda biznes qurmaq çox çətindir, dövlət dəstək vermir və s.” – mən belə fikirləri heç başa düşmürəm. Keçən yazılarda mən Sizinlə ömründə 10 kv.metr yerdə satış etməyən adamların ticarət mərkəzi tikmə xəyalları barədə söhbət etmişdim. Əlbətdə, bu mümkün deyil. Bu dəfə mən başqa tip – daim nədənsə narazılardan danışacam. Görəsən dəstək deyildiyi zaman nə başa düşülür?!

Bügün Xüsusi İstedadlar Qrupu ilə Marketinq AİR seminarı üçün görüşümüz oldu. İlk öncə qeyd etməliyəm ki, XİQ-in tədris rəhbəri Çeşmi xanım görüşün təşkilatı üçün çox böyük işlər görmüşdu və buradanda ona minnətdarlığımı bildirirəm.

Dostlar yazını məhşur “stəkan” misalı ilə başlamaq istəyirəm. Düşünün ki, masanın üzərində su ilə yarımçıq doldurulmuş bir stəkan var, təbii ki bizim bu mənzərəyə iki cür baxış, reaksiya növümüz ola bilər: birinci – heyf ki stəkandakı su dolu deyil buna biz neqativ baxış deyirik, ikincisi – masanın üzərində içməli su var bu isə pozitiv baxışdır. (Birinci stəkanı yarı boş, ikincisi yarı dolu görür) Eyni mənzərə – fərqli yanaşma! Əziz oxucu həyatda, biznesdə, marketinqdə, idmanda və s. ikinci, yəni pozitiv düşünən adamlar hər zaman qalib gəlirlər, bilirsiz niyə?!

İş təcrübəmdə çəkdiyim reklamlara baxırdım… və bu reklamların içərisində ən çox sevdiyim reklamla rastlaşdım. Bu reklam çəkilişində 2 gecə üst-üstə yatmadığım bir yana, reklam çəkilişində müxtəlif adamları, müxtəlif fikirlərini xatırladım. Reklamımız 2 versiyada çəkilmişdi: tam versiya və qısaldılmış versiya.

Çoxlarınızın xəbəri olduğu kimi, Marketinq AİR treninqlərinə hazırlıq tam gücü ilə davam edir… treninqin keçiriləcək yerin təyin edilməsi, treninq zamanı qonaqların dəvəti, iştirakçılara veriləcək tədris materaillarının hazırlanması, biznes keyslərin seçilməsi, treninqlərin məqsədinin açıqlanması üçün kütləvi görüşlər (təqdimatlar) və s. və ilaxir… Bilirsiz dostlar, biz Marketinq AİR-lə Azərbaycanda “marketinq” məfhumunun düzgün qəbul edilməsinə çalışırıq və ən əsası iştirakçılarımızın sayı, onların öyrənməyə olan hırsı, bizə əminliklə söhləməyə imkan verir ki, HƏR ŞEY PLANLADIĞIMIZ KİMİ OLACAQ!!!

İki gündür bloqda google chromda açılma problemləri var. Bloq digər web istifadə proqramlarında çox asanlıqla açılır. Problemin üzərində işləyirik və hesab edirəm ki, tezliklə problemlırimiz həll ediləcək. Əsas odur ki, eyni problem digər saytlardada (bloqlardada) var... necə dəyərlər "ellə gələn toy-bayramdır". İkinci bir məsələ budur ki, son 2 gündə 14 nəfər mənə bloqda problem olduğunu dedi... Hər bir işdə müsbət və…

Görəsən rəqabət olmasa biznes olarmi?! Bəs görəsən rəqabət olmasa iPhad, Xerox, Pampers, E-klass və s. dünyada tanınmış məhsullar (brendlər) olar?! Məncə rəqabət olmasa biznesdə heç bir innovatsiya, heç bir yenilik olmaz. Bizə rəqabət lazımdır, lakin adlarını yuxarıda çəkdiyim brendlərin (subbrendlərin) yaranma tarixlərini daha dəqiq təhlil etdikdə bir başa rəqiblərinin olmadığı görürük. Mən bu yazıda rəqibləri arxada qoyaraq, onları unutmaq, lider olmağın yollarından danışacam.

12
Close