image_pdfimage_print

Bizim bloqun oxucuları mənə çox tez-tez yeni biznes açmaq və ya mövcud biznesi genişləndirmək üçün ideya axtarışı haqqında soruşurlar. Əlbətbə yeni biznes açmaq üçün vacib olan şeylərdən müxtəlif yazılarımızda yazmışdıq, məsələn burada. Bu yazıda mən yeni bir şey düşünməyə vaxtı olmayan, lakin mütləq biznes qurmaq istəyən dostlarımız üçün sadə bir alqoritm barədə məlumat vermək istəyirəm.

Təbii ki, çoxlarınız bilirsiniz ki, ilk biznes qurmağın ən sadə və risksiz yolu tanınmış bir brendin françayzinqinin alınmasıdır. Deyə bilərsiniz ki, axı biz bu brendləri hardan tapaq?! Cavab çox sadədir hər il böyük ölkələrdə brendlərin satışı ilə ixtisaslaşmış sərqilər keçirilir. Bu sərgilərdə 100-lə tanınmış brend öz konsepsiyasını təqdim edir və yeni biznesin (Sizin biznesinizin) iqtisadi hesablamalarını təqdim edir. Burada həm hazır biznes planlar olur, həmdə konsultatsiya verəcək ekspertlər.

Bəs hansı ölkəni prioritet götürmək lazımdır?! Dostlar burada çox düşünməyin yeri yoxdur: Amerika, Almaniya və ya digər inkişaf etmiş Avropa ölkələri əlbətdəki bizə lazım deyil!!! Bu ölkələrdə olan sərgilərdə iştirak etmək bizim üçün həm çətin, həmdə risklidir. Ən düzgün və praktik yol Türkiyyə və ya Rusiyadır. Bu ölkələrin istər həyat səviyyəsi, istərsədə biznesə olan baxışı bizə daha yaxındır.

Mən öz biznesini qurmaq istəyən və əlində investitsiya (resurs) olan dostlarımıza təkidlə Buy Brand – Moskow sərgisinə getməyi tövsiyyə edirəm. Mən bu sərgidə bir dəfə olmuşam və əminən ki burada biznes ideya tapmaq olur. Sərgi oktyabr ayında olacaq…

Unutmayın biznesmen olmaq üçün sadəcə istəmək lazımdır!

Mən növbəti yazıda françayzinq alınması prosesindən daha ətraflı danışacam, maraqlıdırsa paylaşın.

BİZNES HAQQINDA

MARKETİNQ HAQQINDA

şərhlər

şərhlər

3 Comments

  1. Biznes ideyaları tapa bilmədim axı burda.

  2. Buradan cox wey oyrenmek olar. Tewekkurler.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close