image_pdfimage_print

Bundan əvvəl ki yazıda mən Sizə yeni biznes açmağın ən asand və az riskli yolunun françayzinq alınması olduğunu demişdim. Bu yazıda mən yeni brend almaq üçün tez-tez buraxılan səhvlərdən yazacam.

Dəyərli oxucularımızın vaxtını çox almadan francayzinq alışında ən çox rast gəlinən 5 səhv barədə yazacam.

Səhv № 1. Françayzinq aldım – özü işləyib pul gətirəcək. Heç bir biznes zəhmətsiz və ya düzgün idarəetmə olmadan işləyə bilməz. Çox zaman françayzinq alanlar belə düşünür ki, yaxşı kadr tapacaq və özü işdən kənarda qalacaq… realda bu məsələ son dərəcə çətindir. Bügün Azərbaycanda biznesin qarşısında duran ən birinci problem kadrlardır. İxtisaslı və savadlı kadrların tapılması demək olar ki, mümkünsüzdür. Bu məsələ kiçik və orta biznes üçün dahada aktuallaşır!

Səhv № 2. Çalışıb ucuz olan françayzinq almaq. “Mən o qədər varlı deyiləm ki, ucuz mal alam” kəlamı bir-başa olaraq françayzinq məsələsinə uyğun gəlir. Ən təhlükəli məsələ ucuz və ya ümumiyyətlə pulsuz françayzinqlərin alınmasıdır. Realda az investitsiyalı biznes proyektlər sahibkar üçün daha baha olur. Məsələn, tanınmayan bir brendin françayzinqinin pulsuz alınması, ilk baxışdan ucuz və asand görünsədə, real praktikada daha baha olur (reklam, brendin tanıtma xərcləri və ya biznes idarəetmə standartları tam işlənilməmiş olur və s.)

Səhv № 3. Biznes xoşunaza gəldi – alın. Çox zaman françayzinq sırf emosional təsirlərin əsasında alınır. Məsələn yay mövsimində hamı turist şirkəti axtarır və elə bir təsəvvür yaranır güya hamı səyahət edəcək… əslində təbii ki, bu belə deyil. Françayzinq alınması prosesinə mütləq informasiyanız çox olan sahədən və mümkün qədər daha çox təhlildən sonra qərar vermək lazımdır! Çöldən qızıl görünən şeylər, içəridə çox az halda real qızıldan olur.

Səhv № 4. Əsas brenddir yer həmeşə tapılır. Françayzinq alınmasının praktikada ən böyük çətinliyi məhz yer seçimidir. Əslində yaxşı yer hər zaman dolu olur. Digər bir məsələ yer seçimində investitsiya məntiqindən istifadə etməkdir. Vacib deyil, Sizin götürdüyünüz yer bügün necədir?! Vacib olan bu yerin 1il və il yarımdan sonrakı vəziyyətidir. Məsələn, Bakıda 4-5 il bundan əvvəl Teymur Əliyev küçəsinin uğurlu ticarət küçəsi olacağını az adam hiss edirdi. Bügün isə bu küçədə icarə yeri tapmaq demək olar ki, mümkün deyil. Uğurlu françayzinq fəaliyyəti üçün (əsasənda pərakəndəçilik sektorunda) yer çox önəmlidir. Bu baxımdan yer haqqında məlumatlı olmamış françayzinq almaq haqqında düşünmək doğru deyil.

Səhv № 5. Axırıncı pulunuza biznesə qoymaq. Buna diqqət etmək lazımdır. İstənilən biznes fəaliyyətində ilkin düşünülmüş investitsiya miqdarı ilə faktiki investitsiya arasında ən azı 30% fərq olur. Əziz oxucu Siz elə düşünməyin bu planlamada buraxılan səhvdir – əsla. Bu sadəcə kiçik və orta biznesə xas olan və real təcrübəyə əsaslanmış bir həqiqətdir. Bu baxımdan yeni biznesdə mütləq əlavə investitsiya ehtiyyatı olmalıdır. Mən çox uğurlu biznes layihələrin maliyyə sıxıntısına görə uğur qazanmadığını görmüşəm. Buna yol vermək olmaz…

Hələlik bu qədər…

Menecer böhranı

Beynalxalq təcrübə marketinqdə vacibdir

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close