image_pdfimage_print

Çoxlarınızın xəbəri olduğu kimi, Marketinq AİR treninqlərinə hazırlıq tam gücü ilə davam edir… treninqin keçiriləcək yerin təyin edilməsi, treninq zamanı qonaqların dəvəti, iştirakçılara veriləcək tədris materaillarının hazırlanması, biznes keyslərin seçilməsi, treninqlərin məqsədinin açıqlanması üçün kütləvi görüşlər (təqdimatlar) və s. və ilaxir… Bilirsiz dostlar, biz Marketinq AİR-lə Azərbaycanda “marketinq” məfhumunun düzgün qəbul edilməsinə çalışırıq və ən əsası iştirakçılarımızın sayı, onların öyrənməyə olan hırsı, bizə əminliklə söhləməyə imkan verir ki, HƏR ŞEY PLANLADIĞIMIZ KİMİ OLACAQ!!!

Mən Sizə bu günlərdə apardığımız görüşlər barədə məlumat vermək istəyirəm.

Ümumi olaraq bugünə qədər 3 görüş keçirmişik: İlk qeydiyyatdan keçmiş auditoriya ilə, gənclərlə (İB Clubda) və İqtisad Universitetində (marketinq kafedrasında). Sabah gənclərlə daha bir görüşümüz olacaq, bu həftə ərzində isə İqtisad Universitetində XİQ-in tələbələri ilə görüşümüz olacaq. Görüşlər çox aktiv keçir, görüşlərdə marketinq-in həqiqətəndə ən maraqlı disziplina olduğunun görməmiz, gənclərimizin marketinqi çox öyrənmək istədiyini və s… şeylər məni çox sevindirsədə bu söhbətləri sonraya saxlamaq istəyirəm. Mənim üçün ən maraqlı şey, bütün gənclərin biznesin inkişafı üçün marketinqin nə dərəcədə əhəmiyyətli olduğunu bilmələridir. Birdə bizim təlimlərdə iştirak etmək istəyən gənclərdə mən ambisiya, idman xarakteri hiss edirəm. Bu amil Marketinq AİR məsuliyyətini xeyli artırır və mən əminəm ki, təlimçilər bunu düzgün qəbul edirlər. Təlimçilər demişkən, bir-az təlimlərdən danışım…

Gördüyümüz işlər içərisində ən çox vaxt alan məsələ məhz təlimlərə hazırlaşmaqdır. Strateji marketinq, brend idarəetmə, yeni məhsul yaratma və marketinq kommunikasiyaları üzrə keçiriləcək hər bir treninq milli keyslərlə doludur. Keyslərlə yanaşı biz muasir marketinq nəzəriyyəsinin üzərindədə xeyli işləyirik. Bilirsiz, birdəfə Unilever MDB-in marketinq direktoru ilə söhbət zamanı yaxşı marketoloq olmaq üçün networkinqin nə qədər əhəmiyyətli olduğunu mənə real misallarla göstərmişdi. Həqiqətəndə muasir dövrdə professional əlaqələr çox vacibdir. Biz Marketinq AİR iştirakçılarımıza vermək istədəyimiz əsas dəyərlərdən biridə məhz networkinqdir! Kurs zamanı Azərbaycanın aparıcı menecerləri ilə görüşlər keçiriləcəkdir və ən əsası bügün bir neçə sahibkar bu treninqlərdən öz biznesi üçün işçi götürəcəyinə ümidlidir… bizdə əminik ki, Marketinq AİR təlimləri gənclərlə biznes icması arasında bir körpü rolunda olacaq!

Sonda bir məsələnidə Sizə deyim. Biz təlimləri plandığımız zaman yalnız bir qrup olacağını düşünmüşük, bügün təlimdə iştirak etmək istəyənlərin sayı bizim plandığımızdan çoxdur… təbii ki, bu bizi sevindirsədə məsuliyyəti dahada artırır…

Dostlar Marketinq AİR  bizim üçün çox vacibdir!

Marketinq HAVA-sı DƏYİŞİR?!

Marketinq Treninqi – TEZLİKLƏ

şərhlər

şərhlər

2 Comments

  1. Yazıb mövzunu gündəmdə saxladığın üçün və hər kəsi məlumatlandırdığın üçün təşəkkürlər, İlkin.

  2. […]    Marketing AİRdə iştirak etdiyim ilk gündən müəllimlərimiz  Anar Bayramov, İlkin Manafov  və  Rafiq Hunaltay       bizə bloq yazmağı tövsiyə edirdilər. Həmişə qeyd […]

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close