image_pdfimage_print

Bügün dünyada bloq yazan auditoriyanın içərisində jurnalistlərdən sonra ikinci ən çox yazan kütlə – marketoloqlardır. Əslində bu Azərbaycandada özünü göstərir… mən bloqu olan maliyyəçi az tanıyıram (oxu tanımıram), lakin marketoloqlar masallah! Mən bu yazıda 3 fəal Azərbaycanlı marketoloqun timsalında yerli bloqlarımızdan danışacam.

Qeyd etməliyəm ki, muasir dünyada ən vacib resurs informasiyadır və ana dilimizdə belə bloqların olması bizim millət olaraq gücümüzü dahada artırır. Sözü gedən 3 bloqerimiz haqqında ayrı-ayrılıqda qısaca danışaq.

Cəbrayil Vəliyev-in bloqu. Cabrayil müəllim Türkiyyədə uzun müddət təhsil alsada yazdığı bloqda Azərbaycan dilindən gözəl istifadə edir. Bloq əsasən satış, pərakəndəçilik və ümumi biznes haqqındadır. Mən bu bloqu mütəmadi oxuyuram və hesab edirəm ki, Cəbrayil müəllim tezliklə öz kitablarını dərc etməlidir. Yazılardan həqiqətəndə praktik əhəmiyyətli şeylər tapmaq olar.

Anar Bayramovun bloqu. Müəllif bloqda strateji idarəetmə, marketinq strateqiyalarından, müştəri münasibətlərinin idarəedilməsindən daha çox yazır. Həmçinin Anar Azərbaycanda Strateji İdarəetmə mövzusunda monoqrafiyanın müəllifidir. Bloqda yazılanlar muasir biznes reallıqlarını əks etdirir.

Rafiq Hünaltay-ın bloqu. Yazar Azərbaycanda marketoloqlar, dizaynerlər, reklamçılar və biznes mühit arasında ən populyar internet səhifə olan FaceMark-ın yaradıcısıdır. Həmçinin sosial şəbəkələrdə bir çox populyar qrupun adminliyini edir. Bloqda muasir marketinq tendensiyalarının Azərbaycanda tətbiqindən düzgün formada yazılır. Çox maraqlı bloqdur və marketinqlə maraqlananlar üçün əvəzsizdir.

Təbii ki, adlarını çəkdiyim bu bloqlar sadəcə mənim mütəmadi olaraq oxuduğum və dəyərli oxucularımız üçün tövsiyyə verə biləcəyim bloqlardır. Bunlardan başqa digər bloqlarımızda var (əsas məsələ budur ki, bəzi bloqların mövcud olmasına baxmayaraq aktivlik səviyyəsi son dərəcə aşağadır) lakin bu bloqlar aktiv deyirlər.

Azərbaycan dilində belə maraqlı bloqramızın olması ümumi maarifləndirməyə xidmət edir. Mən çox sevinirəm ki, gündən-günə yerli bloqlarımızın sayı artır və ən əsası günlər keçdikcə bu bloqların kontenti dahada keyfiyyətli olur.

Arzu edirəm internetdə yerli bloqramızın sayı çox olsun və gələcək marketoloq üçün lazımlı informasiya ana dilimizdə rahat tapılsın!

Biznes haqqında – OXUYUN

Reklam haqqında – OXUYUN

Marketinq AİR haqqında – OXUYUN

şərhlər

şərhlər

4 Comments

  1. İlkin, diqqətin üçün təşəkkürlər. Xoş oldu. Mən öz adımdan çox sevinirəm ki, Azərbaycanda marketinqə dair ən tez-tez yenilənən və ən çox oxucusu olan bloqların içində sənin bloqunun öz məxsusi yeri var. Öncəki yazılarımda dediyim kimi, biz mütləq yazmalıyıq indi, bacardıqca daha çox yazıb daha çox reallaşdırmalıyıq, səhv və ya düzü mühakimə etməyə zaman çox azdır. Bir daha təşəkkürlər.

  2. Azerbaycanda en oxunagli biznes bloq elbetdeki Ilkin muellimin bloqudur. Teshekkurler Ilkin Manafov! Personal Branding numunesi olaraq Siz bize ders verirsiz

    • Namik bey, verdiyiniz deyere gore cox sag olun. Bizim bloqun oxuculari gunden-gune artir… bu meni cox sevindirir. Demeli yazdiglarimiz kimler ucunse maraqlidir.

  3. Ilkin muellim bu blogu her gun izleyirem, yazılarınız xoşuma gəlir, hər bir detalı düzgün və səlist dildə izah edirsiz. Ana dilimizdə olan bloglarin icerisinde en ardıcıl çalışan blog ele mence Sİzin blogdur. Blogunuzla tesadüfən rastlaşmışam, google-e axtarış edəndə. Hər yazınızı gözləyirik. Bir daha təşəkkürlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close