image_pdfimage_print

Məni yaxından tanıyanlar oxumaq həvəskarı olduğumu bilərlər. Muasir dövrdə istənilən adam cəmiyyətdə gedən proseslərdən xəbərdar olması üçün mütləq oxumalıdır… təbii ki, dəyərli oxucumuz deyə bilər ki, oxumaq azdır, oxuduğunu tətbiq etmək vacibdir… və mən onunla razılaşıram. Bununla belə kitab, jurnal oxumayan adamların şəxsi fikirləri nadir hallarda olur bu baxımdan oxumaq şəxsiyyətin formalaşması üçün mütləqdir. Mən bu yazıda bügünə qədər oxuduğum kitablar arasında ən sevdiklərimi deyəcəm.

Başlayaq biznes ədəbiyyatlardan:

  1. Настольная книга директора по маркетингу. Маркетинговое планирование. Bu kitabda F. Kotlerin yazdığı nəzəri məqəmlar konkret cədvəllərlə praktikada tətbiqi izah edilir.
  2. Blue Ocean Strategy. Biznesin inkişafı üçün düzgün bir alqoritmik yanaşma izah edilir.
  3. iПрезентация. Уроки убеждения от лидера Apple Стива Джобса. Bu kitabdan çox şey öyrənmişəm, məhz oxuyub tətbiq etdiyim kitablardandır.
  4. Procter & Gamble. Путь к успеху. 165-летний опыт построения брендов. Dünyada brendinqi yaradan şirkət haqqında yazılmış və mənim oxuduğum ən yaxşı kitab.
  5. Media Markt: Wie blöd ist das Konzept wirklich? Bu kitabda ucuz qiymətli brendlərin necə konsepsiyalar qurduqları barədə informasiyalar olur, təbii ki, əsas istiqamət Media Markt.

Yuxarıda biznes haqqında oxuduğum 5 ən yaxşı kitabları təsvir etdim. İndi isə 5 ən yaxşı (faydalı) bədii ədəbiyyatları deyəcəm.

  1. Горе от ума. Gündəlik həyatda belələri ilə çox rastlaşırıq və bu kitab həyatda olan bəzi həqiqətləri başa düşməyə kömək edir.
  2. Çingiz Abdullayevin əsərləri. Həqiqətəndə çox sevirəm Çingiz müəllimin yazılarını, məncə real şeyləri gözəl təsvirlə yazır.
  3. Преступление и наказание. Bu əsəri hər dəfə oxuduqca özüm üçün yeni bir şeylər tapıram. Görəsən bu kitabı oxumadan cinayət prosesini başa düşmək olar?!
  4. Три мушкетера. Aleksandr Dumanın bu əsərini oxuduqda, iradənin gücünə dahada inanmaq olur. Qaynaq vermirəm, əminəm evdə bu kitab var.
  5. La Peau de Chagrin (шагреневая кожа – Azərbaycanca tərcümə edə bilmədim). Balzakın yazdığı məncə ən maraqlı əsərdir… və bu əsəri bir neçə dəfə oxumuşam, şiddətli tövsiyyə edirəm.

Kitablardan yazmışkən, Sizdə məni oxumuşkən… birdə icazə verin hər ay oxuduğum jurnalları deyim, olar?!

  1. Секреты фирмы. Post-sovet ölkələrinin biznes mühitini yaxşı təhlil edirlər.
  2. CEO. Biznes və menecment haqqında yaxşı yazılar olur, mütəmadi.
  3. Absatswirtschaft. Gələcəyin marketinqini buradan oxuyuram, innovatsiya dünya hara gedir və s. bizim üçün vacib şeylərdir (Azərbaycanlı marketoloqlar üçün).
  4. Marketing Turkiyye. Bu jurnalı inersiyadan oxuyuram… gündən-günə daha az xoşuma gəlir. Amma bütün hallarda Türkiyyədəki marketinqi başa düşmək üçün vacibdir.

Hər birinizə bol-bol oxumaq arzu edirəm, məncə düşünməyə dəyər…

İnternet marketinq

Pərakəndəçilik haqqında

şərhlər

şərhlər

1 Comment

  1. Elbetde oxumaq gozeldir, mende bu siyahida Sizin bloq birincidir

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close