Monthly Archives Sentyabr 2012

Bizim bloqun oxucuları mənə çox tez-tez yeni biznes açmaq və ya mövcud biznesi genişləndirmək üçün ideya axtarışı haqqında soruşurlar. Əlbətbə yeni biznes açmaq üçün vacib olan şeylərdən müxtəlif yazılarımızda yazmışdıq, məsələn burada. Bu yazıda mən yeni bir şey düşünməyə vaxtı olmayan, lakin mütləq biznes qurmaq istəyən dostlarımız üçün sadə bir alqoritm barədə məlumat vermək istəyirəm.

Müasir biznesdə autsorsinq iqtisadiyyatın ən dinamik inkişaf edən sahələrinin başında dayanır. Aparılan araşdırmalara görə yaxın 10 ildə dünya ixracının 70%-ən çoxunu məhz outsorsinq təşkil edəcək. Əlbətdə autsorsinq sabahın biznesidir, əlbətdə biznesin inkişafı üçün həyatı əhəmiyyət daşıyır lakin unutmaq olmaz biznesdə bəzi dəyərlər var ki onların autsorsinqi yol verilməzdir.

Əziz oxucu cəmiyyətin inkişafında sahibkarlığın rolu çox böyükdür. Adam Smitin Sizədə məlum olan “Görünməz Əl” nəzəriyyəsini əlbətdə xatırlayırsınız. Bügün sahibkarlıq fəaliyyəti, bizneslə məşğul olan kəs sadəcə öz mənafeyini güdmür, sahibkar özünü düşünərək, özünündə xəbəri olmadan cəmiyyətin maraqlarına xidmət etmiş olur. Bu yazıda mən sahibkarların fəaliyyətlərini xarakterizə edən QIZIL fellərdən danışacam.

Bügün dünyada bloq yazan auditoriyanın içərisində jurnalistlərdən sonra ikinci ən çox yazan kütlə – marketoloqlardır. Əslində bu Azərbaycandada özünü göstərir… mən bloqu olan maliyyəçi az tanıyıram (oxu tanımıram), lakin marketoloqlar masallah! Mən bu yazıda 3 fəal Azərbaycanlı marketoloqun timsalında yerli bloqlarımızdan danışacam.

Konseptsiz brendlər ölümə məhkumdur!

Keçən yazılarda marketinqin məhsul, reklam və ya satış kanalları üzərində deyil məhz bu elementləri vahid bir konsepsiyada birləşdirən ideyalarla işməsi vacib olduğundan danışmışdıq. Bu yazıda mən konseptsizliyin brendləri necə məhv etdiyinə dair bir neçə praktik misallar vermək istəyirəm.

12
Close