image_pdfimage_print

Dostlar yazını məhşur “stəkan” misalı ilə başlamaq istəyirəm. Düşünün ki, masanın üzərində su ilə yarımçıq doldurulmuş bir stəkan var, təbii ki bizim bu mənzərəyə iki cür baxış, reaksiya növümüz ola bilər: birinci – heyf ki stəkandakı su dolu deyil buna biz neqativ baxış deyirik, ikincisi – masanın üzərində içməli su var bu isə pozitiv baxışdır. (Birinci stəkanı yarı boş, ikincisi yarı dolu görür) Eyni mənzərə – fərqli yanaşma! Əziz oxucu həyatda, biznesdə, marketinqdə, idmanda və s. ikinci, yəni pozitiv düşünən adamlar hər zaman qalib gəlirlər, bilirsiz niyə?!

Suala cavab verməzdən əvvəl bir məsələni qeyd etmək istəyirəm. Bloqun oxucuları içərisində yaşamaq, işləmək, əylənmək… kimi dəyərlərə neqativ düşüncə bucağından baxanlar varsa, bu yazını diqqətlə oxusunlar. Siz bu yazıdan sonrada eyni cür düşünürsünüzsə… məni bağışlayın bu bloq Sizlik deyil, bizim bloqu həyatdan narazı olan adamlar oxuya bilməz… ümumiyyətlə belə adamlarla işləmək belə mümkün deyil. Bu bloqu həyatda uğur qazanmış və öz gələcəyini biznesdə, marketinqdə dahada uğurlu edəcək şəxslər oxuyur.  Neqativ düşüncə ilə yaşayan adam bunu edə bilməz!

Dostlar pozitiv düşüncə biznesdə uğurun əsas elementlərindən biridir. Mən bu tezisi 3 fərqli yanaşma ilə təsdiq edəcəm.

№ 1. Pozitiv düşüncə – metofiziki yanaşma. İnsanlar uğurlu hadisələri zehnlərində saxladıqca, pozitiv enerjinin sayı artır və ya tam əksinə pozitiv enerji uğur gətirir. Əgər sən uğurlu deyilsənsə, sənin biznesində uğurlu olmayacaq (oxu işlədiyinin şirkətdə vəzifən). Uğur qazanmaq üçünsə inqilislərin məhşur sözü olmasın səndə “pozitive thinking”olmalıdır. Pozitiv düşümmək üçün bütün proseslər “MƏN edərəm, MƏN bacararam” kimi ifadələrdən başlayır və biz bilirik ki, “MƏN” uğurlu bir kəlmədir, çünki əgər insan “MƏN EDƏRƏM” deyə bilirsə deməli:

  • Bu insan liderdir, o məsuliyyəti öz üzərinə götürə bilir və komandanı arxasınca aparır;
  • Bu insan özünə inanır, bu isə uğura dahada yaxınlaşdırır;
  • Bu insan məsuliyyətlidir, çünki mən deyib hansısa prosesə aparmaq insanda məsuliyyəti artırır.

№ 2. Pozitiv düşüncə – rasional yanaşma. Alman tədqiqatçılarının menecment sahəsində apardığı araşdırmaya görə xoş əhvalla işləyən adamlar, narazı olanlarla müqayisədə gördüyü işi ən azı 2 dəfə daha effektiv yerinə yetirir. Məsələn bizim mağazalarda çalışan satıcıların içərisində ən çox satanlar məhz gülərüz xanımlardır. Neqativ düşünən insanlar nəyinki faydalı iş əmsalları aşağı olur, həmçinin müsbət aurada çalışan kollektivə “xəstəlik” salırlar. Pozitiv düşüncə investitsiya qoyuluşu prosesindədə sahibkarlara kömək edir, çünki pozitiv insanlar məsələlərə daha rasional yanaşa bilir və təhlil qabiliyyəti yuxarı olur. Sahibkarlıq əks etdirən felləri hərəkətə gətirmək üçün pozitiv düşüncə lazımdır.

№ 3. Pozitiv düşüncə – emosional yanaşma. Pozitiv düşüncəli adamlar öz nəzər nöqtərləri, həyata baxışları ilə ətrafa müsbət enerji verirlər. Bu həmin adamlar üçün əlavə emosional dəyər kimi qəbul edilir. Məsələn, Stiv Djobs gözəl prezentasiya etməsinin və hamının onu maraqla dinləməsinin əsas səbəblərindən biridə – pozitiv düşüncədir. Pozitiv düşüncə dinləyicilərə xoş emosiya bəxş edir. Bunu insanlar rasional prizmada hiss etməsələrdə, şuuraltı olaraq bu belədir…

Pozitiv düşüncənin antonimi xalq arasında “ağlamaq” deyilə bilər. Daim “ağlayan” adamlarda daim problemlər olur, məsələyə üzü açıq, şux baxanda isə vəziyyət müsbət istiqamətdə dəyişir. Bunu sınayın və bəhrəsini görəcəksiniz! Məsələlərə pozitiv istiqamətdə baxın və Sizi pozitiv hadisələr əhatə edəcək.

NEQATİV düşünənlər üçün – Marketoloq olmamağın yolları

Çox NEQATİV düşünənlər üçün – Biznesmen OLMAMAĞIN yolları

şərhlər

şərhlər

9 Comments

  1. boyuk herflerle ELA

  2. Salam. Kino acilmir. Zehmet olmasa kinonun adini deye bilersiniz ?

  3. pozitiv dusunce hayatiniza yaxsi olan duz olan her seyi cekir

  4. POZITIVLIKDEN OXU-OXU VIDEO ACILMADI, HA ISTEYIRSEN POZITIV BAXASAN ACILMAMAGINA

  5. İlkin müəllim, çox sadə və aydın şəkildə mövzunu izah etdiniz.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close