image_pdfimage_print

Görəsən rəqabət olmasa biznes olarmi?! Bəs görəsən rəqabət olmasa iPhad, Xerox, Pampers, E-klass və s. dünyada tanınmış məhsullar (brendlər) olar?! Məncə rəqabət olmasa biznesdə heç bir innovatsiya, heç bir yenilik olmaz. Bizə rəqabət lazımdır, lakin adlarını yuxarıda çəkdiyim brendlərin (subbrendlərin) yaranma tarixlərini daha dəqiq təhlil etdikdə bir başa rəqiblərinin olmadığı görürük. Mən bu yazıda rəqibləri arxada qoyaraq, onları unutmaq, lider olmağın yollarından danışacam.

Biz rəqibləri mehriban düşmən adlandırmağımız təsadüfi deyil, çünki biznesi inkişaf etdirmək üçün rəqiblər mütləq lazımdır. Lakin mən hesab edirəm ki, lider olmağın yolu rəqiblərə baxmaqdan deyil, sektorda yenilik gətirməkdən keçir. Bunun yolu isə çox sadədir. Biznesdə rəqiblərə deyil, müştərilərə baxmalıyıq. Başqa sözlə desək əgər Siz daim rəqibləriniz haqda düşünürsünüzsə – müştərilərinizi unudursuz, onlara önəm vermirsiniz. Tam əksinə müştəriləriniz haqda düşünürsünüzsə – rəqibləri unudursuz, çünki onlar mənasız olurlar! Müştəri yönümlü idarəetmə istənilən rəqabət mübarizəsindən daha effektlidir. Vacib deyil rəqib neçəyə satır, vacib deyil rəqib necə satır və hətta lazım deyil rəqib nə satır… vacib olan Sizin müştərilərinizin nəyi, necə almaq istədiyini bilməyinizdir. Dediklərimi bir neçə misalla “bərkidim”.

Misal 1. iPhad. Rəhmətlik Stiv Djobs iPhad-ın prezentasiyasında bu məhsulun yeni bir kateqoriya olduğunu bildirirdi.

Əslində iPhad bazara çıxışı ilə yeni kateqoriya yaratdı və burada rəqiblərdən irəlidə dayandı (təqdimatda 5-ci dəqiqədən fikir verin necə tərif edir). Prinsip çox sadə edi: Apple rəqiblərə baxıb daha ucuz və ya daha baha, özəl bir netbook bazara çıxara bilərdi. Bunların heç birini Stiv Djobs etmədi, bunun yerinə müştəriləri düşündü və… planşet erası başladı! Nəticə – Apple ən rentabelli bizneslərin başında dayanır və rəqiblərin aqibəti haqqında xəbəriniz var… (Stiv Djobsun təqdimat etmə qabiliyyətinə heyran olduğum üçün iPhad haqqında çox danışmayım)

Misal 2. Ford. Əslində bu misal “klassikaya” çevrilsədə fikrimizin izahı üçün məncə çox əlverişlidir. H. Ford öz rəqiblərinə baxıb eyni istehsal metodikasını və ya eyni menecment stilini təqib etsəydi, bügün avtomobil belkədə bu qədər geniş yayılmış bir nəqliyyat vasitəsi olmazdı. Lakin dahi biznesmen avtomobil istehsalının konveyir üsulu ilə apardığı gündən lider brend olmaqla yanaşı çox şey dəyişdi… Ford-un nümunəsi bizə bir daha göstərir ki, uğurlu strateqiya hər zaman müştərilərin başa düşülməsindən başlamalıdır – müştəri hər şeyin başlanğıc nöqtəsidir. (düzdür bugün Ford-un rəqibləri çoxdur, lakin sözü gedən dövrdə və sözü gedən strateqiya ilə brend avtomobil sənayesində inqilab etdi!)

Misal 3. Evroset (Евросет). Əminəm ki, çoxlarınız bu əfsanəvi rus pərakəndəçi brendini tanıyırsız. Əslində çox istədim bunun yerinə bir Azərbaycan brendindən nümünə verim… təəssüf ki tapa bilmədim, türk brendinq nümünəsi… yenə alınmadı məcbur oldum bizə ən yaxın ölkə olan Rusiya təcrübəsinə istinad edim. Evroset bazarda aktiv fəaliyyəti başladıqda çox sadə bir ehtiyyacı gördü və ilk dəfə olaraq bütün mobil ödənişləri öz mağazalarında pulsuz (xidmət haqqı almadan) etdi. Bunun Evroset sektorda yenilik gətirdi və 2008-ci ildə Avropanın ən dinamik inkişaf edən pərakəndə şəbəkəsi oldu. Evrosetdə Çiçvarkin bütün biznes fəaliyyətini müştərilərə baxaraq edirdi və bunun bəhrəsini rəqəmlərlə gördü.

Sizə çox sadə gəlir?! Bilirsiz dostlar əslində ən böyük qələbələr, çox sadə həqiqətlərin düzgün qəbul edilməsindən başlayır! Misal çəkim?!

Düşünürəm bu tezisin misalını digər yazılara saxlasam daha yaxşı olar… həm Siz misalları məndən çox çəkə bilərsiniz.

Paris brendinin “sirləri”

Güclü brend nədir?

şərhlər

şərhlər

2 Comments

  1. Ilkin m. teshekkurler. sizin dediyinizi chox sade heqiqetlerin duzgun qebul edilmesi-fikriyle raziyam. Bu movzuda "OBVIOUS ADAMS" bir reklamcinin reklam ishine bashlamasi ve muveffeq olmasindan behs eden hekaye de var… maraglidir…

  2. Düzdür İlkin bəy, sadə nüanslar böyük dəyişiklər yaradır..bu haqda Rafiq Hunaltay ilə müzakirəmiz oldu, siz önə keçib bunu işıqlandırdınız… Təşəkkürlər, diqqət çəkən mövzudur..

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close