image_pdfimage_print

Biz Azərbaycan bazarında ilk dəfə olaraq prinsipial yeni məhsul kolleksiyasının təqdimatını etdik! Mən həqiqətəndə bu konsepsiyanın (Star City) sehrli olduğuna inanıram, bilirsiz niyə?!

Birinci bu konsept bizim şirkətin biznes tarixində ən uzun bazara girmə müddəti olan bir konsept olsada (biz iki ildir buna hazırlıq edirik!!!) , satışların həcminə görə müştərilər tərəfindən ən tez rəğbət görən məhsullardan oldu. Təsəvvür edin, bügün Embawood-a Star City kolleksiyasından almaq üçün sözün həqiqi mənasında “növbə” var. Əlbətdə növbənin olması müştəri məmnuniyyətsizliyi kimi görünsədə, əslində biznes nöqtəyi nəzərdən bu əladır!!! Özünüz baxın… bu modelləri necə bəyənməmək olar?!

İkincisi Star City kolleksiyası bizim şirkətdə bügünə qədər olan ən çox milliyətli layihədir. Bu layihədə Alman keyfiyyət ekspertləri, türk dizaynerlər və reklamcılar, italiyan təhcizatçılar, rus və ukrayın konsultantlar və ən əsası Azərbaycanlı menecment iştirak etmişdir. Bəli-bəli Azərbaycanlı menecment!!!

Üçüncüsü bu konseptdə biz 360 dərəcə marketinq alətlərindən istifadə etmişik: KİV-ə görüş, kinoteatrlarda reklam, küçə reklamı, mağaza daxili reklam, TV, sosial şəbəkələdə xüsusi oyun və s. Biz inanırıq ki, bizim şirkətdə əsas problem marketinqdədir (oxu kommunikasiyadır) və məhsulumuzun üstünlüklərini axır ki istehlakçılara tam çatdıra biləcəyik!

Dördüncüsu bizim Star City konsepti ilk dəfə ulduz iştirakı ilə çəkilib və mən inanıram ki, bu ulduz bizim 5 ulduzlu konseptimizə çox yaraşır! Reklamına baxın.

Beşincisi bu konseptdən istifadə edilən xammal… bilirsiz mən sıralamaqdan bir-az yoruldum, amma Sizə səmimi deyim bu konsept həqiqətəndə şəhərin yeni ulduzu olacaq!

EMBAWOOD -a 5 il və ya MƏN NƏYİ ÖYRƏNDİM?

EMBAWOOD UĞUR 3 BUCAĞI

şərhlər

şərhlər

1 Comment

  1. Esl marketinq direktor yazisidir:-)

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close