image_pdfimage_print

Əziz oxucu cəmiyyətin inkişafında sahibkarlığın rolu çox böyükdür. Adam Smitin Sizədə məlum olan “Görünməz Əl” nəzəriyyəsini əlbətdə xatırlayırsınız. Bügün sahibkarlıq fəaliyyəti, bizneslə məşğul olan kəs sadəcə öz mənafeyini güdmür, sahibkar özünü düşünərək, özünündə xəbəri olmadan cəmiyyətin maraqlarına xidmət etmiş olur. Bu yazıda mən sahibkarların fəaliyyətlərini xarakterizə edən QIZIL fellərdən danışacam.

Həcmindən asılı olmayaraq, sahibkarlıq cəmiyyətin inkişaf motorudur və bu moturu hərəkət gətirənlər sahibkarlardır! Elə bir dövlət, cəmiyyət və digər quruluş yoxdur ki, onun özəyində biznes məntiqi dayanmasın. Sahibkarı digər adi insanlardan fərqləndirən fellərdən danışmazdan əvvəl qeyd etmək vacibdir ki, Azərbaycanda hələdə bu fəaliyyətə barmaq arası baxanlar var. Əlbətdə bu müvəqqəti bir şeydir və tezliklə hər bir insan əmin olacaq ki, ölkəmizin inkişafı üçün sağlam biznes mütləqdir!

Mənim təcrübəmdə gördüyün uğurlu sahibkarların hərəkətlərində mütləq şəkildə aşağıdakı fellər vardır:

  • Dəyişmək. Sahibkar öz fəaliyyətində daim dəyişməyə çalışmalıdır. İnkişaf etmək üçün dəyişmək lazımdır. Dəyişmək və ya dəyişdirmək müasir bizneslərin əsasını təşkil edir. Bəzən son dərəcə uğursuz görünən bir biznesdə “xırda” dəyişiklik etməklə böyük uğurlar qazanmaq olur.
  • Yaratmaq. Əslində bu birinci yerdə olmalı edi, sadəcə bügün ki yaradılan bizneslərin əsasında dəyişmək, adaptasiya etmək və ya daha düzgün desək bençmarkinq durur deyə mən yaratmağı ikinci yerə qoydum. Sahibkarlar yenilik, fikirlər, məhsullar, xidmətlər və ən əsası cəmiyyəti dəyişən trendlər yaradırlar!
  • Çalışmaq. Əziz oxucu bəlkə bunu daha əvvəl qeyd etməli edim, lakin indi söhbət düşmüşkən deyim: “İnsan həyatında hər şeyə nail ola bilər, sadəcə bunu istəmək və çalışmaq lazımdır. Heç kim doğulduqda biznesmen, sahibkar, milyonçu olmur, sadəcə öz üzərində çalışan adamlar buna nail olur!” Bu mənim fikirlərimdir və həyatda daim bu prinsipləri əsas tuturam… söhbətdən bir-az yayındıqsa, bağışlayın. Beləliklə çalışmaq sahibkarı xarakterizə edən əsas feyllərdəndir. Mən marketinqi bilməyən sahibkar tanıyıram, mən maliyyəni bilməyənləri, məhsulu tanımayanları, işçiləri duzgün idarəedə bilməyənləri tanıyıram, lakin mən çalışmağı sevməyən sahibkar tanımıram!
  • Həzz almaq. Bu sonuncu olsada əhəmiyyətcə heçdə sonuncu deyil. Uğurlu sahibkarları fərqləndirən əsas feyllərdən biridə gördükləri işlərdən həzz ala bilmələridir. Mən elə bir sahibkar tanımıram ki, istehsal etdiyi, təklif etdiyi məhsul və ya xidmətdən həzz almasın, onu sevməsin. Ümumiyyətlə sevmədiyiniz işi görmək uğursuzluğun birinci səbəbidir – bizim bloqu uğursuz adam oxuya bilməz! Əgər sevmədiyiniz işi görürsünüzsə təcili sahəni (işi) dəyişin!

Bütün sahibkarlar iş fəaliyyətində yuxarıda sadaladığım bu 4 hərəkət növündən istifadə edirlər və bu feylləri mən “QIZIL” adlandırıram, çünki bu fellərsiz uğurlu biznes qurmaq mümkün deyil.

Əlbətdə bügün Azərbaycan sahibkarlıq fəaliyyəti aparmaq üçün ən uğurlu ölkələrin siyahısında deyil… mən bir-az yumşaq yazdım?! Yaxşı belə deyək, Azərbaycanda sahibkar olmaq çətindir, lakin unutmayın çətin işi görmək nəticəyə çatmaq üçün əlavə stimul yaradır – bu əladır!

Təkrar edirəm sahibkar cəmiyyəti inkişafa aparan əsas qrupdur və bu qrupun daha düzgün (güclü) fəaliyyəti üçün sərbəstlik lazımdır (Adam Smit nəzəriyyəsinə yenə qayıdırıq?!). Cəmiyyətin sərbəstlik dərəcəsi sahibkarlığın inkişafına düz mütənasibdir. Bunun təsdiqi kimi, bu yaxında rastlaşdığım statistikanı Sizlərə deyim, son 10 ildə uğurlu yeni bizneslərin 50-ən, 48-i Amerikada olmuşdur!

Sahibkar olmaq istəməyən adamlar haqqında mən burada satirik formada yazdığım üçün bir daha toxunmaq istəmirəm, lakin bir şeyi əlavə edə bilərəm ki tənbəllik sahibkarlıq sözünün antonimidir. Əlindəkiləri bərk-bərk saxlamaq, statik olmaq, yeniliyə müxalif olmaq… təbii ki belə düşünən adamlardan biznesmen olmayacaq!

Əziz oxucu bizim bloqu oxuyan adamların içərisində çox saylı sahibkarlar vardır, əgər Siz bu kateqoriyaya aidsinizsə mən Sizə çox sağ ol, əgər hələdə sahibkar deyilsinizsə təcili öz yeni biznesiniz barədə düşünməyə deyirəm!

Sonda bir “anons” deyim, gələcək yazılarda muasir biznesin əsas tendensiyası olan outsorsinqdən yazacam, maraqlıdırsa paylaşın!

UĞURLU BİZNESİN 3 SİRRİ

UĞURLU REKLAM NƏDƏN ASILIDIR?

şərhlər

şərhlər

1 Comment

  1. Bravoo , memuniyyetle izleyecem.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close