image_pdfimage_print

Keçən yazıda biz Sizinlə dörd yazılmayan biznes qaydası barədə danışmışdıq. Bu yazı keçən yazımızın məntiqi davamı olaraq Azərbaycan şəraitində daha aktual hesab etdiyimiz mövzular haqda olacaqdır.

Bügün bəzi yerli sahibkarlar xərclərin azaldılmasının üzərində xeyli aksent edirlər, bu zaman biznesin əsas yaradıcı səbəbi olan mənfəəti artırmaq düşüncəsi yaddan çıxır. Uğurlu biznes 3 vacib elementin birləşdiyi halda olur: bazar, məhsul, resurs və yalnız bu elementlərin uğurlu kombinasiyasını quran sahibkar biznesdə uzunmüddətli mənfəət əldə edə bilir. Xərclərdən danışmışkən birinci yazılmayan qaydamızı elə bu mövzudan başlayaq…

Qayda № 1. İşçilərinizin iş şəraitində qənayət etməyin. Mən dünyanın bir çox böyük şirkətinin mərkəzi ofisində ixtisas artırma kurslarında olmuşam, məsələn Siemens, Google (YouTube), Trumf, BASF və s. Əziz oxucu, bu şirkətlərdə işçilərin iş şəraitinə baxdıqda mən niyə məhz bu adamların lider olduğunu hiss etdim. İşçilərin qidalanması prosesinin məsuldarlığın artımında təsiri, bizim düşündüyümüzdən daha çoxdur.

Hamı üçün qəbul edilmiş bir prinsip var ki, şirkətin dövriyyəsi artdıqca xərclərə nəzarət daha güclənir (yəni dövriyyəsi milyardlar olan şirkətlərdə 1 dolların səmərəli xərclənməsinə nəzarət Azərbaycan şirkətlərindən daha çoxdur). Bəs Sizcə necə olur ki, Trumf kimi konservativ alman ailə şirkəti bir işçisinin yalnız yeməyinə gün ərzində 30 Evro pul xərcləyir?! Təsəvvür edirsiz, bu nə deməkdir. Bu pulu həftəyə, aya, ilə vuranda nə demək olduğunu düşünün (düşünək). Bəs Google?! Mən bu şirkətin ofisində olan şəraiti görəndə sözün həqiqi mənasında şoka düşmüşdüm. Məntiq çox sadədir – işçinin iş şəraitinin bir manatlıq yaxşılaşdırılmasının şirkətə verdiyi fayda daha böyükdür. İnanın mənə əgər bu belə olmasayda konservativ almanlar bu xərcə getməzdi. Müştərinizə, işçinizə bir sözlə yaxşı işləməsini istədiyiniz heç kimə qarşı, iş şəraitinin yaxşılaşdırılması üçün qənayət etməyin!

Qayda № 2. Rəqibləri heç vaxt zəif görməyin.  1998-ci ildə İstanbulda şahmat olimpiyadasında iştirak edirdim. 8 oyundan 6,5 xalım var edi. Yarış isveç sistemi ilə keçirilirdi və sonuncu turda rus şahmatçı ilə oynamalı edim. Rəqibin reytinqi məndən 200 vahid daha çox edi. Xalı isə 7 edi, yəni mənimlə heç-heçə etsəydi belə birinci yeri qarantiləmiş olacaqdı. Mənə yalnız qələbə lazım edi. Həmən günü səhərə qədər rəqibimə oyun hazırladım, sözün düzü rəqibdən çox qorxurdum… və udmağa inamım az edi. Oyun başladı… rəqibim oyuna 15 dəqiqə daha gec gəlmişdi… əlbətdə o məni zəif oyunçu hesab edirdi. Əziz oxucu, 20 gedişdən sonra rus şahmatçının vəziyyəti “yumşaq” desək pis edi, lakin mən rəqibimi yüksək qiymətləndirdiyimdən oyun boyu taxtadan ayağa qalxmadım… nəticədə olimpiyada ən asand qalibiyyətim oldu və mən gənclər arasında uşaq şahmat olimpiyadasında qızıl medal qazandım. Sizcə mən özümdən daha güclü bir şahmatçını belə asand necə uddum?! Cavab çox sadədir, mənim rəqibim məni zəif oyunçu hesab edirdi və mənimlə oyuna hazırlaşmamışdı. Əziz oxucu, heç vaxt istər həyatda, istərsədə biznesdə kimisə özünüzdən zəif görməyin!

Qayda № 3. Məxfilik və bir daha məxfilik. Düşündüyünüz planı, ideyanı və ya hansısa bir yeniliyi tam hazır olmamış üzə çıxarmayın. Son illərdə Azərbaycanımızda aparılan ən uğurlu diplomatik əməliyyata bir daha nəzər yetirin, Ramil azadlığa buraxılması… bütün proses tam məxfi həyata keçirildi. Bir anlığına düşünün bu əməliyyat səs-küylü olsaydı nə olardı?! Mən əsgərlikdə kəşfiyyatçı olaraq xidmət etmişəm və bizə keçilən bütün dərslərdən bir şey dəqiq yadımda qalıb… məxfilik istənilən əməliyyatın uğurlu keçməsinin birinci şərtlərindəndir. Heç vaxt tam hazır olmayan məsələ barədə məlumat verməyin!

Qayda № 4. Düşməni dosta çevirmək. Mən bir çox uğurlu biznesmen tanıyıram ki, son dərəcə çətin və problemli vəziyyətdə düşmən olan adamı “aykido” fəndi gücündən-güc olaraq öz hədəflərinə çatmaq üçün istifadə edir. Dostla düşmən olmaq çox asanddır, əsil iş düşməni dosta çevirməkdir! Biznesdə biz çox saylı ko-brendinq layihələri və ya iki “əbədi” rəqibin eyni məqsədlərlə birləşdiyini görmüşük bu adını çəkdiyim metodla mümkündür.

Bu həqiqətlərin üzərində bügün ki, Azərbaycan biznesi qurulub. Məncə düşünməyə dəyər…

Uğurlu biznesin 6 QANUNU

Marketinq kreativləşir!

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close