image_pdfimage_print

Bəzən müxtəlif adamlarla söhbət etdiyim zaman belə sözlər eşidirəm: “Azərbaycanda biznes qurmaq çox çətindir, dövlət dəstək vermir və s.” – mən belə fikirləri heç başa düşmürəm. Keçən yazılarda mən Sizinlə ömründə 10 kv.metr yerdə satış etməyən adamların ticarət mərkəzi tikmə xəyalları barədə söhbət etmişdim. Əlbətdə, bu mümkün deyil. Bu dəfə mən başqa tip – daim nədənsə narazılardan danışacam. Görəsən dəstək deyildiyi zaman nə başa düşülür?!

Əlbətdə dövlət biznesi dəstəkləməlidir, əlbətdə ölkədə düzgün qanunvericilik aktları olmalıdır və əlbətdə ki biznes inkişaf etməlidir. Lakin hesab edirəm uğurlu biznes qurmaq üçün hansısa xarici mühit faktorlarının təsiri deyil, bacarıq, bilik, fərasət və biznes düşüncəsi lazımdır. Fikirlərimi Sizlərə əsaslandıracam.

İlk öncə qeyd edim ki, bu yazıda biznes deyildiyi zaman biz kiçik və orta səviyyəli təsərrüfat fəaliyyətindən söhbət açacağıq… böyük işlərdən bu yazıda danışmırıq.

Azərbaycanda biznes mühitinin yaxşı olmadığını iddia edənlər adətən aşağıdakı arqumentləri gətirirlər:

  • Kredit almaq mümkün deyil, faizlər çox bahadır;
  • Arenda və ya bina tapmaq lazımdır, bu çox bahadır;
  • Vergi bizi işləməyə qoymayacaq;
  • Ölkədə monopoliya var.

Gəlin bu mülahizələri bir-bir nəzərdən keçirək.

  1. Kredit almaq mümkün deyil – faizlər bahadır. Həqiqətəndə bügün Azərbaycanda olan kredit faizləri digər, Avropa ölkələri ilə müqayisədə çox-çox bahadır. Bunun səbəbi kimi, inkişaf etmiş ölkələrdə kredit risklərinin aşağı olması, insanların (şirkətlərin) biznes tarixcəsi, bankların daha ucuz qiymətə maliyyə resursları cəlb edə bilmələrini göstərmək olar. Lakin əsas səbəb bu deyil! İstənilən prosesdə özünə məxsus bir qanunauyğunluq mövcuddur. Mən Avropalı iş adamları ilə görüşlərdə olduğum zaman, bir şey diqqətimi çəkir, əgər Avropada hansısa bir biznes açmaq üçün qoyulan investitsiyasının geriyə qayıtma dövrü sektorlara görə 6-10 il olaraq dəyişirsə, Azərbaycanda bu rəqəm 6 aydan – 2 ilə qədərdir. İkinci fakt, əgər Avropada biznes zərərsizlik nöqtəsinə işə başladıqdan bir il sonra gəlirsə, bizdə bu adətən 2-ci aydan başlayır!!! Mən əminəm ki, şəxsi bizneslə məşğul olan dostlarımız bu rəqəmləri təsdiqləyər. Təbii ki, burada söhbət düşünülmüş və sistemli idarə edilən bizneslərdən gedir. Sadaladığım amilləri ölkədə kredit qiymətinin baha olmasının məntiqi səbəbidir (mən ədalətli demədim).
  2. Arendalar bahadır. Dostlar bahadır dediyiniz zaman nə ilə müqayisə edirsiniz? Avropa ilə?! Əlbətdə Avropada binanın arendaya götürülməsi proseduru tamamiylə fərqlidir. Məsələn Almaniyada hansısa bir ticərət obyekti üçün icarə müqaviləsi bağlanırsa, şərtlər yüzdə-yüz gözlənilir. Arendaya götürən binanı uzunmüddətli icarəyə götürür və bir-başa olaraq 1-2 il dəyərini ödəyir… bununla iş başlayır. Mən Sizə deyim, Almaniyada hansısa binanın icarəyə götürülmə proseduru Azərbaycanla müqayisədə daha çətin və burokratikdir. Qiymətlə müqayisədə bügün Bakıda arenda qiymətləri Tbilisi, Almata, Astana, Düşənbə, Kiev və s. şəhərlərdən (Moskvadan özüm heç danışmıram) daha ucuzdur. Ümumiyyətlə bu adlarını çəkdiyim şəhərlərdə normal səviyyəli ticarət binası tapmaq mümkün deyil… dostlar xarici bazarlarda mütəmadi çalışan biri kimi Sizə deyirəm, Bakımıza şükür… reqionlarda vəziyyət daha sadə və yaxşıdır (münbitdir)!
  3. Vergi bahadır, bizi işləməyə qoymur. Çox maraqlıdır hansı vergilərdən söhbət gedir və ya hansı ölkə ilə müqayisədə vergi dərəcələri çoxdur?! Əlbətdə Azərbaycan vergi sistemində islahatlara ehtiyyac var, əlbətdə bizdə vergi daha yaxşı ola bilər, lakin dostlar məgər bu biznes qurmaq üçün maniyədirmi?! Əsla! Avropa vergi sistemi ilə müqayisə etmək istəmirəm… bilirsiniz bügün Avropada vergi siyasəti “cəllad” funskiyasını daşıyır. İstər biznes üçün, istərsədə işə müzd çalışan əməkdaş üçün Avropa vergi sistemi çox böyük vergi dərəcələri tətbiq edir.
  4. Ölkədə monopoliya var. Dostlar axı Siz niyə ölkədə olan boş bazarları, ölkədə olan xidmət sektorundakı boşluqları, internet star up-ın nə qədər az olduğuna deyil, hansısa məmurun qurduğu monopoliya sisteminə baxırsız?! Dolu və boş istəkənlardan danışmışdıq… bügün Azərbaycan biznesdə böyük imkanlar, böyük potensiallar vardır. Ətrafınıza baxın… məgər Siz birdən-birə böyük 100 mln. dövriyyəsi olan bir biznes qurmaq istəyirsiz?! Birdən-birə bu mümkün deyil… Siz xırda biznes qurun, böyük biznesdə işləməyə hazır olanda hər şey daha yaxşı olacaq!

Sual: Ölkədə kiçik və orta biznesin inkişafı üçün nə lazımdır?! Cavab: Biznesi başa düşən sahibkarlar və biznes ideya! Əlbətdə bu istiqamətdə istər dövlət, istərsədə fərdlər çox işləməlidir.

Mən hesab edirəm ki, Azərbaycanda biznesin inkişafı üçün makro səviyyədə görüləcək bütün işlərin başında maarifləndirmə durur. Çünki biznes qurmaq istəyənlərin bilməsi və başa düşməsi vacib olan məsələlər var.

Gələcək biznesmen bilməlidir:

  • Marketinqin təşkili prosesini. Çünki istənilən biznesdə marketinq düşüncəsi lazımdır. Burada söhbət tək reklamdan getmir (əlbətdə buda vacibdir), söhbət biznesin təşkilində müştərinin düzgün öyrənilməsindən məhsulu ehtiyyaca görə yaratmaqdan gedir.
  • Maliyyənin idarəedilməsi və hesabatçılıq prosesini. Biznesi yaradan marketinq olsada, saxlayan maliyyə olur. Bu baxımdan sahibkarlar pullarını düzgün saya bilməlidirlər. Hara, nə qədər, nə vaxt pul qoymaq belə ciddi bacarıq tələb edir.
  • Rəhbərlik, menecerlik qabiliyyətini. Düzgün idarəetmə biznesdə çox vacibdir. Rəhbərlik həmdə işçiləri məmnun etməkdir, axı bizdə yalnız xarici müştəri deyil, həmçinin daxili müştəridə məmnun olmalıdır, bu haqda burada danışmışıq. Bu baxımdan bunu özü belə bir elmdir və bunu öyrənmək lazımdır.

Gələcək biznesmen başa düşməlidir:

  • Filankəsin etdiyini etməklə uğur qazanmaq olmaz; Muasir biznesdə mütləq sərbəst nişaları tutmaq lazımdır, hamının düşündüyünü düşünsən, hamının etdiyini etsən artıq uğurlu biznes qurmaq mümkün deyil. Biznes yenilik tələb edir!
  • Rəqabətsiz bazarda işləmək lazımdır; Bazarda rəqabətdən kənarlaşmaq, ayrılmaq lazımdır. Əlbətdə bunun üçün mütləq sizə özəl xüsusiyyətlər, marketinq dilində desək rəqabətüstünlüyünüz olmalıdır. Bunu siz bençmarkinqdə edə bilərsiz
  • Azərbaycan bazarı inkişaf edir. Azərbaycan bügün normal qurulmuş biznes, düzgün idarəetməli ilə gələcəkdə dahada rentabelli olacaq, çünki bazar inkişafdadır.

Hesab edirəm ki, bügün Azərbaycan kiçik biznes üçün imkanlar var və… bu haqda düşünməyə dəyər!

Biznes Həqiqəti

Sahibkar nə fikirləşir?!

şərhlər

şərhlər

9 Comments

  1. Konkret desek Sizce hansi sahelerde biznes acmag olar Azer-da? Yeni biznes hemese cox riskli olur mence.

  2. Bele yazilar meni biznese motive edir:-):-) tesekkurler Ilkin muellim

  3. Avropaya baxanda Azerbaycana min sukur.

  4. Bu cur informativ yazi ucun teshekkur edirem. Men uzun illerdir xaricde ishleyirem, demek olar zamanimin cox hissesi vetende kenarda kecir, Azerbaycana yalniz qisa muddetli mezuniyyete gelirem ki, bu muddetde de hansisa bir biznes sahesi barede real melumat toplaya bilmirem. Sorusha bildiyim tanish-bilishlerden olur ki, onlar da hamisi bir agizdan nebade bura donesen, seni burada yeyib bitirerler deyirler :))
    Menim ise planim mueyyen bir kapital toplanishindan sonra vetene donmek ve oz kicik biznesimi qurmaq, hetta deye bilerem ki, artiq buna haziram. Menim ucun sizin fikriniz maraqlidir, orada hansi sahelere sermaye yatirmaq daha mentiqeuygundur? Umumiyyetle buna deyermi?

    Hormetle

  5. Bashlangic kapital 45-50.000 usd

  6. Menim fikrimce diger olkelerde icarenin baha olmasinin sebebi orada aliciliq qabiliyetinin yuksek olmasidir.Meselen seherde bir obyektin icare haqqi seheretrafindaki obyektden cox olmasidir

  7. Biznes Acmaq ucun fikrim 50/50 idi indi 100% oldu teshekurler (Y)

  8. WillyAndersonLoanFirm@yahoo.com - Reply

    Hello Siz təcili kredit ehtiyacı var? Siz maliyyə yardımılazımdır? Siz ödəmək və ya bir ev almaq üçün kredit lazımdır? Siz biznes kredit sahibi istəyirsiniz? Heç bir daha narahat …. Bu kredit proqram iki ay-20years ərzində hər il
    kimi aşağı 2%, aşağı faiz dərəcələri zövq verir.
    (WillyAndersonLoanFirm@yahoo.com (və ya)
    Willyandersonloanfirm@gmail.com) … bir franchise biznes alınması … business genişləndirilməsi, alınması, ticarət icrası və şəxsi kredit başlamaq bizə bu gün ziyarət, sizin ehtiyacları ola bilər harada sizin narahatlıq üzərində.

    Bizimlə əlaqə bu gün (Willyandersonloanfirm@gmail.com və
    WillyAndersonLoanFirm@yahoo.com)

    SİZİN FULL DETAILES:

    Tam adları:
    Ölkə:
    Dövlət:
    Ünvan:
    Cinsiniz:
    Peşə,
    sənət:
    məbləği Tələb:
    Kreditin məqsədi:
    Kredit Duration:
    Telefon:
    Tel:

  9. Bezi hallarda esiditik ki niye basga olkelere nisbeten meselen Azerbaycandan gat-gat cox Gurcustana sermaya goyurlar. Azerbaycanda gocular var ve o gocular is adamlarinin Azerbaycana goydugu sermayeni menimseyirler grubu desek elinden alirlar. Bu gocularin elbettde hevedarlari da var bezi hallarda bu hevedarlar hetta ozleri goculug edirler. Indi deyin men niye Azerbaycana oz hallal pulumu goymaliyam? Sonra onu menim elimden alsinlar o gocular, o gocularin mennen serikli mali, dovleti belke var?

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close