Monthly Archives Oktyabr 2012

Bu yaxında dost şirkətlərin birində maraqlı hadisə ilə rastlaşdım. Şirkət sahibi marketinqdən narazı olduğunu və məndən bir resept təklif etməyimi xahiş edirdi (mən hələ marketinqdən razı şirkət sahibi görməmişəm). Biznes haqqında ilkin məlumat əldə etdikdən sonra marketinq funksiyalarının kimin tərəfindən həyata keçirildiyini soruşdum, cavab çox sadə idi: “Biz marketinqi aotsorsinq etmək istəyirik, buna görə marketoloq götürmək istəmirik”. Dostlar Sizcə marketinqin autsorsinqi ola bilərmi və ya autsorsinq necə ola bilər?! Mən bu yazıda bu barədə öz fikirlərimi Sizlərlə bölüşəcəm.

Bugün Marketing AİR təlimlərində iştirakçılara söz verilmişdi… bir sözlə dərsdə 7 müstəqil brend yaratma nümünəsi ilə tanış olduq. Dostlar açıq deyim, bir çox şirkətlər arzu edərdiki onların işçiləri bu qədər işə həvəsli olsun, Marketing AİR tələbələri məni təəcübləndirməkdə davam edir. Həqiqətəndə çox maraqlə brendlər təklif edilirdi. Dərs zamanı bir çox mövzulara toxunsaqda bir istiqamət haqqında Sizinlə söhbət etmək istəyirəm.

Son vaxtlar çox maraqlı bir tendensiya ilə rastlaşmışam: mənim iş qrafikim həftədə 5 gündür və bayram günləri hamı kimi işə çıxmıram, lakin 6 və bazar günləri mənim işlərim adi iş günləri ilə müqayisədə daha çox olur. Bununla belə Bayram günlərinin mənim üçün ən yaxşı tərəfi odur ki, bü günlərdə tez-tez görüşə bilmədiyim dostlarla görüşə bilirəm. Bügündə bir neçə yaxın dostla görüşümüz oldu və bu görüşlərin birində biznesdə, marketinqdə ədalətlilik prinsipinin nə qədər vacib olduğu barədə söhbət etdik (hardan bu söhbət düşdü?!).

Biz Sizinlə 21-ci əsrin brendlər əsri olduğunu demişdik. Təbii ki, bu prizmada brend menecerlər ən vacib işçilərin başında dayanır. Azərbaycan şirkətlərində hələlik bu vəzifənin tam gücünü hiss etməsələrdə xarici təcrübə göstərir ki, brend menecer – biznesin əsas gəlir mənbəyini idarəedir! Mən bu yazıda brend menecerin şirkətə ilk gəldiyi vaxtlarda görməsi vacib olduğunu şeyləri sıralayacam.

Son vaxtlar yaşlı nəslin nümayəndələri söhbət etdiyim zaman hiss edirəm ki, sahibkarlıq, biznes fəaliyyəti bu adamlar üçün – düşmən sözünün sinoniminə çevrilib. Mən bu yazıda bir daha sahibkarlığın cəmiyyətin inkişafı üçün təkan verici güvvə olduğu barədə fikirlərimi yazacam.

Bügündən etibarən yazıb bütün bloq oxucuları qarşısında söz verirəm: “Mən tezliklə Marketinqə aid kitab çıxaracam!”. Təbii ki, marketinq məfhumu o qədər geniş və çox mənalıdır ki, marketinqdən kitab yazacam sözündən sonra biz düşünməliyik: “Hansı marketinqdən KİTAB YAZACAM?!”.

Mən Azərbaycanda marketinqin ən güclü istifadə olunduğu sektor kimi əlbəttə ki, telekommunukasiyanı görürəm. Əminəm ki, marketoloq dostlarımız mənimlə bu barədə razılaşar (sağ olun ki, razısınız!). Buna baxmayaraq hərdən bu mobil operatorlar elə hərəkətlər edir ki… yumşaq desək bu edilənlərə bir anlam verə bilmirəm. Bunlardan ən birincisi və ən təzəsi bügünlərdə hamımızın dəfələrlə gördüyü “Ulduzlar Liqasıdır!”

Bəzən çox maraqlı bir halla rastlaşıram: kimsə hansısa mövzu haqqında çox dolğun informasiya verir (dolğun heçdə doğru demək deyil) və ilk baxışda elə bir təsəvvür yaranır ki, bu işi edə biləcək bir nefər varsa bu elə bu adamdır!

Keçən yazılarımızda strateji planlama dövrünün bitdiyini demişdik, təbii ki bu fikir heç bir şəkildə plansız fəaliyyət göstərmək mümkün olduğunun mənasına gəlmir. Bəzən gündəlik iş həyatında şirkətlərin qoyduqları hədəflərin tez-tez dəyişdiyinin şahidi oluruq. Bunun obyektiv səbəbi əlbətdəki biznes mühitinin qeyri-stabil olması olsada, subyektiv səbəb sahibkarın və ya menecerlərin zəif iradəsidir. İnsanlar hansısa əks təsirli rastlaşdığı zaman ən sadə üsul kimi yolun dəyişməsini seçirlər, lakin biznesdə bu daha təhlükəlidir.  Menecer turbalent zonada olmaqla, katastrof arasında olan fərqi düzgün şəkildə qəbul etməlidir. Dediklərimi izah etməyə çalışım.

Çox zaman dostlarla Facebook-a lüks brendlərin kommunikasiyası barədə söhbət edirik (Facebook fəsədları barədə buradan oxuyun). Mən hesab edirəm ki, lüks brendlər (premium brendlər) mütləq facebook-a olmalıdır. Bunun ən sadə və göstərişli nümunəsi isə Ferrari brendinin facebook səhfəsidir. Fikirlərimi izah etməyə çalışım.

Close