image_pdfimage_print

Son vaxtlar çox maraqlı bir tendensiya ilə rastlaşmışam: mənim iş qrafikim həftədə 5 gündür və bayram günləri hamı kimi işə çıxmıram, lakin 6 və bazar günləri mənim işlərim adi iş günləri ilə müqayisədə daha çox olur. Bununla belə Bayram günlərinin mənim üçün ən yaxşı tərəfi odur ki, bü günlərdə tez-tez görüşə bilmədiyim dostlarla görüşə bilirəm. Bügündə bir neçə yaxın dostla görüşümüz oldu və bu görüşlərin birində biznesdə, marketinqdə ədalətlilik prinsipinin nə qədər vacib olduğu barədə söhbət etdik (hardan bu söhbət düşdü?!).

Dostlar Sizə tam səmimi şəkildə deyim, istənilən prosesdə ədalətlilik birinci prinsip olmalıdır. Ola bilsin ki, kimlərsə kiminsə haqqını tapdalayaraq qısa müddətli bir gəlir əldə edir… lakin inanın mənə bu işlərin sonu, axırı yoxdur, olada bilməz. İstənilən proses istərsə bu iri marketing kampaniyası olsun, istərsə hansısa bir lokal səviyyəli reklam, istərsə böyük biznes holdinq istərsədə starp up səviyyəli kiçik bir biznes, ədalət olmayan yerdə uğur ola bilməz! Dediklərim barədə biznes təcrübəsində bir neçə misal çəkim.

Birinci misal. Bir yaxın marketoloq dostlarımızın dediklərinə görə, tanınmış Azərbaycan brendi (adını burada çəkmək istəmirəm) üçün satışın stimullaşdırılması kampaniyası hazırlanır. Kampaniya üçün marketoloqun istədiyi səviyyəli endirim vermək mümkün olmadığına görə, marketoloq reklam çəkilişində “düşünülmüş” bir endirim siyasəti qurur. Digər sözlə desək müştərilərə həqiqi endirim deyil, daha əvvəl edilmiş bir endirimi yeni endirim kimi qələmə verilir (irəli gedərək Sizdən xahişim – belə şeylər etməyin!!!). Media planlamada hədəf kütləni nəzərə alaraq hər şeyi düzgün etmək üçün hazırlanır və kampaniya başlanır… Dostlar müştərilərin mağazaya axını düşünülən rəqəmlərdən 2 dəfə daha çox olur, yəni müştəri mesajı eşidir… lakin satış rəqəmləri bizi tam “şoka” salır. Kampaniya olan ay, mağazaya girən müştəri sayı ilə alan müştəri sayı arasında böyük bir üçürüm meydana gəlir. Əgər normal hallarda mağazanın alış indeksi 2/1 edisə, kampaniya zamanı 5/1-ə qədər qalxır!!! Yəni əgər əvvəllər mağaza girən hər iki nəfərin biri alırdısa, kampaniya zamanı hər beş nəfərdən biri alır (dəhşət). Bu ay şirkətin tarixində ən uğursuz kampaniya olur!

Nəticə: Müştərilər reklamı eşidib mağazalara gəlsələrdə, əslində mağaza imici xeyli aşağa düşdü. Çünki kampaniya ədələtsizlik üzərində qurulmuşdu və təbii bunu gizlətmək mümkün deyildi! Belə addımlar qısa müddətli dövrdə uğur qazandırsa belə uzunmüddətli dövrdə ciddi problemə çevrilər.

İkinci misal. Çalışdığım şirkətdə bir kampaniya etməyi planlayırdıq. İş prosesi bügünə kimi, şirkətdə edilməyən bir kampaniyanın hazırlanması edi, vaxtımız demək olar ki yox edi (tipik inkişaf edən şirkətdə, marketinq səhnəsi – işləyənlər bilir…). Vaxtın az olması bir yana düzgün və sistemli şəkildə kampaniyanın keçirilməsi üçün çox saylı instansiyalarla görüşmək lazım edi (distribyutorlar, dilerlər, qiymətli kağızla komitəsi, hədiyyə almaq üçün müxtəlif şirkətlər, TV kanallardan canlı yayım üçün icazələr, mobil operatorlar, reklam çəkilişi və s.). Bütün bunlara baxmayaraq komanda ilə işə inanırdıq və uğurlu olacağımızda şübhəmiz yox edi. Biz kampaniyanın həyata keçirilməsində ola biləcək bütün əyri yolları kəsdik, məsələn biz ilk dəfə olaraq Azercell-ən 4 rəqəmli nömrə aldıq və bu nömrəni SMS-ə bağlayaraq kampaniyada aldatma hallarını minimuma endirdik. Dostlar Sizə səmimi deyirəm mən bügünə qədər o qədər uğurlu kampaniya etdiyimizə görə komandamıza minnətdaram. Bu kampaniya ilə biz şirkətin tarixində ən çox satış rəqəmlərini həyata keçirdik və ən əsası müştərilər bu işin həqiqiliyinə tam əmin edi!!!

Nəticə: Müştəri özünə qarşı münasibəti hiss edir və bunu qiymətləndirir. Atdığınız addımın vacibliyindən asılı olmayaraq hər zaman Sizin birinci prinsipiniz – ƏDALƏTLİKİ olmalıdır! Bunu sırf humanistik bir aksiyoma kimi deyil, məhz yazılmayan marketinq qanunu kimi qəbul edin, uduzmayacağınıza 100% zəmanət verirəm!

Düşünməyə dəyər?!

Balıqçı misalı…

Güclü menecer necə olur?!

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close