Bakcell-i başa düşmürəm!!!

Mən Azərbaycanda marketinqin ən güclü istifadə olunduğu sektor kimi əlbəttə ki, telekommunukasiyanı görürəm. Əminəm ki, marketoloq dostlarımız mənimlə bu barədə razılaşar (sağ olun ki, razısınız!). Buna baxmayaraq hərdən bu mobil operatorlar elə hərəkətlər edir ki… yumşaq desək bu edilənlərə bir anlam verə bilmirəm. Bunlardan ən birincisi və ən təzəsi bügünlərdə hamımızın dəfələrlə gördüyü “Ulduzlar Liqasıdır!”

 

Mən başa düşürəm ki:

  • Mançester Un. əlbəttə çox dəyərli brenddir;
  • Mançester Un. çox bacarıqlı futbolçular oynayır;
  • Mançester Un. Azərbaycanda həvəskarları var (çox və ya az başqa söhbətdir)
  • Bakcell marketinqinin pulunun çox olduğunuda mən başa düşürəm
  • Hətta mən başa düşürəm ki, məhşur adamların reklamda çekmək brendin imicinə müsbət emosiya qatır və s.

Mən nəyi başa düşmürəm:

  • Futbol klubu ilə mobil operatorun arasında hansı emosional bağ var?!
  • Niyə məhz MY? Yoxsa Bakcell qlobal brend qurur?! (niyə Şakira yox, məsələn?!)
  • Bu kampaniya ilə müştəri xidmətlərində nəyin deyişdiyini demək istəyir Bakcell?
  • Bakcell-in işi azdır deyəsən hə? MY reklama çəkincə belkə hansısa texniki xətasını düzəltsin. Axı dünya məhdüd resursların faydalı istifadəsi dünyasıdır!

Birdə mən bilmirəm məgər adamın büdcəsi çox olanda pulu havaya atarlar?!

Azercell – Ev Brend nümünəsi

Marketinq kreativləşir!